Məhkəmə qərarları › İş №2(043)-1100/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1100/2020

27.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1100/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərcinin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X19 Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(043)-2353/2018 saylı qətnaməsi ilə xx xxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxx 2018ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən edilmiş hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat, həmçinin xx xxx 2015-ci il təvəllüdlü X5 müalicəsi üçün müəyyən edilmiş 30 (otuz) manat sabit pul məbləğində əlavə xərcin miqdarının artırılaraq 100 (bir yüz) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, 2014-cü ildə cavabdehlə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx xxx 2015-ci ildə X9 və xx xxxxxx 2018-ci ildə X11 doğulmuşdur. Şəxsi münasibətləri pisləşdiyindən cavabdehlə ayrılmaq qərarına gəlmişlər. X19 Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(043)-2353/2018 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment və azyaşlı Fatehin müalicəsi üçün əlavə xərclərə görə hər ay 30 manat sabit pul məbləğində əlavə xərcin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda aldığı alimentin miqdarı çox azdır. Belə ki, həmin məbləğ hətta uşaqların minimum ehtiyaclarını (yemək-içmək, müalicə və s.) da ödəmir. Çox çətinliklə dolanırlar. Cavabdehin ödədiyi aliment uşaqların cüzi tələbatlarına belə bəs etmir. Bu səbəbdən də alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, böyük oğlu X9 “uşaq autizmi, kanner sindromu” diaqnozu ilə xəstədir. Bu sindrom autizm xəstəliyinin ən ağır formalarındandır. Ona görə də, uşağın fasiləsiz olaraq ciddi müalicəyə ehtiyacı vardır. Uşaq hər gün müxtəlif dərmanlar qəbul etməli, psixi inkişaf və sağlamlıq mərkəzlərində terapiya götürməlidir. Yəni uşağın müalicəsinə hər ay xeyli vəsait (dərmanlar, terapiya, yol xərci və s.) tələb olunsa da, maddi imkanının olmaması səbəbindən bunları etməkdə çox çətinlik çəkir. Lakin buna baxmayaraq uşağın atası Cavabdeh bunun üçün ayda cəmi 30 manat ödəməklə öz valideynlik borcunu yerinə yetirmiş olduğunu hesab edir. Əslində isə uşağa edilən müalicələrin qarşısında bu məbləğ çox cüzi, hətta gülünc bir məbləğdir. Həmin məbləğdən başqa, cavabdeh bir dəfə də olsun uşağın müalicəsi ilə maraqlanmayaraq bununla bağlı heç bir əlavə köməklik göstərmir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. Cavabdehin nümayəndəsi izahat verərək iddianı qəbul etmədiyini bildirdi və bu barədə etirazını məhkəməyə təqdim edərək qeyd etdi ki, oğlu – Cavabdeh 2-ci qrup əlildir, heç bir yerdə işləmir və ayda cəmi 240 manat pensiya alır. 2017-ci ilin mart və iyul aylarında Gürcüstanın Tiflis şəhərində “Uşaq klinikası”nın baş həkimi – professor tərəfindən Fateh müayinə olunmuş və ona “F- 80.1 ekspressiv nitq inkişafdan geri qalma” diaqnozu qoyulmuşdur. Bu müayinədə iddiaçıvə anasıda iştirak etmişdir. xx xxxx 2019-cu il taridə “Respublika Uşaq Bərpa Mülicəvi Mərkəz”in həkimi nevroloq X3 tərəfindən Fateh yenidən müayinə olunmuş və onun qismən “autist” meylli olaraq sağlam olduğu və 5-6 yaşınadək danışdıqdan sonra sağlamlığında heç bir problem olmayacağı söylənmişdir. Tərəflərindən dəvət olunmuş psixoloq hər həftənin Vİ-Vİİ günlərində Fatehlə məşğul olur. 1 № -li Gəncə uşaq poliklinikasının 604 №, xx.xx.2018-ci il tarixli arayışından məlum olur ki, Fatehin səhhəti kafidir. Fatehin guya “uşaq autizmi, kanner sindromu” diaqnozu isə iddiaçının uydurmasıdır və ya arayış varsa, saxtadır. “Autizm sindromu”nun bütün növləri ancaq psixoloqlar tərəfindən müayinə olunur və onların müxtəlif dərmanlarla müalicəsi yoxdur. İddiaçı isə belə reseptləri və alınmış dərmanların adlarını məhkəməyə təqdim etməmişdir. “Kanner sindromu” diaqnozlu xəstələr, ümumiyyətlə, ünsiyyətdən tam məhrumdurlar və hər hansı istək və göstərişləri yerinə yetirməkdə acizdirlər, özünə təcriddirlər. Fateh isə hər kəslə tam ünsiyyətdədir və istənilən göstərişləri yerinə yetirir. Xoşbəxtlikdən Fatehdə “kanner sindrou”ndan heç bir əlamət yoxdur və daha çox “Asperqer sindromu”na meyllidir, bu isə tezliklə sağalma deməkdir. Ailəsi mütəmadi olaraq Fatehin pal-paltarının təzələnməsinə fikir verir və alimenti vaxtlı-vaxtında ödəyir. Əgər iddiaçı Fatehin saxlanılmasında çətinlik çəkirsə, onda uşağa cavabdeh baxa bilər. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2353/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı aliment və uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin tutulmasına dair ilk iddiası qismən təmin olunmuş, Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən azyaşlılar Amir və Fatehin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment və azyaşlı Fatehin müalicəsi üçün əlavə xərclərə görə hər ay 30 manat sabit pul məbləğində əlavə xərcin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 557182 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2015-ci ildə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. X19 rayon Qeydiyyat şöbəsi tərəfindən veirlmiş, xx.xx.2018-ci il tarixli, AZ-İİİ № 980312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 8083 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2019-cu ildə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunaraq ona “Uşaq autizmi. Kanner sindromu. F 84.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X18 Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 845 nömrəli arayışın surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdən Gəncə Ruhi-Əsəb Dispanserində “psixi, nitqi inkişafından geri qalma, autizm” diaqnozu ilə qeydiyyatdadır. “Mədinə” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2019-cu ildə həmin mərkəzdə nevropatoloq müayinəsində olmuş və ona “Autizm spektr pozuntusu” diaqnozu qoyulmuşdur. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 299 nömrəli arayışın surətindən görünür ki, 2015-ci il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə həmin mərkəzdə həkim-nevropatoloqun qəbulunda olmuş və ona “Asperger sindromu” diaqnozu qoyulmuşdur. “X12 Mərkəz” tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2018-ci il tarixdə həmin mərkəzə ödənişli müayinəyə gəlmiş və onda uşaq autizminin ən ağır sindromu olan “Kanner sindromu. F. 84.02 aşkarlanmışdır. Daha sonra reabilitasiya məqsədli aylıq 450 manat olan günü uzadılmış qrupa qəbul olaraq həftənin beş günü saat 09:00-dan 17:00-dək müalicəsi davam etdirilmişdir. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Gəncə - Kəpəz Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********3 nömrəli arayışdan görünür ki, Cavabdeh həmin mərkəzdə iş axtaran vətəndaş kimi qeydiyyata göürülmüş, işsizlikdən sığorta ödənişi almamış, elektron informasiya sistemində əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********7 nömrəli arayışdan görünür ki, Cavabdeh həmin şöbədən İİ qrup əlilliyə görə 241 manat 39 qəpik məbləğində pensiya alır. Gəncə şəhər Səhiyyə İdarəsi 1 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 604 nömrəli çıxarışdan görünür ki, X6 “psixi, nitqi inkişafdan geri qalma. Autizm” diaqnozu qoyulmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu səbəbdən də, məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs arzusu və haqqı, həm də müqəddəs öhdəliyidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, X14 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X14 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onlları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X14 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X14 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində ödədiyi aliment uşaqların bioloji varlığı, sağlam inkişafını, onların qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi üçün kifayət edə bilməz. Buna görə də, alimentin artırılması barədə iddia birmənalı olaraq təmin edilməlidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş, yuxarıda qeyd olunan sənədlərdən görünür ki, cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir və aylıq 241 manat 39 qəpik pensiya alır. İddiaçı isə cavabdehin tələbdə nəzərdə tutulan miqdarda,yəni hər uşağa 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment ödəməyə maddi imkanı olduğunu qeyd etsə də, bu barədə hər-hansı sübutu məhkəməyə təqdim edə bilmir. Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim edə bilmir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna» istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğə yaxın, yəni hər uşağa 130 manat həddində müəyyən etmək istəyir. Belə ki, yuxarıda qeyd olunan qətnamənin qəbul olunduğu vaxtdan, yəni xx xxx 2018-ci ildən 2 ildən az bir zaman keçmişdir. Məhkəmə hesab edir ki, həmin müddət ərzində uşaqların saxlanması üçün lazım olan vəsaitin miqdarı tələbdə nəzərdə tutulan miqdarda arta bilməz. İddianın uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin tutulması tələbi ilə bağlı hissəsi üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə tərəflərin birgə nikahından doğulmuş Fatehin xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müalicə alması, nəticədə iddiaçının əlavə xərclərə məruz qalması müəyyən edilmişdir. Cavabdehin gətirdiyi, iddiaçının uşağa qoyulmuş diaqnozla bağlı yalnış məlumat verməsi barədə arqument isə onun uşağa qoyulan diaqnozdan asılı olmayaraq əlavə xərclərə cəlb olunmasını istisna etmir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh müalicə xərclərinin ödənilməsinə cəlb olunmalıdır. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə, əlavə xərc qismində tutulan 30 manat məbləğin artırılaraq hər ay 50 manata çatdırılıb cavabdehdən tutulmasını əsaslı hesab edir və bu qərara gələn zaman ilkin qətnamənin çıxarılmasından sonra keçən müddəti də nəzərə alır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin olunsun. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh tərəfindən xx xxx 2015ci ildə doğulmuş X9 və xx xxxxxx 2018-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödənən alimentin miqdarı artırılsın və hər ay, hər birinə sabit pul məbləğilə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment ondan tutularaq İddiaçı verilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq əlavə xərc qismində Cavabdeh tutulan məbləğ artırılsın və hər ay sabit pul məbləğilə 50 (əlli) manat ondan tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X19 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar