Məhkəmə qərarları › İş №2(043)-1050/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1050/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1050/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: «xxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxxxxx» MMC-in xeyrinə İMEİ kodu **********49672, olan «Hoffmann X-Max» markalı telefon üçün 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 312 manat; İMEİ kodu **********70272 olan «Samsung Galaxy J6» markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 46 manat cərimə, cəmi 502 manat, ümumilikdə 814 manat borcun və 30 manat dövlət rüsumunun «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 01.07.2018-ci il tarixli, K00195911 nömrəli və 04.08.2018-ci il tarixli, k00238968 nömrəli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********49672, olan «Hoffmann X- Max» markalı telefon və İMEİ kodu **********70272, olan «Samsung Galaxy J6» markalı telefon almışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş 01.07.2018-ci il tarixli, K00195911 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 432 manat, İMEİ kodu **********49672, olan «Hoffmann X-Max» markalı telefonu hissə-hissə ödəmək şərti ilə almışdır. 01.07.2018-ci il tarixli, K00195911 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş avadanlığın əvəzinin ödənilməsini qrafiki üzrə hər ay dəyişilməz olaraq 36 manat ödəməyi öhdəsinə götürmüşdür. 04.08.2018-ci il tarixli, k00238968 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 791 manat, İMEİ kodu **********70272, olan «Samsung Galaxy J6» markalı telefonu hissə-hissə ödəmək şərti ilə almışdır. 04.08.2018-ci il tarixli, k00238968 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş avadanlığın əvəzinin ödənilməsini qrafiki üzrə hər ay dəyişilməz olaraq 52 manat ödəməyi öhdəsinə götürmüşdür. 21.01.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.07.2018-ci il tarixli, K00195911 nömrəli müqavilə üzrə 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 312 manat; 04.08.2018-ci il tarixli, k00238968 nömrəli müqavilə üzrə 456 manat ödənilməmiş hissə, 46 manat cərimə, cəmi 502 manat, ümumilikdə 814 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 01.07.2018-ci il tarixli, K00195911 nömrəli müqavilə üzrə 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 312 manat; 04.08.2018-ci il tarixli, k00238968 nömrəli müqavilə üzrə 456 manat ödənilməmiş hissə, 46 manat cərimə, cəmi 502 manat, ümumilikdə 814 manat borc Cavabdeh alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 01.07.2018-ci il tarixli, K00195911 nömrəli müqavilə üzrə 284 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 312 manat; 04.08.2018-ci il tarixli, k00238968 nömrəli müqavilə üzrə 456 manat ödənilməmiş hissə, 46 manat cərimə, ümumilikdə 814 (səkkiz yüz on dörd) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» x1 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar