Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1204/2022 20.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ona vurduğu maddi zərərə görə 3630 manat, mənəvi zərər görə 10000 mana və ödənilmiş 140 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13770 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 cavabdehi xeyli vaxtdır ki, tanıyır. Belə ki, oğlu X1 İƏD Üzrə nümayəndəliyinin müavini vəzifəsində işləmişdir. Cavabdeh Gəncə şəhərində yaşasa da əslən həmin kəndin sakinidir. Cavabdeh 03 iyul 2021-ci il tarixdə onların yaşadıqları kəndə oğlunu öldürmək məqsədi ilə “BMW 520” markalı, 20- EF- 931dövlət qeydiyyat nişanlı avtomobili ilə sonuncunun idarə etdiyi “NİSSAN X-TRAİL” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib edərək dayanmadığını gördüyü üçün arxa hissəsindən daha sonra isə aşırtmaq məqsədi ilə sağ yan hissəsindən vurub keçmişdir. Cavabdehin hərəkətlərindən dərhal oğlu Goranboy rayon Polis Şöbəsinə və DİN -in 102 xidmətinə şikayət etmişdir. Bu barədə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Baş verən hadisə nəticəsində məhkəmə - əmtəəşünaslıq ekspertizasının 12.09.2021-ci il tarixli 9/5273 saylı rəyindən də göründüyü kimi onun avtomobilinə cavabdeh tərəfindən 3630 (üç min altı yüz otuz) manat zərər dəymişdir. Əvvəllər də cavabdehlə oğlu arasında narazılıq olmuşdur. Belə ki, 2020-ci ilin iyun ayında onun iş otağına gələrək əsassız olaraq dalaşmışdır. Buna görə cavabdehin barəsində Goranboy rayon Prokurorluğunda araşdırma aparılmış, oğlu Arzu cavabdehi bağışladıqdan sonra işə xitam verilmişdir. Cavabdehin hərəkətləri nəticəsidir ki, bu gün ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə onun arasında əvvəllər mübahisə olmuş, sonra isə bu mübahisəni həll etmişlər. Buna baxmayaraq Rəhman onunla ədavəti davam etdirmişdir. 03 iyul 2021-ci il tarixdə ailə üzvlərini yaşadığı Gəncə şəhəri Düzqışlaq kəndinə gətirərkən əks tərəfdən Cavabdeh özünə məxsus olan BMW markalı avtomobillə kəndin içərisində dayandığını görmüş, Rəhmanın onunla mübahisə etmək üçün gəldiyini düşünüb, ailə üzvlərini düşürdükdən sonra mübahisə olmaması üçün avtomobillə çıxıb getmişdir. Düzqışlaq kəndinin içərisində hərəkət edərkən Rəhmanın əks istiqamətdə gəldiyini görmüş, avtomobili Baxçakürd kəndi istiqamətində sürmüşdür. Bundan sonra güzgüdən baxdıqda Rəhmanın onun ardınca gəldiyini görmüş, Rəhmanın onunla dalaşmaq istədiyini başa düşərək DİN-in 102 xidmətinə zəng edərək təqib edildiyini bildirmişdir. Avtomobili Dəliməmmədli şəhəri istiqamətində hərəkət edərkən Rəhman avtomobili ilə gəlib onun idarə etdiyi, anasına məxsus olan “Nissan X-Trail” markalı avtomobilin arxasından və sağ yan tərəfindən vurmuşdur. Avtomobilə dəymiş ziyanla bağlı ekspertiza təyin edilmiş və zərərin məbləği müəyyən edilmişdir. Həmin avtomobili işlənmiş vəziyyətdə almış, vurulduqdan sonra təmir etdirmədən həmin vəziyyətdə barter edərək əlavə olaraq 3800 manat ödəməklə eyni avtomobildən almışdır. Bundan başqa onunla bağlı baş vermiş hadisələr nəticəsində iddiaçıya həm də mənəvi zərər dəymişdir. Çünki iddiaçı onun anasıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı avtomobilinə zərər vurulmasına səbəb olan hadisə X5 təqsiri üzündən baş vermişdir. 2020-ci ilin ortalarında onunla Arzu arasında mübahisə baş vermiş, Arzu ondan prokurorluğa şikayət etmişdir. Sonradan barışdıqları üçün həmin şikayət üzrə işə xitam verilmişdir. Bundan sonra Arzu onunla ədavət aparmışdır. 03 iyul 2021-ci il tarixdə axşam saatlarında dostu Yafəslə birlikdə özünə məxsus olan BMW markalı 20- EF-931 dövlət qeydiyyat nişanlı Gəncə şəhərindən Goranboy rayonunun Baxçakürd kəndində yaşayan əmisinin evinə getmişdir. Axşam yeməyini əmisigildə yedikdən sonra oradan çıxıb Baxçakürd kəndinin ərazisi ilə Dəliməmmədli şəhəri istiqamətində hərəkət etmişdir. Bu zaman qarşısında hərəkət edən ağ rəngli “Nissan X-Trail” markalı avtomobili ötmək istədikdə avtomobil qəsdən onun qarşısına keçib ötməsinə mane olmuşdur. Bundan sonra o, həmin avtomobili sağdan ötmək istədikdə “Nissan X-Trail” markalı avtomobilin sürücüsü avtomobili onun üzərinə çəkərək onun avtomobilinin sol yan hissəsindən vurmuş və hərəkəti davam etdirərək getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobili Nağıyev Arzu idarə etmiş və Arzu onun barəsində həmin hadisəyə görə polisə şikayət etmişdir. O, Arzunun avtomobilinin “Niva” markalı olduğunu bildiyi üçün hadisə vaxtı həmin avtomobili Arzunun sürdüyünü bilməmişdir. Bundan başqa ekspert tərəfindən avtomobilə vurulmuş zərər düzgün qiymətləndirilməmişdir. Ekspertin dəyişdirilməli detal kimi qeyd etdiyi detallar cüzi zədələnmişdir və onların dəyişməsinə zərurət yoxdur, həmin detalları bərpa etmək mümkündür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AD seriyalı, 947782 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2003-cü ildə istehsal olunmuş “NİSSAN X-TRAİL” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 yanvar 1988-ci il təvəllüdlü X5 atası X4, anası İddiaçıdır. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 03 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Goranboy rayonu Düzqışlaq kəndi ərazisində X5 idarə etdiyi “NİSSAN X- TRAİL” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “BMW 520” markalı, 20- EF- 931 dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqla vuraraq sonuncuya maddi zərər vurması öz təsdiqini tapmamış, Arzu Nağıyevin idarə etdiyi avtomobillə Cavabdeh idarə etdiyi avtomobili ehtiyatsızlıqla vurması müəyyən edildiyi halda isə faktiki olaraq yol-nəqliyyat hadisəsi baş verməsi ortaya çıxdığından həmin hadisə zamanı isə Cavabdeh və ya sonuncunun avtomobilində sərnişin qismində olmuş Şəmsəddin Əsədov hər hansı xəsarət almadıqları üçün Cavabdeh və X5 əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Gəncə “Avto Servis” tərəfindən verilmiş arayışdan görünür ki, “NİSSAN X-TRAİL” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 2910 manat məbləğindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5273 saylı, 22 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə tədqiqata təqdim edilmiş “Servis Mərkəzi” tərəfindən tərtib edilmiş 05.07.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2003-cü il buraxılışlı, “NİSSAN X-TRAİL” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3630 manat - o cümlədən dəyişilməli hissələrin qiyməti 2550 manat, təmir-bərpa işlərinin qiyməti 1080 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2599 manat – o cümlədən, dəyişilməli hissələrin qiyməti 1519 manat, təmir bərpa işlərinin qiyməti 1080 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “BMW 520” markalı, 20- EF- 931 dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus “NİSSAN X-TRAİL” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından və sağ yan hissəsindən vurmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Mülki qanunvericiliyə əsasən nəqliyyat vasitələri yüksək təhlükə mənbəyi hesab olunur (Mülki Məcəllə m. 1108.1). Qanun yüksək təhlükə mənbəyinin sahibinin üzərinə maksimum diqqət və ehtiyatlılıq göstərmək vəzifəsi qoyur ki, buna uyğun olaraq da delikt öhdəliyinin ümumi prinsiplərindən kənara çıxaraq yüksək təhlükə mənbəyinin sahibi üçün müəyyən hallarda hətta təqsirsiz məsuliyyət də müəyyən edir (Mülki Məcəllə 1108.3). Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra Qanun) mexaniki nəqliyyat vasitələrinin sürücüləri üçün vəzifələr və yol hərəkəti qaydaları müəyyən edir. Qanunun 49-cu maddəsinin Vİ bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər. Qanunun 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qanunun 50-ci maddəsinin İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Qanunun 51-ci maddəsinə əsasən: İ. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Cavabdehin öz izahatından göründüyü kimi o, qarşıda hərəkət edən, iddiaçıya məxsus olan avtomobili ötməyə cəhd etmişdir. Cavabdeh bildirir ki, həmin nəqliyyat vasitəsinin sürücüsü, Arzu Nağıyev qəsdən avtomobili onun qarşısına çəkərək ötməyə mane olmuşdur. Bundan sonra isə o, qarşısındakı avtomobilin sağından ötmək istəmiş, A.Nağıyev yenə də ona mane olduğundan yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəzərə alınmalıdır ki, cavabdeh yol hərəkəti qaydalarına uyğun olmayan şəkildə hərəkət etmişdir. Belə ki, o, nəqliyyat vasitələri arasında hadisənin qarşısını almaq üçün yetərli olan ara məsafəsi saxlamamış, ötmənin təhlükəsizliyinə əmin olmadan ötməyə başlamış, son olaraq isə sağdan ötmə həyata keçirmişdir. Cavabdehin bu hala qəsdən və ya ehtiyatsızlıqdan yol verməsinin delikt öhdəliyi baxımından hər hansı əhəmiyyəti yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan belə məlum olur ki, ibtidai araşdırma orqanı əmələ ehtiyatsızlıq kimi qiymət vermişdir. Məhkəmə qeyd edir ki, delikt öhdəliyinin yaranması üçün bütün zəruri elementlər, yəni zərərçəkənin qanunla qorunan mülkiyyət hüququnun pozulması, zərər vuran şəxsin təqsiri, zərərin vurulması və zərərlə zərər vuran şəxsin hərəkətləri arasında səbəbli əlaqə mövcuddur. Cavabdehin iddia etdiyi, zərərçəkmiş şəxsin, yəni A.Nağıyevin qəsdən etdiyi hərəkətlər sübuta yetirildiyi təqdirdə zərərin əvəzinin ödənilməsi istisna edilə bilər (Mülki Məcəllə m. 1108.1). Lakin qanunvericilikdə bu halın sübuta yetirilməsi vəzifəsi zərər vuran şəxsin üzərinə qoyulur. Cavabdeh zərərin vurulmasının A.Nağıyevin qəsdi nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir. Məhkəmə vurulmuş zərərin miqdarı barədə iddiaçı və cavabdehin gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, zərərin miqdarı nə iddiaçının tələb etdiyi həcmdə tutula bilməz, nə də cavabdehin dəlilləri zərərin yenidən qiymətləndirilməsi üçün əsas təşkil etmir. İddiaçı zərərin miqdarının ekspert tərəfindən müəyyən edilmiş, dəyişilməli hissələrin təzə qiyməti ilə müəyyən edilməsini tələb etmişdir. Lakin iddiaçının nümayəndəsi də avtomobilin işlənmiş vəziyyətdə olduğunu bildirmiş, eləcə də avtomobilin istehsal ilinin qeydiyyat şəhadətnaməsinə əsasən 2003-cü il olduğu müəyyən edilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı avtomobilinə məhz yeni ehtiyat hissələrini alması barədə də sübut təqdim etməmişdir. Belə olan halda iddiaçıya vurulmuş real zərərin məbləği yalnız nəzəri hesablama yolu ilə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, istehsal tarixindən 19 il keçmiş avtomobilin dəyişilməli hissələrinin qiymətinin yeni ehtiyat hissələrinin qiyməti ilə hesablanması ədalətsizdir və buna görə də aşınma əmsalı tətbiq edilməklə hesablanan qiymətlər əsas götürülməli və vurulmuş maddi zərərə görə 2599 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Cavabdehin avtomobildə zədələnmiş detalların dəyişdirilməli olmaması və təmir bərpa işlərinin görülməsinin kifayət etməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, ekspert tərəfindən bərpa edilməsi mümkün olan və olmayan detallara qiymət vermişdir. Digər tərəfdən avtomobilin zədələnmiş detalları bilavasitə kosmetik görünüşlə bağlı olan və avtomobilin əmtəə dəyərinə təsir edən detallardır. Bu baxımdan detalların əvəz edilmək yerinə bərpa edilməsi avtomobilin əmtəə dəyərinin də azalmasına səbəb olur ki, bu da daha artıq zərərin ortaya çıxmasına səbəb ola bilər. Buna görə də məhkəmə hesab edir ki, ekspert düzgün olaraq həmin detalların dəyişdirilməli olması qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər tələbi ilə bağlı iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi zərərin əsası kimi cavabdehin onun oğlu ilə 2020-ci ilin iyun ayında oğlunun iş otağına gələrək onunla əsassız dalaşması və bu barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılması ilə əlaqələndirmişdir. Elə bunun ardınca iddiaçı qeyd edir ki, həmin araşdırmaya oğlu cavabdehi bağışladıqdan sonra xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə məruz qalması ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə bu tələbini əsaslandırdığı dəlil belə mahiyyəti etibarı ilə iddiaçının mənəvi zərərə məruz qalmasını təsdiq etmir. Belə ki, iddiaçı oğlu ilə cavabdehin arasında iki il əvvəl baş vermiş və özünün bildirdiyi kimi, oğlunun cavabdehlə barışması nəticəsində xitam verilmiş araşdırmaya istinad edir. Halbuki, mənəvi zərər, yəni fiziki və ya psixi iztirabların hadisədən dərhal sonra yaranması həmin hadisənin üstündən illər keçdikdən sonra yaranmasına nisbətdə daha ağlabatandır. Eyni zamanda həmin hadisədən sonra iddiaçının oğlu ilə cavabdehin barışıq əldə etməsi də iddiaçının mühüm fiziki və psixi iztirablar keçirmədiyini təsdiq edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının hazırkı iddiası qiymətləndirilən iddia olmaqla pul tələbi ilə bağlıdır. İddiaçı cavabdehdən ümumilikdə 13630 manat pul tələb edir və verilmiş iddiaya görə 140 manat dövlət rüsumu ödəmişdir. İddia, yalnız 2599 manat maddi zərərin əvəzinin ödənilməsi hissəsində öz təsdiqini tapmışdır. Ödənilmiş tələbə mütənasib olaraq dövlət rüsumunun 113,30 manat hissəsi iddiaçının özünə aid edilməli, 26,70 manat hissəsi isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 2599 (iki min beş yüz doxsan doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26,70 manat (iyirmi altı manat, yetmiş qəpik) pul tutularaq İddiaçı o ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev