Məhkəmə qərarları › İş №2(043)-1081/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1081/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1081/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh q̇arşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 610 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2020-ci ilin aprel ayından etibarən X4 prospekti 248-258 ünvanında həkim stomatoloq kimi fəaliyyət göstərən Cəfər həkimə dişlərini hissə-hissə düzəltdirmişdir. Dişlərini düzəltmək üçün Cəfər həkim ondan ümumilikdə 910 manat məbləğində pul almışdır. Nəticədə dişlərini yaxşı düzəltmədiyi üçün 910 manat puldan 300 manatını qaytarmış, 610 manat pulu isə qaytarmamışdır. Aprel ayının əvvəllərində alt çənə sümüyünün sol tərəfində dişinin biri ağrıdığı üçün Cəfər həkimə müraciət etmişdir. Dişini müalicə etmiş, lazer plomba etmək üçün ondan 20 manat pul almışdır. Bu dişlə bir yerdə yan-yana 2 dişini keramika etmək üçün ondan hər dişə 70 manatdan pul almışdır. Sonradan keramikaları sökdürdükdən sonra bilmişdir ki, müalicə etdiyi dişə plomb yerinə dişinin içərisini açıq qoyaraq pambıq yerləşdirmişdir. Alt çənə sümüyünün sağ tərəfində 3 dişə keramika düzəltmişdir. Yenə hər dişə 70 manat pul almışdır. Üst çənə sümüyünün sağ tərəfində 3 dişə keramika etmək üçün hər dişə 70 manat pul almışdır. 1 ay keçməmiş qoyulmuş qapaqlar düzğün yerləşdirilmədiyindən öz dişinin divarını qırmışdır. Təzədən dişini bərpa etmək üçün ondan lazer plombaya 30 manat pul almışdır. Keramikaları da yenidən laboratoriyaya göndərmişdir. Hər dəfə dişlərini düzəltdikcə narahat etdiyini bildirsə də ona demişdir ki, düzələcək yerinə oturacaq dişlər. Sonda üst çənə sümüyündə sol tərəfdən, sağ tərəfə öz dişlərinin üzərinə keramika etmək üçün 9 dişə ondan 300 manat pul almışdır. Bu dişləri də düzəldib dişlərinə taxdıqdan sonra nəticədə düzəltdiyi bütün dişlər bərbad günə düşmüşdür Cəfər həkimin özünə demişdir ki, çeynəməsi yoxdur, başına ağrı vermişdir bütün düzətdiyi dişləri pis gündədir. Ağzının vəziyyətini görüb dərhal ona 300 manatı qaytarmışdır. 610 manatı isə qaytarmamışdır. Ağzı şişdiyi, damağında göyərtilər, çeynəməsi olmadığı və başına ağrı verdiyi üçün dərhal Gəncə şəhəri Heydər Əliyev prospekti 52A ünvanında olan stomatoloq Bağırova Rəna həkimə müraciət edərək bildirmişdir ki, Cəfər həkimin düzəltdiyi dişlər onun damaqlarını sıxır, çeynəməsi yoxdur, başına ağrı verir bütün düzələn dişlər. Rəna həkim keramikaları kəsərək dişlərindən çıxartmışdır. Alt çənə sümüyünün sol tərəfində Cəfər həkimin müalicə etdiyi dişin üzərindəki, keramikaları çıxaranda həmin dişin içərisindən pambığı Rəna həkim çıxartmış, pambıq saralmış halda dişin içərisindən çıxarılmışdır və dişin içərisini dezenfeksiya etmişdir.Dəfələrlə cavabdehə müraciət edərək bərbad vəziyyətdə düzəltdiyi dişə görə ödədiyi pulun qalan 610 manatını tələb etsə də cavabdeh bundan imtina etmişdir. İddianın təmin olunmasını məhkəmdən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2011-ci ildən bu günədək stomatoloq-həkim kimi fəaliyyət göstərir. İddiaçının ilk dəfə bir dişini çəkmişdir.Müalicə etməmişdir onun dişlərini ancaq qapaq qoymuşdur.İddiaçı Rauf adlı həkimə düzəltdirmişdir dişlərini.Belə ki, iddiaçının 6 il ərzində 17 dişini düzəltmişdir. Devalivasiyaya qədər bir keramik dişin qiyməti 50 manat, devalivasiyadan sonra isə 70 manat olmuşdur. 9 dişi cəmi 300 manata düzəltmişdir. İddiaçı sonra narazılıq etdiyindən 300 manat pulu onun özünə qaytarmışdır. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. AH021581 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X1 ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmidir. Gəncə şəhər Səhiyyə İdarəsi 1 nömrəli şəhər poliklinikasının 10.06.2015-ci il tarixli 25 nömrəli əmrindən görünür ki, Cavabdeh 10.06.2015-ci il tarixdən əmək müqaviləsi əsasında konsultativ poliklinika bölməsində həkim-stomatoloq işinə qəbul olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının dişlərinin düzəldilməsi üçün xidmət haqqı olaraq iddiaçıdan 910 manat pul almış, lakin dişləri qüsurlu düzəltdiyi üçün iddiaçı ödədiyi xidmət haqqı olaraq 910 manat pulu geri qaytarılmasını təlb etmişdir.Cavabdeh özü də həqiqətən iddiaçının 17 ədəd dişini düzəltdiyini və xidmət haqqı olaraq aldığı puldan 300 manat pulun iddiaçıya qaytardığını yerdə qalan pulun isə texnikə ödədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 1129.2-ci maddəsinə görə işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı Cavabdeh 610,00 (altı yüz on) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 610,00 (altı yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz ) manat alınaraq İddiaçı xeyirinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar