Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1181/2020 19.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-in Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı X4 Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylı kredit müqaviləsi üzrə 304,72 (üç yüz dörd manat 72 qəpik) manat əsas, 2,05 (iki manat beş qəpik) manat faiz borcu olmaqla,cəmi 306,77 (üç yüz altı manat yetmiş yeddi qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadla mülki iş sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-in nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylı kredit müqaviləsinə əsasən cavabdehin qalıq borcu olan 304,72(üç yüz dörd manat 72 qəpik)manat restrukturizasiya olunaraq illik faiz dərəcəsi 1 % olmaqla 60 (altmış) ay müddətinə müəyyən edilmişdir və hər ay ödəniş 6,48 manatnəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görəcavabdeh hesablanmış əsas borc məbləğini və illik hesablanmış fizi tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin 304,72 manat əsas, 2,05 (iki manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi 306,77 (üç yüz altı manat yetmiş yeddi qəpik) manat kredit borcu qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylı kredit müqaviləsinin surətindən görünür ki, «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylı kredit müqaviləsinə əsasən cavabdehin qalıq borcu olan 304,72 (üç yüz dörd manat 72 qəpik) manat restrukturizasiya olunaraq illik faiz dərəcəsi 1 % olmaqla 60 (altmış) ay müddətinə müəyyən edilmişdir və müqaviləyəəlavə olunan ödəniş cədvəlinəəsasən hər ay ödəniş 6,48 manat nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli bildirişdəngörünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli, RB-02/PK-688 nömrəli maliyyə arayışdan gprünür ki, x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylı müqavilə üzrə Cavabdeh İddiaçı ASCyə 304,72 (üç yüz dörd manat yetmiş iki qəpik) manat əsas borcu, 2,05 (iki manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi 306,77 (üç yüz altı manat yetmiş yeddi qəpik) manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylı kredit müqaviləsinə əsasən cavabdehin qalıq borcu olan 304,72 (üç yüz dörd manat 72 qəpik) manat restrukturizasiya olunaraq illik faiz dərəcəsi 1 % olmaqla 60 (altmış) ay müddətinə müəyyən edilmişdir və müqaviləyə əlavə olunan ödəniş cədvəlinə əsasən hər ay ödəniş 6,48 manat nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görəcavabdeh hesablanmışəsas borc məbləğini və illik hesablanmış fizi tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir.Cavabdehin 304,72 manat əsas, 2,05 (iki manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi 306,77 (üç yüz altı manat yetmiş yeddi qəpik) manat kredit borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyəə sasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. MM-in 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinə öhdəlik götürmüşlər.Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP saylıkredit müqaviləsi üzrə304,72 (üç yüz dörd manat 72 qəpik) manat əsas, 2,05 manat faiz olmaqla, cəmi 306,77 (üç yüz altı manat yetmiş yeddi qəpik) manat kredit borcu tutularaq İddiaçı ASC-in xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh x xxxx 2019-cu il tarixli, RBNK-459 KMP nömrəlikredit müqaviləsi üzrə304,72 (üç yüz dörd manat 72 qəpik) manat əsas, 2,05 (iki manat 05 qəpik) manat faiz borcu olmaqla, cəmi 306,77 (üç yüz altı manat 77 qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı X3 xeyrinəödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir)ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1181/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1181/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver