Məhkəmə qərarları › İş №2(043)-1222/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1222/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1222/2020 04.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1730 (bir min yeddi yüz otuz) manat pulun, 300 (üç yüz) manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, Gəncə şəhəri Mərkəzi Univermağın qızıl alqı-satqısışöbəsində işləyir. Cavabdeh də həmin yerdə işləmişdir. Cavabdeh əvvəllər orada qızıl qalı-satqısı ilə məşğul olduğu üçün onu tanımışdır. xx xxxx 2019-cu il tarixdə cavabdeh ona yaxınlaşaraq 1730 manat dəyərində olan, 24,8 qram çəkidə qızıl qadın qolbağınıondan alaraq müştərisinə satıb pulunu qaytarmaq istədiyini bildirmişdir. O, həmin 1730 manat dəyərində qızıl qolbağını cavabdehə vermiş və həmin gün axşam qızılın dəyərini nə də ki, qızılın özünü qaytarmadığıüçün cavabdehə yaxınlaşaraq qolbağının hansı səbəbdən dəyərini və ya özünü ona qaytarmadəğını bildirdikdə cavabdeh 3-4 günə qolbağının dəyərini qaytaracağına söz vermişdir. Cavabdeh göstərilən müddətdə qızılın nəözünü nədə ki, dəyərini qaytarmadığıüçün onunla telefon vasitəsi ilə danışmış, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə nə qızılın özünü nədə ki, dəyərini qaytarmadığıüçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki,İddiaçı 1730 manat dəyərində qızıl qolbağı almış, həmin qolbağını başqa şəxsə vermişdir. Hazırda maddi imkanı olmadığına görə o, qızıl qolbağının dəyərini qaytara bilməmişdir. Hazırda iş yeri yoxdur. İş yeri olan kimi iddiaçıya olan borcunu qaytaracaqdır. İddia tələbinin əldən çıxmış faydaya görə təmin olunmamasını xahiş edərək göstərdi ki, qızılın dəyərini qaytarmamaqda məqsədi qərəzli olmamışdır. O, həmin qızılı iddiaçıdan alıb öz müştərsinə vermiş, lakin müştərisi onu aldadaraq qızılın nəözünü nədə ki, dəyərini ona verməmişdir. Cavabdeh ərizısindən görünür ki, İddiaçı 1730 manat dəyərində qızıl qolbağını almış, hal-hazırda maddi imkanı olmadığından ödəyə bilməmiş, işsizdir, işlə təmin olunanda qızılın dəyəri olan 1730 manat pulu dərhal ödəməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə iddiaçıdan 1730 manat dəyərində qızıl qadın qolbağını satmaq məqsədi ilə almış, lakin həmin qolbağının dəyərini nədə ki, özünü iddiaçya qaytarmamışdır. Cavabdeh iddiaçıdan 1730 manat dəyərində qızıl qolbağını iddiaçıdan aldığını etiraf etməklə,maddi imkanı olmadığından həmin qolbağının dəyərini iddiaçıya qaytara bilmədiyini, gələcəkdə işləyərək qazancı olarsa ödməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; Göründüyü kimi tərəflər arasında olan hüquq münasibətləri əşyanın alqısatqısından yaranan münasibət olmaqla iddiaçı cavabdehə 1730 dəyərində qızıldan olan qadın qolbağını satmış, lakin cavabdeh müəyyən olunmuş müddətdə yəni aldığı günü həmin qızılın dəyərini və ya özünü iddiaçıya qaytarmalı olduğu halda qızılın nəözünü nədə ki dəyərini qaytarmayaraq öhdəliyi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh qızından1730 (bir min yeddi yüz otuz) manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbinin 300 manat əldən çıxmış faydanın ödənilməsinə gəldikdə isə iddiaçıəldən çıxmış faydanın nədən ibarət olması və onun hansı qaydada hesablanmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1730 (bir min yeddi yüz otuz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,0 manat alınıbİddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar