Məhkəmə qərarları › İş №2(043)-1080/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1080/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1080/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəm iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2020-ci il tarixli BK №034/MKOS/2020 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2020-ci il tarixli BK №034/MKOS/2020 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 4940 manat əsas, 517,88 manat faiz, 412,90 manat cərimə olmaqla, cəmi 5870,78 (beş min səkkiz yüz yetmiş manat 78 qəpik) m a n a t m ə b l ə ğ i n d ə borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2020-ci il tarixli BK №034/MKOS/2020 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2020-ci il tarixli BK №034/MKOS/2020 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 4940 manat əsas, 850,30 manat faiz, 745,32 manat cərimə olmaqla, cəmi 6535,62 (altı min beş yüz otuz beş manat 62 qəpik) m a n a t m ə b l ə ğ i n d ə borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin artırılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh1 arasında 27.08.2020-ci il tarixli BK №034/MKOS/2020 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 25,5 % olmaq 36 ay müddətinə 4940 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında 27.08.2020-ci il tarixli №034/MKOS/2020 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 27.08.2020-ci il tarixli BK №034/MKOS/2020 saylı kredit müqaviləsinə əsasən 28.04.2021-ci il tarixinə “Bank”a 4940 manat əsas, 850,30 manat faiz, 745,32 manat cərimə olmaqla, cəmi 6535,62 manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə aralarında 27.08.2020-ci il tarixli kredit müqaviləsi baclanaraq faiz dərəcəsi 25,5 % olmaq 36 ay müddətinə 4940 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin sonradan maddi imkanları zəiflədiyindən krediti ödəyə bilməmişlər. Cərimə məbləğinin yüksək olduğunu göstərərək cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Cavabdeh1 ilə eüni məzmunlu izahat verərək cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 25,5 % olmaq 36 ay müddətinə 4940 manat məbləğində kredit verilmişdir. 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 kredit müqaviləsi üzrə borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. 28.04.2021-ci il tarixli, 393 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli kredit müqaviləsi üzrə 4940 manat əsas, 850,30 manat faiz, 745,32 manat cərimə olmaqla, cəmi 6535,62 (altı min beş yüz otuz beş manat 62 qəpik) manat borcu qalmışdır. 27.08.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 4940 manat məbləğində pulu qəbul etmişdir. 02.10.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli pretenziyaların surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 qızı arasında bağlanmış 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 25,5 faiz dərəcəsi ilə 4940 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə 4940 manat əsas, 850,30 manat faiz, 745,32 manat cərimə olmaqla, cəmi 6535,62 (altı min beş yüz otuz beş manat 62 qəpik) manat məbləğində borc yaranmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər banka olan borcu ödəməmişlər, nəticədə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 qızından və zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edəcəyini nəzərə alaraq hesab edir ki, 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan 745,32 manat cərimə məbləği azaldılaraq 5 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 qızından Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli kredit müqaviləsi üzrə 4940 manat əsas, 850,30 manat faiz, 5 manat cərimə olmaqla cəmi 5795,3 (beş min yeddi yüz doxsan beş manat 30 qəpik) manat kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 qızından, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 27.08.2020-ci il tarixli, 034/MKOS/2020 nömrəli kredit müqaviləsi üzrə 4940 manat əsas, 850,30 manat faiz, 5 manat cərimə olmaqla cəmi 5795,3 (beş min yeddi yüz doxsan beş manat 30 qəpik) manat kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar