Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-121/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və suyun aıxıdılmasının qarşısının alınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən 29.07.2021-ci il tarixdə özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 88/1 evin 2-ci mərtəbəsində yerləşən 16 nömrəli mənzilin hamamından onun yaşadığı mənzilin dəhlizinə və hamamına (sanitar otağına) çirkab su axıdıb 490 manat dəyərində maddi ziyana görə cavabdehdən 490 manat pulun alınıb onun xeyrinə ödənilməsi və çirkab suyun axıdılmasının qarşısının alınması üçün cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olub, həmin ünvanda yaşayır. ünvan 3ayış otağı , 1 mətbəx , 1 hamam, 1 dəhliz , 1 sanitar otağı və balkondan ibarət olan 13 nömrəli mənzil əvvəllər onun mülkiyyətində olmuşdur. Lakin, həmin mənzili Gəncə “Asan Xidmət” mərkəzində notariat ofisinin 22.01.2019-cu il tarixli, 4Ə-192 saylı Daşınmaz Əmlakın bağışlanma müqaviləsi ilə qızı X4 bağışlamışdır. Hazırda həmin mənzil qızı X2 mülkiyyətindədir. Gəncə “Asan Xidmət” mərkəzində notariat ofisinin 22.01.2019-cu il tarixli, 4Ə-192 saylı Daşınmaz Əmlakın bağışlanma müqaviləsi əsasında qızı X1 şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, ev 77/1-də yerləşən 13 nömrəli mənzil onun mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 12.02.2019-cu il tarixli ******* nömrəli çıxarışı və eyni zamanda Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 77/1 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 3 yaşayış otağı , 1 mətbəx , 1 hamam, 1 dəhliz , 1 sanitar otağı və balkondan ibarət olan 13 nömrəli mənzilin **********18-05101-093025 nömrəli 08.02.2019-cu il tarixli, 5817 İnventar nömrəli - Texniki Pasportunu da almışdır. O, yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 77/1 evin 16 nömrəli mənzilin üst mərtəbəsində yerləşən 16 nömrəli mənzildə yaşayan Cavabdeh Talib oğlu tərəfindən dəfələrlə hamamından mənzilinizin dəhlizinə və hamamına (sanitar otağına) çirkab su axıdıb. O, Cavabdeh Talib oğlundan hamamından gələn çirkab suyun qarşısının alınması üçün su sızan borunu təmir etdirməsini tələb etsə də Cavabdeh Talib oğlu buna məhəl qoymamışdır. Sonuncu dəfə yenidən 29.07.2021-ci il tarixdə Cavabdeh Talib oğlu məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Eleydər Əliyev prospekti, 77/1 evin 2-ci mərtəbəsində yerləşən 16 nömrəli mənzilinin hamamından alt mərtəbədə yerləşən mənzilmizin dəhlizinə və sanitar otağına çirkab su axıtdığını görüb, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 -Zəng Mərkəzi” xidmətinə və eyni zamanda Gəncə şəhəri, MKİİB-nin 13 nömrəli Xidmət sahəsinin rəisinə şikayət etmişdir. Gəncə şəhəri, MKİİB-nin MİS-nin 13 nömrəli Xidmət sahəsinin müfəttişləri X9, X11 və onun iştirakı ilə yaşadıqları Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 77/1 evin 13 nömrəli mənzilinə baxış keçirilmiş, Cavabdeh Talib oğlunun ailəsinin yaşadığı Heydər Əliyev prospekti, ev 77/1 evin 16 nömrəli mənzilin hamamından yaşadıqları Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 77/1 evini3 nömrəli mənzilin dəhlizinə və hamamına (sanitar otağına) çirkab su axıdıb mənzilin təmirinə xeyli miqdarda ziyan vurulması barədə 06.08.2021-ci il tarixdə Akt tərtib edilmişdir. Lakin, buna baxmayaraq bu günə kimi su sızması davam edir. Belə ki, 29.07.2021-ci il tarixdə Cavabdeh Talib oğlu özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 77/1 evin 2-ci mərtəbəsində yerləşən 16 nömrəli mənzilin hamamından onların yaşadıqları qızına məxsus mənzilin dəhlizinə və hamamına (sanitar otağına) çirkab su axıdıb 490 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı X3 ərizəsi əsasında iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilən məbləğlə razıdır. Bundan başqa, hazırda cavabdehin yaşadığı evdən onun evinə su sızması halları baş vermir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, ünvan 4 ünvanda yerləşən mənzildə uzun müddətir yaşayır və istifadə edir. İddiaçı isə onun qonşuluğunda, həmin binanın 13 saylı mənzilində yaşayır. İddiaçının iddia tələbi əsassızdır, çünki onun istifadəsində olan mənzildən iddiaçının mənzilinə heç vaxt su axmamışdır. Onun tərəfindən nə iddiaçının mənzilinə nə də əşyalarına heç bir zərər vurulmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə cavabdehin istifadəsində olan mənzildən axan suyun onun mənzilinə zərər vurduğunu bildirərək, cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə izahatında hazırda onun istifadəsində olan mənzildən iddiaçının mənzilinə su axıdılmadığını, onun tərəfindən iddiaçının mənzilinə heç bir ziyan vurulmadığını bildirmişdir. İş materiallarında olan Gəncə şəhər MKTİB-in 13 nömrəli Mənzil Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06.08.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 5 ünvanında baxış keçirilmiş və aşkar olunmuşdur ki, mənzilə həqiqətən üst mərtəbədən həmin binanın 16 saylı mənzilindən su axması nəticəsində mənzilin dəhliz və haman hissəsinə ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 24.02.2022-ci il tarixli 10/5919 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən 77/1 saylı binada yerləşən 13 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 13 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin Gəncə şəhəri Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən 77/1 saylı binada yerləşən 13 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan Gəncə şəhər MKTİB-nin 13 saylı xidmət sahəsinin əməkdaşları tərəfindən baxış keçirmiş və bu barədə 06.08.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən 77/1 saylı yaşayış evinin 13 saylı mənzillərə yuxarı mərtəbədəki 18 saylı mənzildən suyun sızması müəyyən olunur. Gəncə şəhəri Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən 77/1 saylı binada yerləşən 13 saylı mənzillərdə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 343,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatları nəticəsində verilmiş rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən və işin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti, bina 77/1-də yerləşən 13 saylı mənzilin üzərində həmin binada yerləşən 16 nömrəli mənzil yerləşir. Ekspert rəyində isə iddiaçının üst mərtəbəsində yerləşən mənzilin nömrəsinin “18” kimi göstərilməsini məhkəmə texniki səhv kimi qiymətləndirir. Bundan başqa ekspert rəyindən görünür ki, cavabdehin istifadəsində olan mənzildən su sızmaları baş vermiş və su sızmaları nəticəsində iddiaçıya məxsus mənzilə zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti 343 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya mənzilinə təmir-bərpa üçün cəmi 343 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 343 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “cavabdeh tərəfindən mənzilinə suyun axıdılmasının qarşısının alınması və qanunsuz hərəkətlərə son qoyulması” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olundu ki, cavabdehin istifadəsində olan mənzildən əvvəllər iddiaçının mülkiyyətində olan mənzilə su sızması nəticəsində maddi ziyan dəysə də, hazırda həmin su sızması müşahidə olunmur. Odur ki, mövcud olmayan mülki hüquq pozuntusunun aradan qaldırılması tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul da cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 343 (üç yüz qırx üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-121/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-121/2022
12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver