Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1129/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıSC-nin cavabdehlər Cavabdeh3 Vilayət oğluna, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «kredit müqaviləsinin ləğvi, kreditin, fazlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Vilayət oğlu ilə bağlanmış 26 aprel 2019-cu il tarixli kredit müqaviləsinin və həmin kredit müqaviləsinə bağlanmış 15 may 2020-ci il tarixli kreditin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi və cavabdehlər Cavabdeh3 Vilayət oğlundan, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 6434,67 manat əsas kredit borcu, 1327,74 manat faiz borcu, 17,72 manat penya olmaqla cəmi 7780,13 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 26 aprel 2019-cu il tarixli 005CASA191160016 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 Vilayət oğluna 24 ay müddətinə illik 25,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 26 aprel 2019-cu il tarixli 005FİZAM62591702 saylı, 26 aprel 2019-cu il tarixli 005FİZAM71783001 saylı və 26 aprel 2019-cu il tarixli 005FİZAM44551203 saylı zaminlik müqavilələrinə əsasən onlar, Cavabdeh3 Vilayət oğluna kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüş və bu barədə öhdəlik imzalamışlar. 15 may 2020-ci tarixli Kredit restrukturizasiyasına Cavabdeh3 banka müraciət edərək, 26 aprel 2019-cu il tarixli 005CASA191160016 saylı kredit müqaviləsi üzrə ona verilmiş 10000 manat məbləğində olan krediti bankla arasında yazılı tərtib olunmuş müqavilə üzrə ödəmək iqtidarında olmadığına görə həmin kreditin restrukturizasiyasını həyata keçirməyi xahiş etmişdir və bank cavabdehin xahişini nəzərə alaraq onunla yeni razılaşma imzalamışdır. 15 may 2020-ci tarixli kreditin restrukturizasiyasına dair razılaşmaya əsasən 26 aprel 2019-cu il tarixli 005CASA191160016 saylı kredit müqaviləsi ilə verilmiş kredit qalığının (6434,37 manat əsas borcun qalığını, 340,06 hesablanmış faizin və 0 manat məbləğində penyanın) restrukturizasiyası keçirilmiş, kredit məbləği 6434,67 manat müəyyən edilmiş, kredit məbləğinin qaytarılması 17 ay müddətinə illik 25,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə müvafiq zaminlik nüqavilələri bağlanmışdır. Bank tərəfindən cavabdehlərə xəbərdarlıq təqdim edilmiş və borcun ödənilməsi təklif olunmuş, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdehlər tərəfindən təklifə münasibət bildirilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, o, avtobus sürücüsü kimi fəaliyyət göstərmişdir. Pandemiya ilə əlaqədar olaraq rayonlararası gediş-gəliş dayandırıldığından işləyə bilməmiş və borcunu ödəyə bilməmişdir. Hazırda borcunu yeni qrafik əsasında hissə-hissə ödəyə bilər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 Cavabdeh3 öhdəliyinin icrası üçün zamin olduğunu bildirmiş, Cavabdeh3 işsiz olması ilə əlaqədar borcunu ödəyə bilmədiyini, lakin vaxt verilərsə onun borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş 26 aprel 2019-cu il tarixli 005CASA191160016 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 Vilayət oğluna 24 ay müddətinə illik 25,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli 005FİZAM65769702 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Cavabdeh3 Vilayət oğlunun bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli 005FİZAM71783001 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 Vilayət oğlunun bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli 005FİZAM44551203 nömrəli zaminlik müqaviləsindən görünür ki Cavabdeh2 Cavabdeh3 Vilayət oğlunun bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan restrukturizasiya razılaşmasından görünür ki, 26 aprel 2019cu il tarixli 005CASA191160016 saylı kredit müqaviləsi ilə verilmiş kredit qalığının (6434,37 manat əsas borcun qalığını, 340,06 hesablanmış faizin və 0 manat məbləğində penyanın) restrukturizasiyası keçirilmiş, kredit məbləği 6434,67 manat müəyyən edilmiş, kredit məbləğinin qaytarılması 17 ay müddətinə illik 25,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmiş və müqavilənin müddəti 15 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 15.05.2020-ci il tarixli 005FİZAM62591703 saylı, 15.05.2020-ci il tarixli 005FİZAM71783002 saylı və 15.05.2020-ci il tarixli 005FİZAM44551204 saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 dəyişiklər nəzərə alınmaqla, qeyd olunmuş öhdəlik icra olunmadığı yaxud lazımi qaydada icra olunmadığı təqdirdə zaminlik müqavilələri üzrə məsuliyyəti öz üzərinə götürmüşdürlər. İş materiallarında olan kredit borcunun hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh3 Vilayət oğlunun İddiaçı ASC-yə olan 6434,67 manat kredit borcu, 1327,74 manat kreditdən istifadəyə görə faiz borcu, 17,72 manat məbləğində penya, cəmi 7780,13 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcələnin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı cavabdeh və zaminlərlə aralarında kredit və zaminlik münasibətlərinin olmasını təsdiq edən müqavilələri təqdim etmiş, cavabdehə 10000 manat məbləğində kredit verdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi öhdəliyi daşıyan şəxsin üzərinə düşür. Cavabdehlər öhdəliyin tam icra edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. 26.04.2019-cu il tarixli kredit müqaviləsinin 3.01 (a) bəndinə əsasən davam edən 30 bank günü ərzində borcalan ona verilmiş kredit hissəsini və ya onun faizini ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadıqda kreditverən bu müqaviləyə birtərəfli qaydada xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər. Kredit müqaviləsi üzrə şərtlər borclu tərəfindən pozulduğundan iddiaçı kredit müqaviləsinin ləğv edilməsini və qalıq əsas borc və faiz məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən gecikdirilmiş ödənişlərə görə 17,72 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla iddiaçının hesabladığı dəbbə pulu məbləği müqavilənin şərtlərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 aprel 2019-cu il tarixli 005CASA191160016 saylı kredit müqaviləsi və 15 may 2020-ci il tarixli kreditin restrukturizasiyasına dair razılaşma üzrə cavabdehlər Cavabdeh3 Vilayət oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6434,67 manat kredit borcu, 1327,74 manat kreditdən istifadəyə görə faiz borcu, 17,72 manat məbləğində dəbbə pulu olmaqla cəmi 7780,13 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 Vilayət oğlu arasında bağlanmış 26 aprel 2019-cu il tarixli 005CASA191160016 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3 Vilayət oğlundan, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6434,67 manat əsas borc, 1327,74 manat kreditdən istifadəyə görə faiz və 17,72 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7780,13 (yeddi min yeddi yüz səksən tam yüzdə on üç) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1129/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1129/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver