Məhkəmə qərarları › İş №2(043)-1232/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1232/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1232/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı QSCnin nümayəndəsi X14 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Qəhrəmanov Qurban Veis oğluna, Cavabdeh3, X8 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Qəhrəmanov Qurban Veis oğluna, Cavabdeh3, X8 və Cavabdeh4 qarşı «borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 20666,49 manat məbləğində kredit borcu, 3846.75 manat məbləğində faiz borcu və 13764,91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 37988 (otuz yeddi min doqquz yüz səksən səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, 399 nömrəli 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 44.1 kv.m yaşayış, 37.8 kv.m yardımçı, 81.9 kv.m ümumi sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 37988 (otuz yeddi min doqquz yüz səksən səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 ümumi müştərək qaydada tutulması; Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu. Hərbi şəhərcik 83, 399 nömrəli 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 44.1 kv.m yaşayış, 37.8 kv.m yardımçı, 81.9 kv.m ümumi sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 13.02.2015ci il tarixdə bağladığı 023A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5% olmaqla 120 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.02.2017-ci il tarixli 023A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 13.01.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 7333.51 manat ödəniş etmiş və onun iddiaçıya 20666.49 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 27.01.2021-ci il tarixə 397 gün üçün hesablanmış faiz borcu 3846.75 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 27.01.2021-ci il tarixə 397 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 13764.91 manat təşkil edir. Kredit müqaviləsinin 4.1,2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxanda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. 13.02.2015-ci il tarixdə İddiaçı QSC (Kreditor-İpotekasaxlayan), Cavabdeh1 (Alıcı-İpoteka qoyan) və X1 arasında 023F**********01 saylı “Alqısatqı və ipoteka” müqaviləsi bağlanmış və həmin qarışıq müqavilə əsasında X5 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, 399 nömrəli 5 mərtəbəli evin 3cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 44.1 kv.m yaşayış, 37.8 kv.m yardımçı, 81.9 kv.m ümumi sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzili cavabdeh-ipoteka qoyan Cavabdeh1 satmış, sonuncu isə həmin mənzilin ödənişin bir hissəsini 13.02.2015-ci il tarixdə bağladığı 023A********** saylı kredit müqaviləsi əsasında əldə etdiyi vəsait hesabına icra etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh1 023F**********01 saylı "Alqı-satqı və ipoteka” müqaviləsi əsasında mülkiyyət hüququ əldə etdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, 399 nömrəli 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 44.1 kv.m yaşayış, 37.8 kv.m yardımçı, 81.9 kv.m ümumi sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 86 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış RX 0617798№-li çıxarışla, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, 399 nömrəli 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 44.1 kv.m yaşayış, 37.8 kv.m yardımçı, 81.9 kv.m ümumi sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 11.11.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 18.11.2020-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X19 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ifadə verərək bildirdi ki, ipotekaya qoyulmuş mənzilin qiymətləndirilməsi ilə bağlı keçirilmiş ekspertizanın pulunu ödəmişdir. O, İddiaçı QSC-yə təklif etmişdir ki, yeni qrafik açılsın və o ödəniş edə bilsin. Hazırda Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399 ünvanında yerləşən 21 saylı mənzili satışa qoymuşdur və mənzilin dəyəri 65.000 manatdır. İddiaçı QSC tərəfindən təyin edilmiş cərimə məbləği ilə razı deyildir. Odur ki, cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Qəhrəmanov Qurban Veis oğluna, Cavabdeh3, X8 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə olunmuş 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə, aylıq 1,5 faiz olmaqla 28.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2015-ci il tarixli 023G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə Cavabdeh3 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2015-ci il tarixli 023G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə Qəhrəmanov Qurban Veis oğlunun birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2015-ci il tarixli 023G**********04 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə X6 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 16 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.01.2021-ci il tarixə 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsi üzrə 20666,49 manat məbləğində əsas borc və 3846,75 manat faiz borcu, 13475,58 manat cərimə borcu olmaqla, ümumilikdə 37988,82 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 13 fevral 2015-ci il tarixli 023F**********01 saylı alqısatqı və ipoteka müqaviləsindən görünür ki, 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə İddiaçı QSC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, 399 nömrəli 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 44,1 m2 yaşayış, 37,8 m2 yardımçı, 81,9 m2 ümumi sahədən ibarət 3 otaqlı 21 nömrəli mənzil ipoteka (girov) ilə yüklü edilmiş, ipoteka qoyulmuş əmlak 35.325 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzil tam xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 28.02.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzil 13.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.03.2015-ci il tarixdən 13.02.2025-ci il tarixədək İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 080158 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X15 arasında 07 iyun 2004-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 283 nömrə ilə qeyd aparılmış, arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin əri Cavabdeh1 tərəfindən alınmasına və İddiaçı QSC-yə ipotekaya qoyulmasına razılıq vermişdir. Alqı-satqı və ipoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan kredit öhdəliyi ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “bildirişin dövlət qeydiyyatına alınması” haqqında 18 noyabr 2020-ci il tarixli çıxarışdan görünür ki, ipoteka qoyulmuş əmlakın tutmanın yönəldilməsinə dair bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Gəncə Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 10 iyun 2021-ci il tarixli 01/21-311 saylı rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzilinin hal-hazırda likvid qiyməti 55.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 02 sentyabr 2021-ci il tarixdə verilmiş 9/5962 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 21103,07 manat və faiz borcu üzrə 2870,72 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin məcəllənin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsas öhdəliyin konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılmır. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, «İpoteka haqqında» AR Qanununun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bir ay müddətində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, 13 fevral 2015-ci il tarixli 023A********** saylı kredit müqaviləsınə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, alıq 1,5 faiz olmaqla 28.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Qəhrəmanov Qurban Veis oğlu, Cavabdeh3 və X10 ilə zaminlik müqavilələri bağlanmış, həmçinin 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 arasında 13 fevral 2015-ci il tarixli 023A********** saylı ipoteka müqaviləsi bağlanmış və onun arvadı Cavabdeh4 evin ipotekaya qoyulmasına razılıq vermiş və banka olan kredit öhdəliyi ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razı olduğunu və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüş, həmin ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka qoyan Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzil ipoteka (girov) ilə yüklü edilmiş, ipoteka qoyulmuş əmlakın ilkin satış qiyməti 35.325 manat məbləğində qiymətləndirilmiş, Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə dair RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan qaydada və vaxtda ödəməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bank tərəfindən tərtib edilən maliyyə arayışı ilə 16.02.2021-ci il tarixə 13 fevral 2015-ci il tarixli, 023F**********01 saylı kredit müqaviləsi üzrə 20666,49 manat məbləğində əsas borc və 3846,75 manat faiz borcu, 13475,58 cərimə borcu olmaqla, ümumilikdə 37988,82 manat borcunun yarandığı göstərilmişdir. Həmçinin, "xxxx" MMC-nin 10 iyun 2021-ci il tarixli 01/21-311 saylı rəyi ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzilinin hal-hazırda real bazar (likvid) qiyməti 55.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC iddia tələbində tərəfindən 20666,49 manat məbləğində əsas borc, 3846,75 manat məbləğində faiz borcunu cavabdehdən tələb etdiyi halda, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 02 sentyabr 2021-ci il tarixdə verilmiş 9/5962 nömrəli rəyində cavabdehin 13.01.2021-ci il tarixə - əsas borc üzrə 21103,07 manat, faiz borcu üzrə 2870,72 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi əsas borc məbləği, ekspert rəyində göstərilən isə faiz borc məbləği əsas götürülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 müştərək qaydada 20666,49 manat əsas borc və 2870,72 manat faiz borcu tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Bundan başqa məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 13764.91 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 1000 (bir min) manat məbləğində müəyyən edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tutma öhdəliyin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracda satılmalı, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti 55.000 manat məbləğində müəyyən edilməli, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzil kreditin qaytarılması üçün ipoteka qoyulduğundan həmin mənzilə tutma yönəldildikdə və satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilərək onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 ümumi müştərək qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumundan, 20 manat xidmət haqqından və iş üzrə keçirilmiş məhkəmə mühasibatlı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatdan ibarətdir. Məhkəmə tələbin təmin edilən hissəsini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlı ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlərə aid edilməli və həmin məbləğ Cavabdeh1, Qəhrəmanov Qurban Veis oğlu, Cavabdeh3, X4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 13.02.2015-ci il tarixli, 023A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Qəhrəmanov Qurban Veis oğlundan, Cavabdeh3 və X4 müştərək qaydada 20666,49 manat məbləğində əsas borc, 2870,72 manat məbləğində faiz borcu, 1000 manat cərimə üzrə borc olmaqla, ümumilikdə isə 24537,21 (iyirmi dörd min beş yüz otuz yeddi manat iyirmi bir qəpik) manat məbləğində borc və məhkəmə xərcləri qismində 60 (altmış) manat pul tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc tələbi üzrə tutma, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilsin. İpoteka predmetinin ilkin satış qiyməti 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 ümumi müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, bina 399, 21 saylı mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilərək, onlar həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq alıcıya təhvil verilsin. Məhkəmə xərci qismində mühasibatlıq ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, X7 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar