Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1225/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80000 (səksən min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında münasibətlər normal olmuş, elə bu inancla da ona 2014-cü il tarixdə 120000 ABŞ dolları məbləğində borc vermişdir.Cavabdeh həmin borcdan 2018-ci il tarixədək bir qismini ödəsə də, 2018-ci il tarixdən sonra ödəməkdən yayınmışdır. Belə ki, cavabdeh borcunun əvəzində ünvan 1 ünvanında yerləşən obyektini tikib hazır edərək həmin obyektin icarə haqqını alıb ona ödəyəcəyini və əgər həmin obyekti icarəyə verə bilməyəcəyi təqdirdə həmin obyekti satıb ona qalan 80000 manat borcunu ödəyəcəyini öhdəlik olaraq götürsə də, yenə də bu qəbzdə göstərilən öhdəliyini icra etməmişdir. Göstərilənlərlə bağlı cavabdeh xx.xx.2015-ci il tarixdə borcun etirafı barədə iltizam vermiş və borcunun bir qismini ödədikdən sonra xx.xx.2018-ci il tarixdə özünün, X4, iddiaçının və X1 iştirakı ilə qəbz imzalanmışdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə məhkəmə bildirişi onun yaşadığı ünvana göndərilmiş və bildiriş həmin ünvanda poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 80000 min manat pul borcu olduğunu etiraf etmişdir. Qəbzdə Cavabdeh həmin 80000 min manatı onun bacısı oğlu X4 100 kv olan ünvan 2 ünvanında yerləşən obyekti tikib hazir edərək icarəyə verəcəyini və gələn icarə haqqindan yarisini Əlövsətə olan borcunu ödəyəcəyini, obyekti 1 il müddətinə tikib başa çatdiracağına bacısı oğlu Məmmədov Ceyhunla birlikdə söz verdiklərini, əgər obyekti 1 il müddətinə tikib başa çatdirmasa və icarəyə verə bilməsə obyekti xx.xx.2020 ci il də satıb - Əlövsətin 80000 min manatı qaytaracağına dair söz verdiyini qeyd etmişdir. Eyni zamanda qəbzdə qeyd edilmişdir ki, İddiaçı və qardaşı X2 və ailə üzvlərinin heç biri 1 il müddətində obyekt hazır olanadək və vaxt bitənə kimi borc pulun verilməsini tələb etməyəcəklər və narahat etməyəcəklər. Bu razılaşma imzalandığı andan əvvəlki bütün pul tələblərinin xitamına səbəb olacaq və gələcəkdə bununla bağlı tərəflərin heç bir iddiası olmayacaq, yalnız 80000 min manat pul iddiası qəbul ediləcəkdir. 80000 min manat pul bitdikdən sonra bütün borc ortaqlıq bitmiş hesab olunacaq. Cavabdeh, İddiaçı, X7 və X2 qəbzin doğruluğunu öz imzaları ilə təsqiq etmişlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehin ona 80000 manat məbləğində borcunun olmasını təsdiq edən sübutu, yəni onların imzası ilə təsdiq edilmiş qəbzi məhkəməyə təqdim etmişdir. Həmin qəbzin məzmununda cavabdeh iddiaçıya 80000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh isə qəbzdə qeyd olunan 80000 manat pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə əvvəllər müəyyən məbləğdə pulu borc kimi vermiş, sonradan həmin pulun bir hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmış və onun iddiaçıya 80000 manat borcu qalmışdır. Bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixdə yazılı müqavilə (qəbz) bağlanmaqla, cavabdeh iddiaçıya 80000 manat borcu olduğunu etiraf etmiş və həmin borcu bir il müddətinə qaytaracağını öhdəsinə götürmüş, iddiaçı isə həmin müddətdə pulu tələb etməyəcəyinə dair vəd vermişdir. Lakin, bir ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh 80000 manat borcunu iddiaçıya qaytarmamışdır. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448, 739 və 882-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 80000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 80000 (səksən min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1225/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1225/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver