Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1050/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********9378 olan “Samsung Galaxy J4” markalı telefon, “SanDisk ULTRA Dual” markalı yaddaş kartı üçün 178 (yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə olmaqla cəmi 195 manat, İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefon üçün 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə cəmi 798 manat, ümumilikdə 993 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********9378 olan “Samsung Galaxy J4” markalı telefon,“SanDisk ULTRA Dual” markalı yaddaş kartı, İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefon almış və nəticədə 993 (doqquz yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat (12 ay x 44 manat + 2500 manat ilkin ödəniş) olan “Samsung Galaxy J4” markalı telefon, “SanDisk ULTRA Dual” markalı yaddaş kartı üçün ümumilikdə 195 (yüz doxsan beş) manat olmaqla ondan, 178 (yüz yetmiş səkkiz iki) manat ödənilməmiş hissə, 53 (0.44 manat x 120 gün) manat miqdarında cərimə hesablanmalı olmasına baxmayaraq 17 (on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 850 (səkkiz yüz əlli) manat (18 ay x 43 manat + 76 manat ilkin ödəniş) olan İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefon üçün 798 (yeddi yüz doxsan səkkiz) manat olmaqla ondan, 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 219 manat (0.43 manat x 510 gün) cərimə hesablanmalı olmasına baxmayaraq 72 (yetmiş iki) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 474 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etirazı daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, “xxxx” MMC alıcıya dəyəri 528 (beş yüz iyirmi səkkiz) manat olan “Samsung Galaxy J4” markalı telefonun və “SanDisk ULTRA Dual” markalı yaddaş kartının, dəyəri 850 (səkkiz yüz əlli) manat olan İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung Galaxy J4” markalı telefon və “SanDisk ULTRA Dual” markalı yaddaş kartı üçün hər ay 44 manat və İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefon üçün hər ay 43 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən «xxxx» MMC-dən “Samsung Galaxy J4” markalı telefon,“SanDisk ULTRA Dual” markalı yaddaş kart üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 528 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 178 manat borcunu ödəmədiyindən, həmin məbləğə 17 manat cərimə hesablanmış, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 850 manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 726 manat borcunu ödəmədiyindən, həmin məbləğə 72 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “Samsung Galaxy J4” markalı telefon,“SanDisk ULTRA Dual” markalı yaddaş kartı almış, həmin məbləğdən 350 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün nəticədə onun “xxxx” MMC-nə 178 manat əsas borcu qalmış, qalıq borca 17 manat cərimə (dəbbə) pulu hesablanmış; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********48277 “Samsung Galaxy A40” markalı telefon almış, həmin məbləğdən 124 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün nəticədə onun “xxxx” MMC-nə 726 manat əsas borcu qalmış, qalıq borca 72 manat cərimə (dəbbə) pulu hesbalanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 89 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, “xxxx” MMC-nin xeyrinə Cavabdeh 904 (doqquz yüz dörd) manat əsas borcdan ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla, cəmi 944 (doqquz yüz qırx dörd) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə əsas borcdan 904 (doqquz yüz dörd) manat əsas borcdan ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla, cəmi 944 (doqquz yüz qırx dörd) manat və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 974 (doqquz yüz yetmiş dörd) manat pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1050/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1050/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver