Məhkəmə qərarları › İş №2(043)-1258/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1258/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1258/2020 18.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, X10 Kredit Təşkilatı İddiaçı nümayəndəsi X6, cavabdeh X4 iştirakı ilə, X10 Kredit Təşkilatı İddiaçı cavabdeh X7 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: BOKT “xxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış 324,63 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, X12 Təşkilatı “X11” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə - xx xxxx 2016-cı il tarixə qədər illik 33% dərəcəsini tətbiq etməklə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. BOKT “X11” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə, cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixli arayışa əsasən cavabdehin ona olan borcunun məbləği əsas məbləğ üzrə olmaqla, 324,63 ABŞ dollarıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. O, həmçinin X12 Təşkilatı “X11” MMC ilə X12 Təşkilatı “xxxxxxxx” MMC arasında tələbin güzəşt edilməsi barədə hər-hansı müqavilə bağlanmadığını da bildirdi. Cavabdeh qeyd olunan müqavilə üzrə borclu olduğunu etiraf etdi və bildirdi ki, borcunu hissə-hissə ödəməyə davam edir. Məhkəmə izahatları dinləyib iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2015-ci il tarixli, LD/15188/00375 nömrəli kredit müqaviləsindən görünür ki, X12 Təşkilatı “X11” X5 Fərzəliyev (Həsənov) Ramin İlham oğluna 12 ay müddətinə, illik 33% dərəcəsi ilə 1000 ABŞ dolları kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, borcalan Fərzəliyev (Həsənov) Ramin İlham oğlu ilə borcverən X12 Təşkilatı “X11” X5 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Beləliklə, cavabdehin müqavilədən irəli gələn hər-hansı borcu olduğu halda onu yalnız X12 Təşkilatı “X11” X2 ödəmək öhdəliyi vardır. İddiaçının nümayəndəsinin qeyd etdiklərinə görə isə həmin kredit müqaviləsi üzrə X12 Təşkilatı “X11” X1 bütün hüquq və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt olunmuşdur). Mülki Məcəllənin hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsindən bəhs edən 9-cu fəslinin 193.1-ci maddəsinə görə güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Həmin Məcəllənin tələbin güzəşti adlanan 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. 194.2-ci maddəyə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 194.4-cü maddəyə görə isə sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Göründüyü kimi, cavabdehə qarşı kredit müqaviləsindən irəli gələn və X12 Təşkilatı “X11” X2 məxsus olan tələbetmə hüququ tələbin güzəşt edilməsi barədə hər-hansı yazılı müqavilə əsasında iddiaçıya keçməmişdir. Onlar arasında belə bir müqavilənin mövcud olmadığını iddiaçının nümayəndəsi də etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Mülki-Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin əsaslandırılması üçün yuxarıda qeyd olunan müvafiq formada tələbin güzəşt edilməsi barədə müqavilənin təqdim edilməməsi onun həmin borc tələbinə dair hər hansı hüququnun müəyyən edilməsini istisna edir. Belə ki, yuxarıda qeyd olunanlar bu nəticəyə gəlməyə imkan verir ki, cavabdehə qarşı kredit müqaviləsindən irəli gələn borca görə tələbetmə hüququ iddiaçıya məxsus deyildir və onun hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini qərara alır. Odur ki, məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar