Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1273/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat məbləğində pul və ödənilmiş 65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4565 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh 2015-ci ilin martaprel ayları ərzində ona olan səmimiyyəti və etibarından sui-istifadə edərək pula ehtiyacı olduğunu və və öz adına bankdan kredit götürüb ona borc verməyini xahiş etmiş, əvəzində onun da borc kimi aylıq kreditləri özü ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanaraq 09 aprel 2015-ci il tarixdə "xxxx" ASC-dən illik 28% olmaqla 36 ay müddətinə 2045 ABŞ dolları ( iki min qırx beş ) məbləğində kredit götürüb cavabdehə vermiş, lakin Cavabdeh verdiyi sözə əməl etməyərək aylıq bankın kreditlərini ödəməmişdir. Kredit borcu onun adına olduğu üçün məcbur olub 09 may 2015-ci il tarixdən başlayaraq 84.59 ABŞ dolları (səksən dörd ABŞ dolları, əlli doqquz sent) ödəməli olmuş, dəfələrlə cavabdehə krediti, yəni ona olan borcunu ödəməyi irad bildirsə də cavabdeh müxtəlif bəhanələrlə ödəməmişdir. 09 aprel 2015-ci il tarixdə "xxxx" ASC-dən illik 28% olmaqla 36 ay müddətinə 2045 ABŞ dolları ( iki min qırx beş ) məbləğində götürdüyü krediti arvadı X1 yanında tanışım Cavabdeh vermiş, sonuncu isə həmin pulu alıb ona təşəkkür edərək qısa müddətdə banka qaytaracağına söz vermişdir. Azərbaycan Respublikasında devalvasiya 21 fevral 2015-ci ildə baş vermişdir. Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etmiş, devalvasiya 33.8% olmuşdur. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya olmuş və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşmışdır. Daha sonra isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,70 manat olmuş və o, həmin müddətdə qalan borc -məbləğini 1,70 manat məzənnə ilə ödəmişdir.Tanışım Cavabdeh etibarından sui-istifadə edərək krediti ödəmədiyi üçün o da devalivasiyadan sonra krediti 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,70 manat səviyyəsində ödədiyi üçün ona xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Hazırda cavabdeh ona 2045 ABŞ dolları (iki min qırx beş ) məbləğində pul borcludur.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək və ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, ilk növbədə hüquqlarını müdafiə etdiyi şəxs - Cavabdeh belə bir halın olmamasını bildirir. Onun bildirməsinə görə iddiaçı heç vaxt “Muğanbank" ASC-dən pul götürərək ona verməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, 09 aprel 2015-ci ıl tarixdə "xxxx" ASCdən illik 28% olmaqla 36 ay müddətinə 2045 (iki min qırx beş) ABŞ dolları götürdüyü krediti arvadı X2 yanında tanışı Cavabdeh verməsini qeyd etsə də bundan öncəki məhkəmə prosesində tərəfindən iddiaçıya verilən sual əsasında məlum olmuşdur ki, (əgər pul verilibsə) iddiaçı cavabdehə pul verərəkən arvadı X3 orada olmamışdır. Bundan başqa məhkəmə prosesində iddiaçının verdiyi izahatdan və ona ünvanlanan suallardan iddiaçının dəqiq nə vaxt və nə qədər məbləğdə cavabdehə pul verməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı 2015-ci ildə verdiyi pulu 2022-ci ildə tələb edir. Hansı ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, cavabdeh qısa müddətə həmin pulu qaytaracağına söz vermişdir. Əgər həqiqətən bu belədirsə onda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olmasını nəzərə alınmalı və hazırki iddiaya iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi iddiaçının iddiası tam əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun əri, cavabdeh isə onun dayısı oğlu ilə kirvədir. 2015-ci ilin mart-aprel aylarında səhər saat 5-6 radələrində qonşuları onlara bir nəfər qadının qapılarını döydüyünü bildirmişdir. Onlar qapıya çıxdqıda cavabdehi görmüşlər və ondan belə erkən saatda nəyə görə gəldiyini soruşmuşlar. Cavabdeh onlara götürdüyü malların müqabilində borcu olduğunu və təcili olaraq pul lazım olduğu üçün ona borc pul vermələrini xahiş etmişdir. Onlar borc verməyə pullarının olmadığını bildirmişlər. Cavabadeh onun ərinə bankdan kredit götürməyi təklif etmiş, and vermiş, 2-3 ay ərzində pulu qaytaracağını bildirmiş, onun və əri Misirin cavabdehə yazığı gəldiyindən razılaşmışlar. Cavabdeh Daşkəsən rayonuna taksi vasitəsilə gəlmiş, elə həmin taksi ilə də əri Misir və cavabdeh Ülviyyə Gəncə şəhərinə getmişlər. İddiaçı evə qayıdanda öz adından bankdan pul götürdüyünü və cavabdehə verdiyini bildirmişdir. Cavabdeh pulu alarkən 2-3 ay ərzində pulu geri qaytaracağına söz vermiş, lakin pulu qaytarmamışdır. Təxminən 2-3 il bundan əvvəl cavabdehin yaşadığı evə gedib pulu geri tələb edəndə sonuncu onu təhqir edərək evdən qovmuş və pulu qaytarmayacağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşı, cavabdeh isə əmisi oğlunun qonşusudur. Qardaşı Misir ona 2015-ci ildə bankdan pul götürərək Ülviyyəyə verdiyini, lakin Üviyyənin aldığı pulu geri qaytarmadığını və birlikdə gedib sonuncudan pulu istəmələrini xahiş etmişdir. Ülviyyənin yaşadığı evə gedib pulu istəyən zaman anasının iradına baxmayaraq cavabdeh onları təhqir edərək qapılarından qovmuş və pulu qaytarmayacağını bildirmişdir. Məhkəmə, tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 09 aprel 2015-ci il tarixli, 13-xx-xx-015723 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2045 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı "xxxx" ASC ilə bağladığı 09 aprel 2015-ci il tarixli, 13-xx-xx-015723 saylı kredit müqaviləsi üzrə 10 iyul 2015-ci il tarixdən 23 yanvar 2020-ci il tarixədək banka müxtəlif məbləğdə ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə 2015-ci ildə bankla müqavilə bağlayaq götürdüyü 2045 ABŞ dolları məbləğində pulu verdiyini iddia etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrindən də görünür ki, cavabdehə pul verilərkən onlar iddiaçının yanında olmamışlar. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normaların tələbi baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. İddiaçı isə cavabdehlə aralarında yazılı və ya şifahi borc müqaviləsinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddia olunan hüquq münasibətləri borc müqaviləsindən irəli gəldiyindən həmin tələbə iddia müddəti də şamil olunur. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil yazılı ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddiasına əsasən cavabdeh borc aldığı pulu 2-3 ay ərzində geri qaytarmalı olmuşdur. Yenə iddiaya görə pulun 2015-ci ilin mart-aprel aylarında verildiyi halda öhdəliyin icrası vaxtı ən geci 2015-ci ilin iyun ayında başa çatırdı. Bu halda tələb üçün iddia müddəti həmin vaxtdan hesablandıqda 2018-ci ilin iyun ayında bitməli idi. Qeyd olunan əsaslarla da məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1273/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1273/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver