Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1112/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 216.00 manat, məbləğində itirilmiş qazın həmçinin 20.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “İddiaçı” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı” X2 X4 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2020-ci il tarixli №MY-264 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır.(sayğaca dəymiş zərər,itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixli №3854791 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə idarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın MSK 29/1710-01813-1 saylı rəyində: “Sayğaca baxış keçirildi. Sayğacın LCD ekranı zədəlidir. İnformasiya oxunmur. Yivli birləşmələri korroziyaya uğrayıb. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır” qeyd edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2020-ci il tarixdə № ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160m3 hesabat aparılmaqla 216.00 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununla da abonentin “İddiaçı” İB-nin Gəncə X4 İdarəsinə 216 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, qaz sayğacında yaranmış problemdə onun heç bir təqsiri olmamışdır. Belə ki, qaz sayğacı fərdi yaşayış evinin hasarının bayırında quraşdırılmışdır və həmin sayğaca onun tərəfindən heç bir müdaxilə olmamışdır. Qaz sayğacı sökülərkən də ona qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması barədə irad bildirilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçı «İddiaçı» İstehsalat Birliyi (qaz paylayıcısı) ilə Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış MY-264 saylı, xx xxx 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır.(sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanına quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Sayğacın çıxarılması səbəbi yenisi ilə əvəz edilməsi olmuşdur. Əvvəlki sayğac çıxarılarkən LCD ekranın zədəli olması, qayka plombu üçün nəzərdə tutulmuş qılaqcığının qırıq vəziyyətdə olması aktda göstərilməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanına quraşdırılmış sayğacda ekran zədəlidir, informasiya oxunmur, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın LCD ekranının zədəli olması və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması aşkar olunmuşdur. Buna görə iddiaçı tərəfindən cavabdehdən itirilmiş qazın bərpası məqsədilə 216 manat pul vəsaiti tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə iddiaçı tərəfindən mülki hüquqdan sui-istifadədir. Cavabdeh tərəfindən sayğaca hər hansı formada müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona qarşı itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı pul tələbinin irəli sürülməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin yaşadığı evə quraşdırılmış əvvəlki saygac çıxarılan zaman həmin an üçün aşkar oluna bilən “sayğacın LCD ekranının zədələnməsi və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması” kimi pozuntular X5 əməkdaşları tərəfindən yerində aşkar olunmadığından və həmin pozuntular xx.xx.2020-ci il tarixli aktda öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2020-ci il tarixli akt əsasında LCD ekranının zədəli olması və qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20,40 manat dövlət rüsumu və bank xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1112/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1112/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver