Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1244/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 3154 manat əsas, 407 manat faiz, 158 manat cərimə olmaqla cəmi 3719 (üc min yeddi yüz on doqquz manat) borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin alınaraq BOKT "xxxx” Azərbaycan MMC-nin xeyrinə ödənilməsi, tələbin girov predmeti olan 1 ədəd 20 qram çəkidə 583 əyarlı boyunbağı, 1 ədəd 13.89 qram çəkidə 583 əyarlı qolbağı, 2 ədəd 14.42 qram 750 əyyarlı qol bağını, 1 ədəd 14.67 qram çəkidə 583 əyarlı komplekt, 1 ədəd 3.95 qram çəkidə 583 əyarlı klon olmaqla qızıl- zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsaitin cavabdehin təşkilata olan borcu hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmənin hazırlıq iclasında baxılarkən müəyyən oldundu ki, iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi Səbuhi Musayev məhkəmə dəftərxanası vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1244/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1244/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver