Məhkəmə qərarları › İş №2(043)-1155/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1155/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1155/2020 16.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh x3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh x3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən üç dəst yataq dəstinin natura qaydasında qaytarılması və ya həmin əşyaların cəmi dəyəri 550 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdeh 29 avqust 2019-cu il tarixdə onun evinə gələrək satmaq məqsədi ilə işlənmiş cehiz əşyalarının olub-olmamasını soruşmuş və bildirmişdir ki, “qonşunuz x5 da pal-paltar götürüb, satıb onun da pulunu verəcəkdir”. Cavabdeh onu inandırdığı üçün nənəsi x6 iştirakı ilə cavabdehə üç dəst yataq dəsti 200, 250, 100 AZN dəyərində, cəmi 550 (beş yüz əlli) manat dəyərində cehiz əşyalarınıı vermişdir. Cavabdeh vəd etdii vaxtdan keçəndən sonra müxtəlif bəhanələrlə onu aldadaraq onun nə əmlakını nə də ki pulunu qaytarmamışdır.Eləcə də, qonşusu x7 da pulunu qaytarmamışdır. Ona görə də, o və x7 anası x8 cavabdeh x2 hərəkətlərində dələduzluq cinayətinin olması barədə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə şikayət ərizəsi vermişlər. Polis İdarəsində araşdırma aparılarkən cavabdeh polisə gəlməmiş, həyat yoldaşı Fuadı göndərmişdir. Fuad həyat yoldaşı Ramidə İsmayılovanın onlara borcunun olmasını etiraf edib, yaxın vaxtlarda pulu qaytaracağına söz versə də, bu günə kimi borcunu ödəməmişlər. Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində onun şikayət ərizəsi əsasında HK-1/2830 saylı araşdırma aparılmış, toplanmış material üzrə 27 oktyabr 2019-cu il tarixdə cinayət işinin başlanılması rədd edilərək, mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. Dəfələrlə cavabdehdən cehiz əşyalarını və ya onun dəyəri 550 manat pulu tələb etməyinə baxmayaraq, cavabdeh bundan yayınaraq pulumu vermir. İddianın təmin olunmasını mıhkəmədən xahiş etdi. Cavabdeh x3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh x2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 19 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh izahatında gavabdehdən 550 manat dəyərində işlənmiş yataq dəsti aldığını etiraf etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 27.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, x4 şikayəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd olunmuş, cavabdehin əri x10 izahatında həqiqətən arvadı Ramidənin iddiaçıdan 544 manat dəyərində yataq dəstləri aldığını göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 135-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh x1 üç dəst yataq dəsti, onlar olmadığı təqdirdə isə onların cəmi dəyəri 550 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh x1 üç dəst yataq dəsti, onlar olmadığı təqdirdə isə onların cəmi dəyəri 550 manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar