Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1239/2020 17.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x5 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin və əlavə xərc məbləğinin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin və əlavə xərc məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın müalicəsi üçün əlavə xərc kimi hər ay 100 manatın Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ildə faktiki olaraq evlənmişdir. 26.01.2007-ci ildə faktiki nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə rəsmi nikahlarından 02.05.2007-ci il tarixdə Fatimə adlı qızları dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan cavabdehlə faktiki cəhətdən ayrılmışdır, bu əsasa görə də, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.07.2009-cu il tarixli, 2(043)-981/2009 saylı qətnaməsi ilə hər ay 50 manat alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. 10.09.2015-ci il tarixdə alimentin artırılması və əlavə xərc tələbinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.10.2015-cı il tarixli, 2(043)- 4678/15 saylı qətnaməsi ilə (hakim N. Quliyev) iddia tələbi qismən təmin edilmişdir. Qətnaməyə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.07.2009-cu il tarixli, 2(043)-981/2009 saylı qətnaməsi ilə 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 108 manat məbləğində müəyyən edilməsi, həmçinin əlavə xərc kimi 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2016-cı il tarixli, 2(104)-309/2016 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə əlavə xərc hissəsində dəyişdirilərək 20 (iyirmi) manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda aldığı aliment və uşağın müalicəsinə görə əlavə pul məbləği uşağın tələbatını heç cürə qarşılamır. Belə ki, uşaq məktəblidir 7-ci sinifdə oxuyur, onu dərsdən əlavə məşğələlərə göndərir. Bütün bu xərclərin qarşılığını aldığı aliment və müalicə pulu heç cürə ödəmir. Bura uşağın xəstəliyini də, əlavə etdikdə vəziyyətin necə ağır olduğunu açıq- aşkar müəyyən etmək olur. 2015-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsində qeyd etmişdir ki, qızında qarın yırtığı (qrija) olduğu üçün 2015-ci ildə cərrahiyə əməliyyatı olunmuş, mədə-bağırsağında göbələk xəstəliyi var, skleroz xəstəliyi nəticəsində ağ ciyərində və ürəyində sıxılma var, beyin daxili təzyiq, gözündə çəplik və sinir xəstəliyindən əziyyət çəkir. Həmin vaxtdan 4 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində uşağında olan xəstəliklər sağalmaq əvəzinə daha da, pisləşmişdir. Uşağın mədəbağırsağında olan göbələk xəstəliyi çox gec sağalan xəstəliklər kateqoriyasına aiddir. Həmin xəstəliyi müalicə etmək üçün mütəmadi və davamlı olaraq müayinə və müalicə olunmaq zərurətdir. Uşaqda olan dağınıq skleroz sklerozdan tam sağalmanı təmin etmir. Bütün dünyada istifadə olunan müalicə tədbirlərinin əsas məqsədi xəstəliyin baş vermiş kəskinləşmələrini söndürmək və növbəti kəskinləşmənin qarşısını almaqdan ibarətdir. İstifadə olunan müasir immunomodulyator xüsusiyyətli preparatlar buna tam imkan verir. Nəzərə almaq lazımdır ki, bir neçə il xəstəliyin müvəffəqiyyətli profilaktikası dağınıq sklerozun inkişafının dayanması, sinir sisteminin yeni zədələrinin baş verməməsi və praktiki olaraq sağalmaq deməkdir. İndiki halda isə həmin xəstəliyin nəticəsində uşağın ağ ciyərində və ürəyində sıxılmalar artır, bu da nəticə etibari ilə uşağın sinir sisteminin daha da gərinləşməsinə səbəb olur. Həmçinin, cavabdehin evində yaşayarkən kəskin rütubətdən Fatimənin daxili orqanları kəskin soyuqlamışdır. Bunun nəticəsində uşağın sağ yumurtalığında biri çıxarılmışdır. Hal-hazırda uşağın sol yumurtalığında da problem vardır. Əgər müalicə olunmasa onun vəziyyəti daha da pisləşəcəkdir. Həkimlər qeyd edirlər ki, müalicə davamlı olmasa, yumurtalığının əməliyyat olunaraq götürülməsi təhlükəsi vardır. Cavabdehdən alimentin artırılaraq 200 manat, müalicə pulunun isə 100 manat olmasını istəyir. Bu məbləği cavabdeh rahatlıqla ödəmək iqtidarındadır. Belə ki, cavabdeh toy məclislərində və şənliklərdə qarmon və sindizator musiqi alətlərini ifa edir. Həmçinin, toy bəyi və oxumaqla da, məşğul olur. Bundan əlavə özü 20-yə yaxın şagirdə qarmon və sindizator musiqi alətindən dərs deyir. Gündəlik qazancı 350-400 manat civarındadır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, uşağın qidalanması, təhsili, geyimi və müalicəsi ilə bağlı xərclər mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşağını tək başına saxlaya bilmir. Cavabdehin maddi imkana yaxşıdır. Odur ki, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, ikinci dəfə ailə həyatı qurub, həmin evlilikdən iki övladı vardır. Musiqiçi kimi toylara getməklə ailəsini zorla dolandırır və müəyyən olunmuş aliment məbləğini ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də, tələbdə göstərilən aliment məbləğini hər ay ödəməsi imkanı xaricindədir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşə məhkəmədə baxılarkən Cavabdeh hazırda nikahda olduğu arvadı x4 iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh himayəsində azyaşlı uşağı olması səbəbindən arvadı x1 məhkəmə iclasında iştirak edəbilməyəcəyini bildirib, onun iştirakı olmadan işə baxılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən əsaslıdır və tərəflərin birgə nikahından doğulmuş 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün x11 rayon məhkəməsində 28 oktyabr 2015ci il tarixli, 2(043)-4678/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan hər ay 108 manat məbləğində alimentin və Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2016-cı il tarixli, 2(104)-309/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş 20 manat məbləğində əlavə xərcin miqdarı artırılmalı, iddia tələb qismən təmin olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş AZ-İ seriyalı, 864233 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.05.2007-ci il təvəllüdlü x3 atası Cavabdeh, anası Bağırova (Hüseynova) Pərvanə Güloğlan qızıdır. İddia ərizəsinə əlavə olunmuş AZ-İ seriyalı, 150748 nömrəli nikahın pozulması haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh ilə x2 arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Bağırov, qadına Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şahadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ikinci dəfə evlənmiş və həmin evlilikdən iki azyaşlı övladı vardır. İddia ərizəsinə əlavə olunmuş qətnamələrin surətlərindən görünür ki, x11 Rayon Məhkəməsində 28 oktyabr 2015-ci il tarixli, 2(043)-4678/2015 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.07.2009-cu il tarixli, 2(043)-981/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 108 manat məbləğində müəyyən edilmiş, həmçinin əlavə xərc kimi 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2016-cı il tarixli, 2(104)-309/2016 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə əlavə xərc hissəsində dəyişdirilərək 20 (iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunmuş tibbi sənədlərin surətlərindən görünür ki, 02.05.2007ci il təvəllüdlü x6 mədə-bağırsağında göbələk xəstəliyi var, skleroz xəstəliyi nəticəsində ağ ciyərində və ürəyində sıxılma var, beyin daxili təzyiq, gözündə çəplik və sinir xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(043)- 4678/2015 saylı qətnaməsi ilə 108 manat sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən sonra keçən müddət ərzində minimum dolanacaq xərclərində baş vermiş artımı, cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini və cavabdehin ikinci dəfə nikah bağlamaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almaqla məhkəmə, 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 150 manat həcmində müəyyən olunmasını və artırılmış miqdarda alimentin tutulmasının başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərclərə görə tutulan məbləğin artırılması hissəsində məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş 02.05.2007-ci il təvəllüdlü x3 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müayinə olunması və müalicə alması müəyyən edilmişdir. İddiaçı uşağın müalicəsi ilə bağlı çəkdiyi və çəkməli olduğu əlavə xərclərin konkret miqdarı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, lakin xərclərin çəkilməsi zəruri və labüd olduğundan məhkəmə hesab edir ki, cavabdehdən əlavə xərclərdə iştirakı məqsədi ilə tutulan məbləğ ağlabatan miqdarda müəyyən edilməlidir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2016-cı il tarixli, 2(104)-309/2016 saylı qətnaməsinin qəbul edilməsindən keçən müddətdə normal inflyasiya və qiymət artımı nəzərə almaqla həmin məbləğin artırılaraq 40 manat müəyyən edilməsini məhkəmə məqsədə uyğun sayır. İş üzrə məhkəmə xərcləri ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(043)- 4678/2015 saylı qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2016-cı il tarixli, 2(104)-309/2016 saylı qətnaməsi ilə hər ay sabit pul məbləğindəmüalicə xərci kimi tutulan pulun miqdarı artırılsın. Cavabdeh 02.05.2007-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və onun müalicəsi üçün əlavə xərc kimi hər ay sabit pul məbləğində 40 (qırx) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə verilsin. Artırılmış miqdarda alimentin və əlavə xərclərə görə pul məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x11 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1239/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1239/2020
17.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver