Məhkəmə qərarları › İş №2(043)-1048/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1048/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1048/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» MMC cavabdehlər Cavabdeh və X4 qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 23.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98109 olan “Samsung Galaxy J2”, İMEİ kodu **********99115 olan “Samsung Galaxy J2” markalı telefonlar üçün 340 (üç yüz qırx) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu, ümumilikdə 442 manat borc, 20 manat dövlət rüsumu, cəmi 462 manat Cavabdeh və zamin X3 müştərək qaydada, alınaraq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə 23.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********98109 olan “Samsung Galaxy J2”, İMEİ kodu **********99115 olan “Samsung Galaxy J2” markalı telefonlar almış və nəticədə 442 (dörd yüz qırx iki) manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqısatqı qiyməti 816 (səkkiz yüz on altı) manat (21 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********98109 olan “Samsung Galaxy J2”, İMEİ kodu **********99115 olan “Samsung Galaxy J2” markalı telefonlar üçün ümumilikdə 442 (dörd yüz qırx iki) manat olmaqla, ondan 340 (üç yüz qırx) manar ödənilməmiş hissə, 102 (bir yüz iki) manat (150 gün x 0.68 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə pulu) dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 476 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 23.07.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin X6 “xxxx” MMC qarşısında alıcı Cavabdeh il birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 23.07.2018-ci il tarixli, K00224091 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən müqaviləyə əsasən İMEİ kodu **********98109 olan “Samsung Galaxy J2”, İMEİ kodu **********99115 olan “Samsung Galaxy J2” markalı telefonlar almış və aylıq 68 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 23 iyul 2018-cu il tarixli, K00224091 nömrəli zaminlik müqaviləsindən görünür ki, X6 ilə Cavabdeh 23 iyul 2018-cu il tarixli, K00224091 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 05.02.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 23.07.2018-ci il tarixli müqaviləyə əsasən, 476 (dörd yüz yetmiş altı) manat ödəniş etmiş, əsas borc üzrə 340 (üç yüz qırx) manat borcu qalmış, həmin borca 102 (bir yüz iki) manat dəbbə pulu hesablanmaqla ümumilikdə 442 (dörd yüz qırx iki) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 08.02.2020-ci il tarixli Cavabdeh və X4 ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin «xxxx» MMC ilə 23.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98109 olan “Samsung Galaxy J2”, İMEİ kodu **********99115 olan “Samsung Galaxy J2” markalı telefonları 816 manata almış, həmin məbləğdən 476 (dörd yüz yetmiş altı) manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxx» MMC-nə 340 (üç yüz qırx) manat əsas borcu qalmış və qalıq borca 102 (bir yüz iki) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 102 (bir yüz iki) manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 30 (otuz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh ilə müqavilə 23.07.2018-ci il tarixində 12 ay müddətinə bağlanmış və pulun qaytarılması üçün son tarix 30.07.2019-cu il tarixi müəyyən edilmişdir. X6 ilə 23.07.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 30.07.2019-cu il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin X4 qarşı iddia irəli sürülmədiyindən, iddia ərizəsi 16.02.2021-ci il tarixdə məhkəməyə verildiyindən zaminliyə xitam verilmişdir. Buna görə də zamin X4 qarşı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 20 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh və X4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 340 (üç yüz qırx) manat ödənilməmiş əsas borc, 30 (otuz) manat dəbbə pulu və məhkəmə xərci 20 manat dövlət rüsumu olmaqla, cəmi 390 (üç yüz doxsan) manat pul Cavabdeh tutularaq, «xxxx» MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 340 manat ödənilməmiş əsas borc, 30 manat dəbbə pulu və məhkəmə xərci qismində 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat pul tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar