Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1273/2020 18.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilərək cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 (səksən ) manat aliment kəsilmişdir. Hal-hazırda qızı böyüyərək onun tələbatı günü-gündən artır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə təyin olunmuş 80 (səksən) manat aliment uşağın tələbatını ödəmir. Cavabdeh isə 80 manat alimentdən başqa uşağın saxlanmasında çəkilən xərclərdə iştirak etmir. Uşaq orta məktəbdə təhsil alır, idmanla məşğul olur, xarici dil kursuna gedir və ona görə də gündəlik xərclər artmışdır. Cavabdeh uşağı ilə maraqlanmır,uşağın bütün qayğısı onun üzərinə düşmüşdür. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəməkdə çətinlik çəkir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, halhazırda işi olmadığına görə maddi imkanı zəif olsa da, uşağının saxlanılması üçün hər ay 150 manat aliment ödəməyə razıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 460051 nömrəli doğum hqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-ci ildə Leyla adlı uşaqları anadan olmuşdur; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1321/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 80 manat məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1321/2013 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment azyaşlı Leylanın saxlanması üçün yetərli olmadığından və cavabdeh 80 manat alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin məbləğinin artırılaraq 150 manat müəyyən olunmasını xahiş etmişdir.Cavabdeh təyin olunmuş alimentin artırılaraq hər ay 150 manat məbləğinə müəyyən edilməsinə etiraz etməmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra yaşayış minimumunun əhəmiyyətli dərəcədə qalxmasını, uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmiş, cavabdeh isə tələb olunan məbləğdə alimenti ödəməyə etiraz etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1321/2013 nömrəli qətnaməsi əsasında tutulan 80 manat miqdarında alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməklə, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)- 1321/2013 nömrəli qətnaməsi üzrə tutulan alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1273/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1273/2020
18.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver