Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1068/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-182/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx xxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 130 (yüz otuz) manat alimentin məbləğinin artırılaraq 200 (iki yüz) manat müəyyən edilməsi və uşağın 3 yaşına çatana qədər əlavə 50 (əlli) manat məbləğin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-182/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx xxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2ndan 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Onu da xüsusilə qeyd etmişdir ki, faktiki olaraq ayrıldıqları vaxtdan əvvəl cavabdeh bir ata kimi nəinki bir dəfə də olsun uşaqlarının qayğısına qalmayıb, onların səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmayıb, onlarının ehtiyaclarını ödəməmişdir. Aliment az olduğundan uşağın təlabatlarını ödəmək qeyri-mümkündür. Uşaqlarının mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, ona ödənilməli olan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qadın paltarı dükanında satıcı işləyir. Məhkəmə iclasında cavabdeh X10 ifadəsində bildirdi ki, əvvəllər bizneslə məşğul olmuş, lakin sonra müflis olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir və gəliri yoxdur. Əvvəllər 2-ci qrup əlillik dərəcəsinə görə pensiya almış, lakin 2020-ci ilin dekabr ayından əlilliyi ləğv edildiyindən hazırda pensiya almır. Məhkəmə tərəfindən aliment təyin edildikdən sonra onun həyatında yaxşıya doğru heç bir irəliləyiş olmamış, əksinə aliment təyin edilən zaman pensiya almaqla gəliri olmuş, lakin hazırda ona verilən pensiya dayandırılmış və vəziyyəti pisləşmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 182/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X10 arasında Gəncə "ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış xx xxxxxx 2017-ci ildə 1739 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx xxx 2019-cu il təvəllüdlü X1 Aygün Etibar qızının yanında qalması, X4 xx xxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 143072 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. X2, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş elektron sorğu məlumatından görünür ki, İddiaçı satıcı işləməklə 130 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş elektron sorğu məlumatından görünür ki, X10 heç bir yerdə işləməməklə, müavinat və ya pensiya almır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(043)-182/2020 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin nikahdan olan uşağı- X3 1 yaşı olmuş, hazırda həmin qətnamənin qəbul edildiyi vaxtdan 06 ay müddət keçmiş, bu müddət ərzində uşağın zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment miqdarı müəyyən edildikdən sonra, yəni son 06 ay müddətində iddiaçının və cavabdehin maddi və ailə vəziyyətində də dəyişiklik olmamış və iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən aliment təyin edilən zaman cavabdeh ikinci qrup əlilliyə görə pensiya aldığı halda hazırda həmin pensiyanın verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. İddia tələbinin birgə nikahdan doğulmuş ümumi uşağın doğulduğu gündən üç il ərzində iddiaçı olan arvadın özü üçün 50 manat sabit pul məbləğində alimentin cavabdeh olan ərdən öz xeyrinə tutulması hissəsini də əsassız hesab edərək məhkəmə qeyd edir ki, qeyd edilən maddənin məzmunundan aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını və daimi qazancının olmasını müəyyən etmək mümkün deyil, həmçinin bu halı təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iddia tələbi bu hissədə əsaslandırılmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin daimi qazancı yoxdur, iddiaçı isə satıcı işləməklə əmək haqqı alır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməməlidir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını və alimentin artırılmasının aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, xx xxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması və birgə nikahdan doğulmuş ümumi uşağın doğulduğu gündən üç il ərzində iddiaçı olan arvadın özü üçün 50 manat sabit pul məbləğində alimentin cavabdeh olan ərdən öz xeyrinə tutulması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X7 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1068/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1068/2021
15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver