Məhkəmə qərarları › İş №2(043)-1264/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1264/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1264/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 26.09.2019-cu il tarixli müqaviləsinə əsaqsən, İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı telefon üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə; 14.12.2019-cu il tarixli müqaviləsinə əsaqsən, İMEİ kodu **********25665 “Samsung Galaxy A20s” markalı telefon üçün 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə ümumillikdə 411 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 26.09.2019-cu il tarixli və 14.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı telefon və İMEİ kodu **********25665 “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 411 (dörd yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki) manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı telefon üçün ümumillikdə, 323 (üç yüz iyirmi üç) manat olmaqla ondan, 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 29 (iyirmi doqquz) manat cərimə; 14.12.2019-cu il tarixli müqavilələrə əsasən, alqı-satqı qiyməti 509 (beş yüz doqquz) manat (12 ay x 42 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********25665 “Samsung Galaxy A20s” markalı telefon üçün ümumillikdə, 88 (səksən səkkiz) manat olmaqla ondan, 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 627 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etirazı daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.09.2019-cu il tarixli və 14.12.2019-cu il tarixli müqavilələrdən görünür ki, alıcıya dəyəri 492 (dörd yüz doxsan iki) manat olan İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı telefon və 509 (beş yüz doqquz) manat olan İMEİ kodu **********25665 olan “Samsung Galaxy A20s” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı televizor üçün hər ay 41 manat və İMEİ kodu **********25665 olan “Samsung Galaxy A20s” markalı telefon üçün hər ay 42 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 20.02.2021-ci il tarixli “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən «xxxx» MMC-dən İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 492 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 294 manat borcunu ödəmədiyindən, həmin məbləğə 29 manat cərimə hesablanmış, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu İMEİ kodu **********25665 “Samsung Galaxy A20s” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 509 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 80 manat borcunu ödəmədiyindən, həmin məbləğə 8 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanılmış 26.09.2019-cu il tarixli müqaviləyə əsasən 492 (dörd yüz doxsan iki) manat olan İMEİ kodu **********81459 “Samsung Galaxy A20” markalı telefon almış, həmin məbləğdən 198 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMC-nə 294 manat əsas borcu qalmış, qalıq borca 29 manat cərimə pulu hesablanmış; 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********25665 olan “Samsung Galaxy A20s” markalı telefon almış, həmin məbləğdən 429 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMC-nə 80 manat əsas borcu qalmış, qalıq borca 8 manat dəbbə pulu hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, “xxxx” MMC-nin xeyrinə Cavabdeh 374 manat əsas borcdan ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, cəmi 411 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 374 manat əsas borcdan ödənilməmiş hissə, 37 manat cərimə və məhkəmə xərci qismində 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 431 (dörd yüz otuz bir) manat pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar