Məhkəmə qərarları › İş №2(043)-1093/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1093/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1093/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı cavabdehlər x1, və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, onunla cavabdehlər x2 və Cavabdeh2 arasında bağlanmış 10 aprel 2013-cü il tarixli, 3M-1-38 reyestr nömrəli və 14 iyul 2014-cü il tarixli, 3M-02-559 reyestr nömrəli kredit müqavilələrinin ləğv edilməsinə, nəğd şəkildə ödənilmiş 40.000 (qırx min) ABŞ dolları məbləğində pulun və 10.000 (on min) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, iddiaçı sahibkar kimi fəaliyyət göstərərək kredit müqavilələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar bağlanaraq, iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər x1 və Cavabdeh2 qarşı kredit müqavilələrinin ləğv olunması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A RA ALDİ: İddiaçı cavabdehlər x1 və Cavabdeh2 qarşı kredit müqavilələrinin ləğvi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar