Məhkəmə qərarları › İş №2(043)-1252/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1252/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1252/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim: İddiaçı xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsinə ona əlavə olunmuş məhsulun təmiri barədə razılaşmada və maliyyə arayışında məhsulun təmiri barədə məbləğin işin faktiki halına uyğun olmayan fərqli məbləğ göstərilmişdir. Belə ki, iş üzrə tərəflər məhsulun təmirini 66 manata razılaşmışlar, razılaşma əsasında Cavabdeh 22 manat ilkin ödəniş etmiş, qalıq borcu iki ay müddətinə hər ay 22 manat olmaqla ödəyəcəyini üzərinə götürmüşdür. Həmin razılaşmada məhsulun təmir pulunun vaxtında ödənilməyəcəyi təqdirdə həmin məbləğə cərimə pulu hesablanacağı barədə şərt göstərilməmişdir. İddia ərizəsində və ona əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli maliyyə ödəniş cədvəlində məhsulun təmiri üçün 22 manat ödənilməmiş əsas borc və həmin borca 2 manat cərimə pulu hesablandığı və cavabdehdən tələb edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədlər təqdim etmədiyi və sənədlər arasında uyğunsuzluq olduğu üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar