Məhkəmə qərarları › İş №2(043)-1275/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1275/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1275/2020 11.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x6 iclas katibliyi, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi (vəkili) x10, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili x7 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 10.000 (on min) manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh olan qardaşı Cavabdeh 11.09.2019-cu il tarixdə Goranboy rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, o, Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən nənə evində narkotik maddələri istifadə edir və həmin narkotik vasitələrini satır. Lakin Goranboy RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Fərid Mehdiyevin 21 yanvar 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin iş üzrə araşdırma aparılarkən, yəni cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona və ailə üzvlərinə mənəvi cəhətdən zərbə vurulmuşdur. Həmçinin qeyd edir ki, cavabdehin ona qarşı şər-böhtan xarakterli məlumatın yayılmasını təsdiq edən şahidləri də var. Cavabdehin bu hərəkətləri ona çox pis təsir edir, psixoloji olaraq sarsıntı keçirir. Cavabdeh doğma qardaşı olsa belə, artıq cavabdehlə bacara bilmir, ailə üzvləri və onu tanıyan digər şəxslər arasında özünü yaxşı mənada tanıtdıra bilmir. Ümumiyyətlə cavabdeh demək olar ki, hər il əsassız olaraq ona qarşı polis şöbəsinə belə əsassız şikayətlər edərək, onu ailə üzvləri və digər şəxslər qarşısında pis qələmə verərək gözdən salmaq istəyir. Lakin bütün bunlara baxmayaraq cavabdeh öz çirkin əməllərini davam etdirir. Məhz bu səbəblərdən də, ona dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurduğu mənəvi zərərin ödənilməsi məqsədi ilə İddiaçı zərərə görə 12000 (on iki min) manat və ödədiyi 30 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı onun doğma qardaşıdır. Ona qarşı verdiyi iddia ərizəsində İddiaçı onun barəsində polis orqanlarına şikayət və ərizə yazmağını ona dəymiş mənəvi zərər kimi qiymətləndirərək, ondan 10000 manat pulun tutulmasını xahiş etmişdir. Halbuki polis orqanlarının vəzifəsi hər hansı bir ərizə və şikayətdə şikayət edilən şəxsin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmadığını araşdırmaqdan ibarətdir. Ona görə də, hesab edir ki, ona qarşı olan iddia tələbi tam əsassızdır. Bunun əksinə olaraq o, hesab edir ki, əslində qardaşı İddiaçı öz əməlləri ilə ona davamlı şəkildə mənəvi zərər yetirmişdir və bunun sübutları da aşkardır. Belə ki, İddiaçı qarşı müvafiq orqanlara müraciətinin biri ondan ibarət olmuşdur ki, o, 1998-ci ildə həqiqi hərbi xidmətdə olmağından istifadə edərək, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, 31 ünvanlı analarının ata-ana evindən İddiaçı ona məxsus olan SSRİ pasportunu oğurlayaraq Azərbaycan Respublikasının sərhədini keçməklə Rusiya Federasiyasına getmişdir. Orada İddiaçı onun adı ilə yaşamışdır və cinayət törətmişdir. Onun ərizəsi əsasında Goranboy RPŞ-nin İB-müstəntiqi, polis mayoru x8 araşdırma aparmışdır və 06 fevral 2020-ci il tarixli qərarla cinayət işinin başlanmasından imtina olunmasına baxmayaraq, ərizəsində göstərdiyi faktlar sübut olunmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2.-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin İddiaçı tərəfindən törədilməsi sübut olunmuşdur və o, cinayət məsuliyyətinə müddətin keçməsi ilə bağlı, yəni bəraətverici əsaslar olmadan cəlb olunmamışdır. Polis orqanının qərarında deyilir ki, “aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 23.07.1998-ci ildə həqiqi hərbi xidmətə getmiş, 10.04.2000-ci il tarixdə isə həqiqi hərbi xidmətini başa vurub evinə qayıtmışdır. Evə qayıdandan sonra o, bilmişdir ki, qardaşı İddiaçı onun SSRİ pasportunu oğurlayaraq Rusiya Federasiyasına getmiş və orada cinayət edərək məhkumluq həyatı yaşamışdır. Lakin anası Qəmər və xalası Sitarə ona bu barədə heç kimə heç bir söz deməməsini bildirdikləri üçün, o heç kimə heç nə deməmişdir. Bəhrəm 2000-ci ilin avqust-sentyabr aylarında həbsdən çıxıb evlərinə gəlmiş və onu hədələmişdir ki, onun adı heç yerdə hallanmasın. 07.06.2015-ci ildə xalası Sitarə, 31.01.2016-cı ildə isə anası Qəmər rəhmətə getmişlər. Bundan sonra Bəhrəm baba yurdunda qeydiyyatda olmasından istifadə edərək həmin evə sahiblənmiş və onların həmin evə getməsinə imkan verməmişdir. 2014-cü ildən qardaşı Bəhrəmlə aralarında mübahisə, narazılıq başlamışdır. Təxminən 2-3 ay əvvəl o işə düzəlmək üçün Gəncə şəhərində yerləşən ASAN xidmətə müraciət edərək arayış alan zaman onun adına məhkumluq çıxdığını, x3 şəhərində 2000-ci ildə məhkumluğu olmasını bildirmişlər. Bu zaman o bilmişdir ki, 1998-ci ildə o, hərbi xidmətdə olan zaman qardaşı Bəhrəm onun qırmızı üzlü SSRİ pasportunu oğurlayaraq, həmin pasportla RF-nın Voronej şəhərinə getmiş və orada 1999-cu ilin noyabr ayında Bərdə rayonundan olan Rafael adlı bir oğlanı bıçaqla vurub öldürdüyünə görə 2000-ci ilin iyun ayına qədər məhkumluq həyatı yaşamışdır. Bəhrəm bütün bunları onun adı ilə etmişdir... ” Yuxarıda deyilənləri İddiaçı araşdırma zamanı tam etiraf etmişdir. Həqiqətən, adında məhkumluq olduğuna görə o, necə illərdir ki, özünü sərbəst hiss edə bilməmiş, hər zaman özünü cinayət törətməyində günahkar olduğunu düşünürdü. Halbuki, cinayət törədilən zaman o, nümunəvi hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, təşəkkür, Fəxri Fərman almış, müsbət xarakterizə olunmuşdur. Neçə dəfə rəsmi dövlət işinə düzəlmək istəmiş, lakin çəkinmişdir ki məhkumluğunu bilərlər, araşdırarlar və məcbur olub Bəhrəmın adını verməli olar. Axırıncı dəfə mühafizə xidmətinə işə düzəlmək üçün sənədlər toplayanda artıq rəsmən ona bildirilmişdir ki, məhkumluğu vardır və bu səbəbdən işə düzələ bilmədi. Lakin hal-hazırda qardaşı ilə münasibətləri tam pozulub və ona görə də o, törətmədiyi belə ağır cinayəti adında saxlamaq istəmədiyi üçün polis vasitəsi ilə məhkumluğun adından götürülməsinə nail oldu. 15.01.2020-ci il tarixli DİN Baş Əməliyyat və x1 məktubunda bildirilmişdir ki, məhkumluq onun üzərindən götürülmüşdür. Məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə prosesi zamanı ilk iddia üzrə İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şərəf və ləyaqəti ləkələdiyinə görə ona vurulmuş 10.000 (on min) manat məbləğində mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı ilk iddia üzrə İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına iddia müddətini tətbiq etməklə, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı və nümayəndəsi (vəkili) x15 ilk iddia ərizəsində və onun dəqiqləşməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verib ilk iddianın təmin olunmasını, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şərəf və ləyaqəti ləkələdiyinə görə ona vurulmuş 10.000 (on min) manat məbləğində mənəvi zərərin əvəzi və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini və iddia müddətini tətbiq etməklə qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əlavə olaraq İddiaçı bildirdi ki, onun pasportu itmiş, 1997-ci ildə Rusiya Federasiyasına mal satmaq üçün gedən zaman qardaşı Cavabdeh özü SSRİ pasportunu ona vermişdir. Rusiyada olan zaman dava düşmüş, cinayət məsuliyyətinə cəlb olunmuş, qardaşı Azərin adına məhkumluq qeydi aparılmışdır. Bu məsələni hamı kimi Azər də həmin vaxt bilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, 10.04.2000-ci il tarixdə həqiqi hərbi xidmətini başa vurub evə qayıtdıqda bilmişdir ki, qardaşı İddiaçı onun SSRİ pasportunu götürərək Rusiya Federasiyasına getmiş və orada cinayət edərək məhkumluq həyatı yaşamış, məhkumluq onun adına qeyd edilmişdir. Lakin pasportunu o verməmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili x13 çıxışında ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x11 ifadəsində bildirdi ki, 1997-ci ildə İddiaçı ilə birlikdə olarkən, o, onun pasportunun qardaşı Cavabdeha aid olduğunu bilməmişdir. Həmin pasportun Cavabdeha məxsus olmasını 2-3 ay sonra ona məlum olmuşdur. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 yanvar 2019-cu il tarixli qərarın surətindən görünür ki,11.01.2019-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, 4-MİK ev 1, mənzil 22-də yaşayan Əliyev x12 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Əliyev x9 rayonu Dəliməmmədli şəhərində qeydiyyatda olmağına baxmayaraq Gəncə şəhərində yaşayır. İddiaçı Gəncə şəhərində yaşamağına baxmayaraq günün çox hissəsini Dəliməmmədli şəhərində keçirmiş, ona görə ki qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı onların Dəliməmmədli şəhərində yerləşən nənə evini (anasının anası) narkotik saxlamaq və satmaq üçün istifadə etmiş, gün ərzində yalançı taksi fəaliyyəti ilə məşğul olub, gözdən pərdə asaraq axşamlar həmin evi narkotik satmaq və saxlamaq üçün istifadə edərək gecə yarısına qədər öz işini görmüşdür. Həmin evdə müəyyən müddət o yaşamışdır. O, yaşadığı müddətdə İddiaçı evə gələrək kibrit qutusunda və ya salafanda istifadə etdiyi və satdığı narkotiki həmin evdə gizlətmiş, kiməsə lazım olduqda pul ilə satmışdır. İddiaçı əvvəllər RF-da bıçaqla adam öldürdüyünə görə həbsxana həyatı yaşamasını bildirmişdir. İddiaçı taksi fəaliyyəti ilə məşğul olan “dostları” da bu işdə yaxından köməklik etmişlər. Onda olan məlumata görə İddiaçı həmin narkotiklər Ağcabədi, Beyləqan, Bərdə və Yevlax rayonlarından həm satış həm də özlərinin istifadəsi üçün gətirilmişdir. O, İddiaçı həmişə onu hədələyərək “əgər mənim nə işlə məşğul olduğumu polisə bildirsən onda Dəliməmmədlinin “blatnoy” uşaqları səni burada işləməyə qoymayacaq” demişdir. İddiaçı tutduğu cinayət əməlini ört-basdır etmək və özünü sığortalamaq üçün çağırıldığı yerə özü və arvadının qohumu olan kişi və ya qadınlardan aparır ki, cinayət əməlini müdafiə etsinlər ki, guya bu işlərdən heç bir xəbəri yoxdur. İddiaçı yalandan bəhanə gətirir ki guya nə yaza nə də oxuya bilir. Buna görə də sadəcə olaraq özünü sığortalamaq və müdafiə etmək üçün əvvəlcədən danışdıqları plan şəklində fırıldaq iş qurmasını bildirmişdir. Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31-də yaşayış olmadığı halda İddiaçı və onun “dostları” həmin evdən öz məqsədləri üçün istifadə edirlər. O, həmin evə gündüz vaxtı gedib-gəlməsini bildirmiş, çünki gecə vaxtı öz evinə getməli olduğunu bildirmişdir. Əgər lazım gələrsə həmin evdə axtarış aparılmasını və evin ciddi nəzarətə götürülməsini xahiş etmişdir. O, narkotikin həmin evə cəm halında gətirilməsini sonra isə hissə hissə satışının həyata keçirilməsini bildirmişdir. İddiaçı Hepatit-C xəstəsi olmasını və bunu özü və ailəsi hamıdan gizlətmişdir. O, İddiaçı nə vaxt söhbətə çağırıb bu yoldan çəkinməyini desədə Bəhrəm onu küçə söyüşləri ilə təhqir etmiş və ölümlə hədələmişdir. Bu hal dəfələrlə olmuşdur. Hər şeyin düzgün və doğru olması üçün lazım gələrsə İddiaçı qanından analiz nümunəsinin götürülməsinin kifayət olduğunu bildirmişdir. Aralarında olan münaqişəyə görə qardaşı İddiaçı satdığı, saxladığı və istifadə etdiyi narkotikləri Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31-də gizlətməməsini, həmin narkotikləri ayrı-ayrı yerdə saxlayaraq kimə lazımdırsa mobil telefon vasitəsi ilə satmasını və istifadə etməsini bildirmişdir. İddiaçı Gəncə şəhərində yaşadığı ev (Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi ev 20, mənzil 6, keçmiş Mərkəzi Bazarın yanı) və idarə etdiyi (**-BX-***) avtombilinin ciddi nəzarətə götürülməsini bildirmişdir İddiaçı hər gün spirtli içki ilə birlikdə narkotikdən həddindən artıq istifadə etməsini və saat 20:00-23:00 radələrində Dəliməmmədlidən Gəncə şəhərinə getməsini bildirmişdir. Odur ki, İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsini və ciddi tədbir görülməsini xahiş etmişdir. 11.01.2019-cucu il tarixdə Gəncə şəhəri Nizami rayonu Şeyx Bahəddin küçəsi bina 1, mənzil 6-da yaşayan İddiaçı RPŞ-nə ərizə verərək bildirmişdir ki, 1 1.01.2019-cu il tarixdə qardaşı Cavabdeh onun narkotik vasitələrin istifadəsi və satışı ilə Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31 ünvanında yerləşən evində məşğul olması barədə şər böhtan xarakterli ərizə yazmışdır. Odur ki, həmin ərizə ilə əlaqədar fərdi yaşayış evinə baxış keçirilməsini xahiş etmişdir. Ərizə 1 nömrəli kitabda 45 sayla qeydə alınaraq araşdırma aparılmışdır. Daxil olmuş ərizələr əsasında Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev 31-də yerləşən fərdi yaşayaış evinə baxış keçirilmiş, həmin yerin foto şəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Həmin ərazidə və ətraf ərazilərdə maddi sübut əhəmiyyəti kəsb edəcək əşya və ya iz aşkar edilməmiş və götürülməmişdir. Araşdırma zamanı Cavabdeh RPŞ-nə vermiş olduğu izahatında bildirmişdir ki. Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü MİK. ev 1, mənzil 22-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı onun qardaşıdır. İddiaçı onunla mülk üstündə mübahisə edir. Belə ki, Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, 31 anasının valideynlərindən qalan mülkdür. Həmin mülk nənəsinin nəvələrinin hamsına məxsusdur. Bəhrəm də daxil olmaqla hamısının həmin evə sərbəst gedib gəlmək hüququ olmasını bildirmişdir. O, Gəncə şəhərində Bəhrəmin arvadı Həmidova "ərzanə Müsahib qızının adına ev almış, həmin evi satmaq istəyərkən Bəhrəm ona Dəliməmmədli şəhərində nənəmin mülkünə mənə etibarnamə ver, arvadım da onun adına olan evi satmağına icazə versin” demişdir. Dəliməmmədli şəhərində nənəsinin evinin .eriəşdiyi torpağı o, bələdiyyədən almışdır. O, da Bəhrəmin adına torpağın satılması, cağışlanılması və istifadəsi ilə bağlı etibarnamə vermişdir. Fərzanə Həmidova da adına aldığı e. satmağa icazə vermişdir. İddiaçı narkotik istifadəçisidir. Həmiçinin, Bəhrəm oarkotik satışı ilə məşğul olur. Bəhrəmə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan və Ağdamdan narkotik vasitə gətirib verirlər. Bəhrəm də həmin narkotik vasitəni həm istifadə edir, həm də satır. Bəhrəm narkotik vasitəni Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev 31-də saxlayır. O, Bəhrəmə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan və Ağdamdan narkotik vasitə gətirən şəxsləri konkret olaraq tanımadığını və həmin şəxslərin Bəhrəmə narkotik satmasını görmədiyini bildirmişdir. Lakin, Dəliməmmədli şəhərində Bəhrəmlə bərabər evə adamlar gəldiyini görmüşdür. Ona görə də Bəhrəmin narkotik istifadəçisi olmasından və narkotik satmasından şübhələnmişdir. Bəhrəmin narkotik almasını və satmasını arvadı da Bəhrəmə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan və Ağdamdan taksi sürücüləri narkotik vasitə gətirib satmalarını eşitmişdir. Lakin konkret olaraq kimdən eşitməsini xatırlamadığını bildirmişdir. O, Dəliməmmədli şəhərində yaşayan zaman, yəni 2016-cü ildə Bəhrəm evdə kibrit qutusunda və sellofan torbada narkotik vasitə gizlətmişdir. Lakin konkret olaraq narkotik vasitə kimə satmasını görməmiş və bilməmişdir. O, Bəhrəmin narkotik vasitə satmasından şübhələnmişdir. O, İddiaçı 1999-cu ildən 2001-ci il tarixədək Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkum olunmasını bildirmişdir. Bəhrəm onun qardaşı olduğuna görə o, Bəhrəmin tutulmasını istəməmişdir. Ona görə şikayət verməmişdir. Ancaq dəfələrlə o, Bəhrəmlə narkotik vasitə istifadə etməməsi və satması üçün mübahisə etmişdir. İddiaçı onu dəfələrlə sözlə hədələmiş “səni Dəliməmmədli səhərində işləməyə qoymağacam” demişdir. O, İddiaçı oğurluq etməsini görməmiş və ya oğurluq etməyi barədə eşitməmişdir. Lakin Bəhrəmin oğurluq etməyindən şübhələnmişdir. O, İddiaçı Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev 31-də narkotik vasitə saxlamasını və ya satmasını bilməmişdir. İddiaçı əvvəllər narkotik vasitəni Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev 31 -in həyətində yerləşən damın çərisində olan şkafın süyürməsində gizlətmişdir. Hazırda həmin şkafın damda olmasını bildirmişdir. Araşdırma zamanı İddiaçı RPŞ-nə vermiş olduğu izahatında bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də etibarnamə ilə idarə etdiyi 02-BX- 913dövlət nömrə nişanlı Mercedes C200 (Daimler Chrysler C200 minik) markalı avtomobillə Goranboy rayonu ilə Gəncə şəhəri arasında taksi fəaliyyəti ilə məşğul olur. O, daha çox taksi kimi işlədiyi yer Gəncə şəhəri və Dəliməmmədli şəhəri arasıdır, çünki uşaq vaxtı sağ qılçasının üzərindən yük maşını keçdiyinə görə qılçası qırılmış və həmin ağrılar hələ də onu uzaq yol maşın idarə etməyə imkan verməmişdir. Dəliməmmədli şəhəri ev 31 ünvanı onun anasının yurdudur. Lakin orada hal-hazırda 7 aydır heç kim yaşamır. Lakin o, evin yerləşdiyi məhlə rəsmi olaraq onun adınadır. Lakin evi qanunla 5 il müddətindən sonra öz adına keçirə bilər, həmin müddətin isə bitməsinə təxminən iki il qalmışdır, həmin müddət bitən kimi evi öz adına qeydiyata saldıracağını bildirmişdir. Azər isə həmin evin onun adına keçməsini istəmədiyi üçün ona şər-böhtan atmış, onu tutduracağını demişdir. Azər təxminən 15 gün olar ki bir neçə nəfərin yanında özü yazdığı ərizəni göstərərk “Bəhrəmə deyin gəlsin məhləni mənim adıma sənədləşdirsin yoxsa yazdığım bu ərizəni aparıb rəisə verəcəm və həmin evə narkotik qoyub onu tutduracam” demişdir. Lakin o, belə işlərlə məşğul olmadığı üçün narahat olmamış və “nə bilir qoy getsin eləsin” demişdir. Goranboy rayonu Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31 onun evidir və Azər onların Gəncə şəhərində yerləşən ata yurdunda qeydiyyatdadır və yaşayır x18 arasında 3 ildən çoxdur ki həmin ata mülkü üstündə mübahisə gedir və işləri məhkəmədədir. Buna baxmayaraq Azər Dəliməmmədli şəhərində olan ana mülkünə də sahib olmaq istəyir, buna görə də onu bezdirir ki o, həmin evdən imtina etsin. Lakin o, həmin evdə uzun müddət yaşamışdır. Həmin evin yerləşdiyi küçənin baş tərəfində Azərin mağazası var O, evin həyət qapısının və evin açarlarını Azərə vermiş ki mağazada olduğu müddətdə lazım olan tələbatları ödəmək üçün istifadə etsin. O, Azərin ərizəsində göstərdiklərinə görə Azərin ona şər böhtan atmaq istədiyini bildiyi üçün evin və həyət qapılarının kilidlərini dəyişəcəyini bildirmişdir. Çünki Azər həmin evdə olduğu müddətdə yəni o, orada olmayanda bir ədəd qədimi xalça, təxminən 140 yaşı olan qədimi “Zinger” tikiş maşını, bir ədəd paltaryuyan maşın və köhnə xurustal stəkanlar və bagima servisi aparmışdır. O, bunu biləndə Azərə “götürdüyün şeylər bu evə aiddir gətir yerinə qoy” demiş, Azər “mən götürmüşəm yaxşı etmişəm, hara şikayət edirsən et verməyəcəm, onsuzda Azərbaycanda hər şeyi pul həll edir” demişdir. Azərin ərizəsində onun barəsində göstərdiklərinin hamsının şər və böhtan olmasını bildirmişdir. O, Azəri təhqir etmədiyini və ölümlə hədələmədiyini bildirmiş, əksinə Azər ona “mən səni bir dəfə bel ilə vurdum ölmədin, indi səni balta ilə vuracam” demişdir. Azərin ərizəsində onun narkotik istifadəçisi olması və narkotikin alqı satqısı ilə məşğul olması barədə göstərdiklərinin hamsının yalan olmasını bildirmiş, Azərin ona o, ana mülkündən Azərin xeyrinə imtina etsin deyə şər böhtan atmasını bildirmişdir. O, sərxoş vəziyyətdə avtomobil idarə etmədiyini, əgər sərxoş vəziyətdə avtomobil idarə etsə Gəncə şəhərinə gedəndə “Zazalı”-da yerləşən DYP postundan keçməsini, bundan başqa Gəncə şəhərində YPX əməkdaşları xidmət aparmasını bildirmiş, əgər o, sərxoş vəziyyətdə avtomobil idarə etsəydi buna görə onun cərimə ediləcəyini bildirmişdir. Təhqiqatın gedişi zamanı 12.01.2019-cu il tarixdə Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş 31/2019 nömrəli protokoldan görünür ki, İddiaçı sidiyində narkotik vasitə (THC) aşkar edilməmişdir. Təhqiqatın gedişi zamanı 12.01.2019-cu il tarixdə Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş 30/2019 nömrəli protokoldan görünür ki, Cavabdeh sidiyində narkotik vasitə (THC) aşkar edilməmişdir. Beləliklə, toplanmış material sənədlərindən Cavabdeh qardaşı İddiaçı tərəfindən ölümlə hədələnməsi və təhqir olunması öz təsdiqini tapmamışdır. Həmçinin Cavabdeh qardaşı İddiaçı narkotik vasitələrin alqı-satqısı və istifadəsi ilə (bax: Gəncə şəhər Narkoloji Dispanserinin 12.01.2019- cu il tarixli, 31/2019 nömrəli protokolu) məşğul olmasını deməsi faktı da öz təsdiqini tapmamışdır. Cavabdeh ilə qardaşı İddiaçı arasında yaranmış mübahisənin əsas səbəbi Goranboy rayonu Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31-də yerləşən mülk və həmin mülkün həyətyanı sahəsidir. Odur ki, İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilməlidir. Cavabdeh ilə qardaşı İddiaçı arasında yaranmış mübahisə mülki məsələdir. Cavabdeh mülki tələbi ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi hüququnun olması izah olunmalıdır.Cavabdeh ərizəsi əsasında toplanmış HK-1-45 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh təhqir olmağı və mülki tələbi ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olnmuşdur. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 fevral 2020-ci il tarixli qərarın surətindən görünür ki,Gəncə şəhəri, 4-cü mikrorayon, ev-1 ,mənzil-22 ünvanda yaşayan 1976-cı il təvəllüdlü Cavabdeh DİN-nin rəhbərliyinə, Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev-31 ünvanda qeydiyyatda olan qardaşı İddiaçı 1998-ci ildə onun hərbi xidmətdə olmasından istifadə edərək, yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev-31 ünvanından ona məxsus olan SSRİ pasportunu oğurlayaraq Azərbaycan Respublikasının sərhəddini keçməklə Rusiya Federasiyasına getməsi və orada onun adı ilə yaşayaraq cinayət hadisəsi törətməsi barədə müraciəti olmuşdur. Material üzrə araşdırma aparılması 28.12.2019-cu il tarixdə Goranboy RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Fərid Mehdiyevə həvalə edilmiş və araşdırma aparılmışdır. aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 23.07.1998-ci ildə həqiqi hərbi xidmətə getmiş, 10.04.2000-ci il tarixdə isə həqiqi hərbi xidmətini başa vurub evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra o, bilmişdir ki, qardaşı İddiaçı onun SSRİ pasportunu oğurlayaraq Rusiya Federasiyasına getmiş və orada cinayət edərək məhkumluq həyatı yaşamışdır. Lakin anası Qəmər və xalası Sitarə ona bu barədə heç kimə heç bir söz deməməsini bildirdikləri üçün, o heç kimə heç nə deməmişdir. Bəhrəm 2000-ci ilin avqust-sentyabr aylarında həbsdən çıxıb evlərinə gəlmiş və onu hədələmişdir ki, onun adını heç yerdə hallanmasın. 07.06.2015-ci ildə xalası Sitarə, 31.01,2016-cı ildə isə anası Qəmər rəhmətə getmişlər. Bundan sonra Bəhrəm baba yurdunda qeydiyyatda olmasından istifadə edərək həmin evə sahiblənmiş və onların həmin evə getməsinə imkan verməmişdir. 2014-cü ildən qardaşı Bəhrəmlə aralarında mübahisə, narazılıq başlamışdır. Təxminən 2-3 ay əvvəl o işə düzəlmək üçün Gəncə şəhərində yerləşən ASAN xidmətə müraciət edərək arayış alan zaman onun adına məhkumluq çıxdığını, x3 şəhərində 2000-ci ildə məhkumluğu olmasını bildirmişlər. Bu zaman o bilmişdir ki, 1998-ci ildə o, hərbi xidmətdə olan zaman qardaşı Bəhrəm onun qırmızı üzlə SSRİ pasportunu oğurlayaraq, həmin pasportla RF-nın Voronej şəhərinə getmiş və orada 1999-cu ilin noyabr ayında Bərdə rayonundan olan Rafael adlı bir oğlanı bıçaqla vurub öldürdüyünə görə 2000-ci ilin iyun ayına qədər məhkumluq həyatı yaşamışdır. Bəhrəm bütün bunları onun adı ilə etmişdir. Halbuki həmin vaxt o, hərbi xidmətdə olmuşdur. 2000-ci ildən sonra isə Bəhrəm onu sözlə hədələmişdir ki, bu barədə heç kimə məlumat verməsin. Bəhrəmin onu real hədələmədiyini, həyat və sağlamlığı üçün féal təhlükə yaratmadığını bildirmişdir. Bəhrəmin onun sənədini oğurlayaraq adından istifadə edərək cinayət törətməsi və onun adına məhkumluq yazılmasına görə Bəhrəmin cinayət məsuliyyətinə cəlb edilməsi və onun adından məhkumluğun götürülməsini xahiş etmişdir. DİN-nin BƏSİİ-nin 18.12.2019-cu il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, 11.11.1976-cı il təvəllüdlü Cavabdeh x5 şəhəri Dəmiryol rayon Məhkəməsinin 22.03.2000-ci il tarixli hökmü ilə RF CM-nin 108-ci maddəsinin 1-ci hissəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aparılmış araşdırma zamanı Gəncə ASAN xidmətin 24.12.2019-cu il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Cavabdeh 24.07.1998-ci ildən 10.04.2000-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 16.01.2020-ci il tarixli, 012-941- 1220 nömrəli məktubunda qeyd olunmuşdur ki, Rusiya Federasiyası DİN-nin BİAM-dan əldə olunmuş daktiloskopik məlumatın müqayisəli tədqiqatı nəticəsində Cavabdeh məhkumluğu barədə DİN-də saxlanılan məlumatın əslində xx.xx.1975-ci ildə Goranboy rayonunda anadan olmuş İddiaçı aid olması müəyyən edilmişdir. x14 izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. 1999-cu ildə x2 şəhərinə işləməyə gedən zaman həmin vaxt hərbi xidmətdə olan qardaşı Azərin köhnə qırmızı SSRİ nümunəli pasportunu da özü ilə götürüb Rusiyaya aparmışdır. Sonra x3 şəhərində «OMON» tərəfindən onun öz pasportu əlindən alındığı üçün o, qardaşının pasportundan istifadə etmişdir. Təxminən 1999-cu ilin axırlarında Voronej şəhərində dava zamanı orada bir nəfərə bıçanqla vuraraq xəsarət yetirdiyinə görə onu həbs etmişlər və həmin vaxt qardaşı Cavabdeh pasortunu təqdim etmiş və Cavabdeh olduğunu bildirmişdir. Sənədləşmə də Azərin adı ilə getmişdir. Bundan sonra 22.03.2000-ci ildə Voronej şəhəri Dəmir yol rayon məhkəməsində ona 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumluq da qardaşı Cavabdeh adına qeyd olunmuşdur. Ancaq əslində o, məhkum olunmuşdur. Bunu da Azər özü,eyni zamada mərhum anası da bilmişlər. Lakin sonradan qardaşı Azərlə aralarında mülk üstündə narazılıq yaranmış və hazırda Gəncə şəhərində Kəpəz rayon məhkəməsində mülki işləri üzrə proses gedir. Ona görə də Azər ondan şitkayət etməyə başlamışdır ki, onun pasportunu ondan icazəsin evdən götürmüş və həmin pasportla Rusiya Federasiyasına gedərək orada məhkum olunmuşdur. O, həmin əməlindən peşiman olduğunu bildirmişdir. O, qardaşı Azərin mülk üstündə onunla mübahisə apardığına görə və ondan şikayətlər etdiyinə görə o, əvvəlki izahatında acıqla Azərin yalan danışdığını, onun pasportunu götürmədiyini və onun adı ilə məhkum olunmadığını bildirdiyini göstərmiş, ancaq hazırda düzünü danışdığını və səhvini başa düşdüyünü bildirmişdir. Azərbaycan Respublikası CMnin 75.1.1-ci maddəsinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 326.2-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Goranboy rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Dəliməmmədli şəhər xəstəxanasının 14.05.2020-ci il tarixli, 187 nömrəli tibbi arayışından görünür ki, İddiaçı 14.05.2020-ci il tarixdə Dəliməmmədli şəhər xəstəxanasında Arterial Hipertenziya İİA. Astenik nevroz diaqnozu ilə ambulator müayinədə olmuşdur. Hal-hazırda müalicə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24.02.2020-ci il tarixli Ə-48554 nömrəli arayışdan görünür ki, Cavabdeh məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x1 18.12.2019-cu il tarixli, 012-63191Ə-3219 nömrəli məktubundan görünür ki, məhkumluqla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə Cavabdeh tərəfindən ünvanlanmış 03 dekabr 2019-cu il tarixli müraciətə əsasən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsində aidiyyəti üzrə baxıldığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x1 15.01.2020-ci il tarixli, 012-63191/2Ə-3220 nömrəli məktubundan görünür ki, məhkumluq barədə Daxili İşlər Nazirliyində saxlanılan məlumatın İddiaçı aid olması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Respublikanın Baş prokuroruna və Daxili İşlər nazirinə ünvanladığınız 03 və 18 dekabr 2019-cu il tarixli eyni məzmunlu Cavabdeh müraciətləri DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsində aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd edilən xüsusatların araşdırılması nəticəsində məhkumluq barədə sözügedən məlumatın həqiqətən xx.xx.1975-ci ildə Goranboy rayonunda anadan olmuş İddiaçı aid olması təsdiq edilmiş və DİN-in mərkəzləşdirilmiş uçotlarında müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə ilk olaraq ilk iddia tələbi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə Cavabdeh 11.01.2019-cu il tarixdə Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Əliyev x9 rayonu Dəliməmmədli şəhərində qeydiyyatda olmağına baxmayaraq Gəncə şəhərində yaşayır. İddiaçı Gəncə şəhərində yaşamağına baxmayaraq günün çox hissəsini Dəliməmmədli şəhərində keçirmiş, ona görə ki qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı onların Dəliməmmədli şəhərində yerləşən nənə evini (anasının anası) narkotik saxlamaq və satmaq üçün istifadə etmiş, gün ərzində yalançı taksi fəaliyyəti ilə məşğul olub, gözdən pərdə asaraq axşamlar həmin evi narkotik satmaq və saxlamaq üçün istifadə edərək gecə yarısına qədər öz işini görmüşdür. Həmin evdə müəyyən müddət o yaşamışdır. O, yaşadığı müddətdə İddiaçı evə gələrək kibrit qutusunda və ya salafanda istifadə etdiyi və satdığı narkotiki həmin evdə gizlətmiş, kiməsə lazım olduqda pul ilə satmışdır. İddiaçı əvvəllər RF-da bıçaqla adam öldürdüyünə görə həbsxana həyatı yaşamasını bildirmişdir. İddiaçı taksi fəaliyyəti ilə məşğul olan “dostları” da bu işdə yaxından köməklik etmişlər. Onda olan məlumata görə İddiaçı həmin narkotiklər Ağcabədi, Beyləqan, Bərdə və Yevlax rayonlarından həm satış həm də özlərinin istifadəsi üçün gətirilmişdir. O, İddiaçı həmişə onu hədələyərək “əgər mənim nə işlə məşğul olduğumu polisə bildirsən onda Dəliməmmədlinin “blatnoy” uşaqları səni burada işləməyə qoymayacaq” demişdir. İddiaçı tutduğu cinayət əməlini ört-basdır etmək və özünü sığortalamaq üçün çağırıldığı yerə özü və arvadının qohumu olan kişi və ya qadınlardan aparır ki, cinayət əməlini müdafiə etsinlər ki, guya bu işlərdən heç bir xəbəri yoxdur. İddiaçı yalandan bəhanə gətirir ki, guya nə yaza nə də oxuya bilir. Buna görə də sadəcə olaraq özünü sığortalamaq və müdafiə etmək üçün əvvəlcədən danışdıqları plan şəklində fırıldaq iş qurmasını bildirmişdir. Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31də yaşayış olmadığı halda İddiaçı və onun “dostları” həmin evdən öz məqsədləri üçün istifadə edirlər. O, həmin evə gündüz vaxtı gedib-gəlməsini bildirmiş, çünki gecə vaxtı öz evinə getməli olduğunu bildirmişdir. Əgər lazım gələrsə həmin evdə axtarış aparılmasını və evin ciddi nəzarətə götürülməsini xahiş etmişdir. O, narkotikin həmin evə cəm halında gətirilməsini sonra isə hissə hissə satışının həyata keçirilməsini bildirmişdir. İddiaçı Hepatit-C xəstəsi olmasını və bunu özü və ailəsi hamıdan gizlətmişdir. O, İddiaçı nə vaxt söhbətə çağırıb bu yoldan çəkinməyini desə də Bəhrəm onu küçə söyüşləri ilə təhqir etmiş və ölümlə hədələmişdir. Bu hal dəfələrlə olmuşdur. Hər şeyin düzgün və doğru olması üçün lazım gələrsə İddiaçı qanından analiz nümunəsinin götürülməsinin kifayət olduğunu bildirmişdir. Aralarında olan münaqişəyə görə qardaşı İddiaçı satdığı, saxladığı və istifadə etdiyi narkotikləri Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 31-də gizlətməməsini, həmin narkotikləri ayrı-ayrı yerdə saxlayaraq kimə lazımdırsa mobil telefon vasitəsi ilə satmasını və istifadə etməsini bildirmişdir. İddiaçı Gəncə şəhərində yaşadığı ev (Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi ev 20, mənzil 6, keçmiş Mərkəzi Bazarın yanı) və idarə etdiyi (**-BX-***) avtombilinin ciddi nəzarətə götürülməsini bildirmişdir. İddiaçı hər gün spirtli içki ilə birlikdə narkotikdən həddindən artıq istifadə etməsini və saat 20:00-23:00 radələrində Dəliməmmədlidən Gəncə şəhərinə getməsini bildirmişdir. Odur ki, İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsini və ciddi tədbir görülməsini xahiş etmişdir. Lakin 21.01.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla Cavabdeh ərizəsində göstərilənlər öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Plenumun qərarında həmçinin qeyd olunmuşdur ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, ilk İddiaçı barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin – cavabdehin üzərinə düşür. Cavabdeh isə məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də bu məlumatlar İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməlidir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh tərəfindən iddiaçı barəsində edilən müraciət (məlumat) müvafiq dövlət orqanına ünvanlanmış şikayətdə əks olunduğundan, həmçinin bu müraciət dövlət orqanından çıxan sənədlərdə də qeyd olunduğundan və öz təsdiqini tapmadığında həmin məlumat yayılmış hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh yaydığı məlumatların doğruluğunu sübut etmədiyindən, ilk iddiaçı bu məlumatların həqiqətə uyğun olmayan məlumat hesab olunmasını, nəticədə mənəvi zərərlə bağlı tələb irəli sürməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, ilk iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, ilk iddia üzrə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, ilk iddia üzrə cavabdehin ilk iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, ilk iddia üzrə cavabdehin iddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatları yayması yuxarıda göstərilən sübutlarla təsdiqlənmişdir. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki, cavabdeh həmin məlumatı yayarkən iddiaçının şərəf və ləyaqətini ləkələdiyini dərk etmiş, bunu arzu edərək, mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Digər tərəfdən, ilk iddia üzrə cavabdeh iddiaçıya yönəlmiş ifadələrlə iddiaçının şərəf və ləyaqətini alçaldaraq sonuncuya mənəvi zərər yetirmişdir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırki halda, ilk iddia üzrə cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış məlumat yalan və həqiqətə uyğun olmayan məlumat olmaqla, həmin məlumatın yayılması nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi mübahisəsizdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ilk iddia tələbi üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən ilk iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrdən, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, ilk iddia üzrə cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış məlumatın ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, ilk iddia üzrə cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, ilk iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh DİN-nin rəhbərliyinə, qardaşı İddiaçı 1998-ci ildə onun hərbi xidmətdə olmasından istifadə edərək, yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhəri, Azərbaycan küçəsi, ev-31 ünvanından ona məxsus olan SSRİ pasportunu oğurlayaraq Azərbaycan Respublikasının sərhəddini keçməklə Rusiya Federasiyasına getməsi və orada onun adı ilə yaşayaraq cinayət hadisəsi törətməsi barədə müraciəti üzrə toplanmış material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 fevral 2020-ci il tarixli qərarla müəyyən olunmuşdur ki, ərizədə göstərilən faktlar öz təsdiqini tapmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2.-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi İddiaçı tərəfindən törədilmiş və cinayət məsuliyyətinə müddətin keçməsi ilə, yəni bəraətverici əsaslar olmadan başlanması rədd edilmişdir. Həmçinin məhkəmə iclasında iş üzrə tərəflər izahatlarında qeyd edilən faktın mövcud olduğunu təsdiqləmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin cinayət törədərək məhkum olması və həmin zaman qarşılıqlı iddia üzrə iddiaçıya məxsus pasportu verərək özünü Cavabdeh kimi təqdim etməsi, Cavabdeh məhkum olunmuş şəxs olaraq adına qeydiyyatın aparılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənəvi zərərin vurulmasını istisna etmir. Bununla yanaşı məhkəmə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə qarşılıqlı iddia üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona vurulan mənəvi zərərin ödənilməsi məqsədi ilə İddiaçı 12000 (on iki min) manat tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 №-li qərarının 13-cü bəndinə əsasən Azərbaycan Respublikasının 384.0.1-ci maddəsinə görə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Plenum izah edir ki, mənəvi zərərin pulla və s. Formada ödənilməsi tələbi əmlak xarakteri daşıdığına görə bu cür tələblər müstəqil iddia kimi irəli sürüldükdə həmin tələblərə iddia müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı 1998-ci ildə Cavabdeh məxsus olan SSRİ pasportu ilə Azərbaycan Respublikasının sərhəddini keçməklə Rusiya Federasiyasına getmiş, orada onun adı ilə yaşayaraq cinayət hadisəsi törətmiş, məhkum olunmuş şəxs olaraq Cavabdeh adı qeyd edilmişdir. Bu barədə Cavabdeh 10.04.2000-ci il tarixdə həqiqi hərbi xidmətini başa vurub evə qayıtdıqda bilmiş, öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, artıq müddət keçdikdən sonra 2020-ci ilin fevral ayında bildiyi vaxtdan 20 il sonra qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, ilk iddia tələbi digər hissədə təmin edilməməlidir. Cavabdeh İddiaçı qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasına iddia müddəti tətbiq edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x24 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar