Məhkəmə qərarları › İş №2(043)-1207/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1207/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1207/2020 04.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” x5 x7 cavabdehlər Cavabdeh və x3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “FİNCA Azerbaijan” x5 x9 cavabdehlər Cavabdeh və x3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və x1 əsas borc üzrə 3273.00 manat, faiz borcu üzrə 119.12 manat, cəmi 3392.12 manat məbləğində kredit borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. x13 Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)-1094/2017 nömrəli məhkəmə əmri ilə borclu – xx.xx.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və 20.05.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan x1 əsas borc üzrə 3273 manat, faiz üzrə 119,12 manat olmaqla, cəmi 3392,12 manat və ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq, kreditor “FİNCA Azerbaijan” MMQBKTyə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə verdiyi etiraz əsasında x13 Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(043)-1094/2017 nömrəli qərardadı ilə, x13 Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(043)-1094/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, kreditor “FİNCA Azerbaijan” x5 x9 ilə borclu Cavabdeh arasında 25 iyun 2015-ci il tarixində bağlanmış **********0282 saylı kredit müqaviləsinə əsasən, borcluya illik faiz dərəcəsi 40.00% olmaqla 24 ay müddətinə 4000.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu cəmi 5902 manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 2344.08 manat məbləğində ödəniş etmişdir. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq x6 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, borcluların kredit müqaviləsi üzrə isə əsas borc üzrə 3273.00 manat, faiz borcu üzrə 119.12 manat, cəmi 3392.12 manat məbləğində borcu yaranmışdır. İddiaçı “FİNCA Azerbaijan” x5 x9-nin nümayəndəsi x4 məhkəməyə ərizə göndərərək, onların nümayəndələrinin iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini, cavabdeh tərəf məhkəmə iclasında iştirak edəbilmədiyi halda işə baxılıb qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdehlər Cavabdeh və x3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147, 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 25 iyun 2015-ci il tarixli **********0282 saylı kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” x5 x9 borclu Cavabdeh illik faiz dərəcəsi 40.00% olmaqla 24 ay müddətinə 4000.00 manat məbləğində kredit vermiş, həmin kredit müqaviləsinin təminatı olaraq x6 zamin duraraq kredit müqaviləsini imzalamışdır. İş materiallarına əlavə edilmiş 07.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 iyun 2015-ci il tarixli **********0282 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3273 manat, faiz üzrə 119,12 manat olmaqla, cəmi 3392,12 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi x6 zamin duraraq kredit müqaviləsini imzalamışvə müqaviləyə əsasən x6 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və x1 müştərək qaydada 25 iyun 2015-ci il tarixli **********0282 saylı kredit müqaviləsi üzrə 3273 manat əsas borc, 119,12 manat faiz borcu olmaqla, cəmi 3392,12 manat borc pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” x5 x8 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını iddiaçı xahiş etdiyindən və ödənilmiş tələbin məbləği nəzərə alınmalı, məhkəmə xərci qismində 20 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdehlərdən müştərək qaydada 10 manat ödənilməmiş dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və x1 müştərək qaydada 3273 manat əsas borc, 119,12 manat faiz borcu olmaqla, cəmi 3392,12 (üç min üç yüz doxsan iki manat on iki qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq “FİNCA Azerbaijan” x5 x8 ödənilsin. Cavabdehlər Cavabdeh və x1 müştərək qaydada 10 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün x13 Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 01 (bir) ay müddətində x13 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar