Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1247/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahiroğlu, İddiaçı Cavabdehna qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdehna qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona olan 24133 manat əsas borcun, bank uçot dərəcəsi ilə 6 illik müddətdə 14478 manat əldən çıxmış faydanın, mənəvi ziyana görə 6000 manatın sair xərclərə görə 2000 manatın, ümumilikdə 46611,00 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddia ərizəsini və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olunur ki, cavabdeh göstərilməməklə yanaşı poçt ünvanı da göstərilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismindəçıxış edə bilərlər. Göründüyü kimi Cavabdeh kimi göstərilərək həmin beton zavodun hüquqi şəxs olması və onun hüquqi ünvanı göstərilməmişdir. İddia ərizəsinin forma və məzmunundan bəhs edən 149-cu maddəsin əəsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının vəərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığıüçün İddiaçı iddi ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehna qarşı «pul tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsinəşikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1247/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1247/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver