Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1142/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «Hoffmann UOAC» markalı kondisioner, «Hoffmann» markalı plitə, «Hoffmann» markalı aspirator üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, «Xiaomi Redmi S2» markalı telefon üçün 185 (bir yüz səksən beş) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə, «Braun» markalı şirəçəkən üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla ümumilikdə 336 manat pulun 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 mart 2020-ci il tarixli qərardadla iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x3 iddianı müdafiə edərək göstərdi ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıdan 03.08.2017-ci il tarixli müqavilə üzrə «Hoffmann UOAC» markalı kondisioner, «Hoffmann» markalı plitə, «Hoffmann» markalı aspirator, 04.07.2018-ci il tarixli müqavilə üzrə «Xiaomi Redmi S2» markalı telefon, 18.10.2018-ci il tarixli müqavilə üzrə «Braun» markalı şirəçəkən almış lakin cavabdeh müqavilənin şərtlərini pozaraq «Hoffmann UOAC» markalı kondisioner, «Hoffmann» markalı plitə, «Hoffmann» markalı aspirator üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, «Xiaomi Redmi S2» markalı telefon üçün 185 (bir yüz səksən beş) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə, «Braun» markalı şirəçəkən üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla ümumilikdə 336 manat borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış: 03.08.2017-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən HOFFMANN OUAC markalı kondisioner, HOFMANN markalı plitə, HOFFMANN markalı aspiratoru alaraq hər ay 92 (doxsan iki) manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 04.07.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 470 manat olan «Xiaomi Redmi S2» markalı telefonu alaraq ayda 31 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 18.10.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 276 manat olan «Braun» markalı şirəçəkəni alaraq ayda 23 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 3.3-cü bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh 03.08.2017-ci il tarixli və 04.07.2018-ci il, 18.10.2018-ci il tarixli müqavilələr üzrə əsas borcdan 2326 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıdan 03.08.2017-ci il tarixli müqavilə üzrə «Hoffmann UOAC» markalı kondisioner, «Hoffmann» markalı plitə, «Hoffmann» markalı aspirator, 04.07.2018-ci il tarixli müqavilə üzrə «Xiaomi Redmi S2» markalı telefon, 18.10.2018-ci il tarixli müqavilə üzrə «Braun» markalı şirəçəkən almış almış lakin müqavilənin şərtlərini pozaraq «Hoffmann UOAC» markalı kondisioner, «Hoffmann» markalı plitə, «Hoffmann» markalı aspirator üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, «Xiaomi Redmi S2» markalı telefon üçün 185 (bir yüz səksən beş) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə, «Braun» markalı şirəçəkən üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla ümumilikdə 336 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM)- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 03.08.2017-ci il tarixli müqavilə üzrə «Hoffmann UOAC» markalı kondisioner, «Hoffmann» markalı plitə, «Hoffmann» markalı aspirator üçün 31 manat ödənilməmiş hissə, 04.07.2018-ci il tarixli müqavilə üzrə «Xiaomi Redmi S2» markalı telefon üçün 185 (bir yüz səksən beş) manat ödənilməmiş hissə 19 (on doqquz) manat cərimə, 18.10.2018-ci il tarixli müqavilə üzrə «Braun» markalı şirəçəkən üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla, ümumilikdə:-336 (üç yüz otuz altı) manat alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 03.08.2017-ci il tarixli, 182391 nömrəli müqavilə üzrə 31 (otuz bir) manat, 04.07.2018-ci il tarixli, K00200752 nömrəli müqavilə üzrə 185 (bir yüz səksən beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 18.10.2018-ci il tarixli, 00339178 nömrəli müqavilə üzrə 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla, cəmi 336 (üç yüz otuz altı) manat pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı «xxxxxxxxxxx» x1 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1142/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1142/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver