Məhkəmə qərarları › İş №2(043)-1137/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1137/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1137/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehhüseyn Akif oğluna qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehhüseyn Akif oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdehhüseyn Akif oğlundan ona vurduğu zərərə görə 3000 manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə avto qəza keçirdim və bundan sonra etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı **-RG-*** avtomobili təmir etdirmək məqsədi ilə Cavabdehhüseyn Akif oğlunun işlədiyi maşın təmiri emalatxanasına gətirmişdir. Cavabdeh maşına baxandan sonra onu ona 1200 manat pul ödəməli olduğunu bildirmişdir. O da 1000 manat məbləğdə pulu əvvəlcədən cavabdehə ödəmişdir. Bundan sonra o hər dəfə zəng edib maşın barədə soruşanda cavabdeh hələ hazır olmadığını bildirmişdir. O artıq təmirin bu qədər gecikməsinə inana bilməyib emalatxanaya gedəndə məlum olmuşdur ki, cavabdeh maşının bütün detallarını satmış, maşının kuzasından başqa heç nə qalmamışdır. O bu barədə cavabdehə bildirdikdə, o vurduğu zərəri ödəyəcəyini bildirmiş, lakin, sonra telefonlarına belə cavab verməmişdir. Cavabdeh tərəfindən avtomobilin 2000 manat məbləğində detalları satılmışdır. Odur ki, cavabdeh ona cəmi 3000 manat pul verməlidir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdehhüseyn Akif oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş hesab edilərək, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bununla yanaşı məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edib izahatında göstərmişdir ki, o avtomobili təmir üçün almışdır, lakin sonradan iddiaçının oğlu gəlib ona avtomobilin daxili görünüşündə dəyişiklik edəcəyini, salonda oturacaqların yenilənməsini və köhnə oturacaqların 200 manat məbləğində satılmasını bildirmişdir. O da iddiaçının oğlu ilə razılaşaraq həmin oturacaqları almışdır. Avtomobilin bəzi hissələrini isə iddiaçının icazəsi olmadan istifadə etmək üçün götürmüşdür. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobili təmir etmək üçün iddiaçı cavabdehə 1000 manat məbləğində pul vermişdir. Bundan başqa iddiaçı cavabdehə məxsus avtomobilin 2000 manat məbləğində müəyyən hissələrini satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; Göründüyü kimi, cavabdeh podrat müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada pilləkənin düzəldilməsi ilə bağlı heç bir iş görməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Cavabdeh podrat müqaviləsi ilə şərtləndirilmiş işi yerinə yetirməkdən imtina etmiş, müqavilənin icrası üçün ona verilən pulu isə xərcləmişdir. Belə olan halda iddiaçının öhdəliyin icrası üçün müddət təyin etməsinin heç bir nəticə verməyəcəyi aydın olduğundan iddiaçı müqavilədən imtina etməkdə və dəymiş zərərin əvəzinin ödənilməsində haqlıdır. İddiaçı müqavilənin icra edilməməsi nəticəsində ona vurulmuş zərər kimi cavabdehə ödədiyi 1000 manat pulun, eləcə də avtomobilin hissələrinin satışı nəticəsində ona vurulmuş zərər qismində 2000 manat pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh iddiaçıya məxsus avtomobilin hissələrini iddiaçının razılığı olmadan satmaqla mülki hüquq pozuntusuna yol vermiş və iddiaçıya 2000 manat məbləğində zərər yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş zərər qismində ümumilikdə 3000 manat pul ödəməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehhüseyn Akif oğlundan vurulmuş zərərin əvəzi kimi 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Cаvаbdeh qiyabi qətnаmənin rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün X1 Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1 (bir) аy müddətində X1 Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar