Məhkəmə qərarları › İş №2(043)-1279/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1279/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1279/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11974.78 ABŞ Dolları kredit borcu, 607.11 ABŞ Dolları faiz borcu və 8047.90 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 20629 ABŞ Dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu X7 prospektində yerləşən 12A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 20629 ABŞ Dolları 79 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Gəncə şəhəri Kəpəz rayonu X7 prospektində yerləşən 12A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşaşyış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 26.09.2014-cü il tarixdə bağladığı 06A000048605 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.3333% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.02.2016-cı il tarixli 06A000048605S saylı, 21.10.2016-cı il tarixli 06A000048605SA saylı, 19.11.2019-cu il tarixli 06A000048605SB saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.03.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 28025.22 ABŞ Dolları ödəniş etmiş və onun iddiaçıya 11974.78 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15.02.2021-ci il tarixə 347 gün üçün hesablanmış faiz borcu 607.11 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 15.02.2021-ci il tarixə 347 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 8047.90 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.09.2014-cü il tarixli 003 saylı alqı satqı və ipoteka müqaviləsi əsasında Gəncə şəhəri Kəpəz rayonu X7 prospektində yerləşən 12A nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanmış 12.02.2016-cı il tarixli, 21.10.2016-cı il tarixli və 19.11.2019-cu il tarixli sazişlərə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 100 №-li reyestr kitabının 64 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Gəncə şəhəri Kəpəz rayonu X7 prospektində yerləşən 12A nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 05.10.2020-ci il tarixdə bildiriş göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, bankın ona borcu ABŞ dolları ilə verdiyini, borcundan kifayət qədər ödəniş etməsinə baxmayaraq manatın devalvasiyası ilə əlaqədar borcunun daha da artdığını, hazırda bankın tələb etdiyi məbləği ödəməyə imkanının olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.02.2021-ci il tarixə olan qalıq borcu 11974,78 ABŞ dolları, 607,11 ABŞ dolları faiz, 8047,9 ABŞ dolları cərimə olmaqla, cəmi 20629,79 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli, 06A000048605 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 aylıq 1,3333 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində borc verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 12 fevral 2016-cı il tarixli, 06A000048605S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 26 sentyabr 2014-cü il tarixli, 06A000048605 saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 76 ay təşkil edir, kreditin qalıq məbləğinə 12 fevral 2016-cı il tarixdən aylıq 1,25 faiz dərəcəsi ilə faizlər hesablanır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 21 oktyabr 2016-cı il tarixli, 06A000048605SA saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 26 sentyabr 2014-cü il tarixli, 06A000048605 saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 84 ay, faiz dərəcəsi 21 oktyabr 2016-cı il tarixdən aylıq 1,8333 faiz, 21 oktyabr 2017-ci il tarixdən aylıq 0.9166 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 19 noyabr 2019-cu il tarixli, 06A000048605SB saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 26 sentyabr 2014-cü il tarixli, 06A000048605 saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 48 ay, faiz dərəcəsi 19 noyabr 2019-cu il tarixdən aylıq 0.4583 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2014-cü il tarixli, 06G000048855 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 12 fevral 2016-cı il tarixli, 06G000048855S saylı sazişdən görünür ki, bank ilə zamin arasında 26 sentyabr 2014-cü il tarixli, 06G000048855 saylı zaminlik müqaviləsi üzrə kreditin müddəti artırılır və 76 ay təşkil edir, kreditin qalıq məbləğinə 12 fevral 2016-cı il tarixdən aylıq 1,25 faiz dərəcəsi ilə faizlər hesablanır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 21 oktyabr 2016-cı il tarixli, 06G000048855SA saylı sazişdən görünür ki, bank ilə zamin arasında 26 sentyabr 2014-cü il tarixli, 06G000048855 saylı zaminlik müqaviləsi üzrə kreditin müddəti artırılır və 84 ay, faiz dərəcəsi 21 oktyabr 2016-cı il tarixdən aylıq 1,8333 faiz, 21 oktyabr 2017-ci il tarixdən aylıq 0.9166 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 19 noyabr 2019-cu il tarixli, 06G000048855SB saylı sazişdən görünür ki, bank ilə zamin arasında 26 sentyabr 2014-cü il tarixli, 06G000048855 saylı zaminlik müqaviləsi üzrə kreditin müddəti artırılır və 48 ay, faiz dərəcəsi 19 noyabr 2019-cu il tarixdən aylıq 0.4583 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 003 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 12 fevral 2016-cı il tarixli 003S saylı alqı-satqı və ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.2-ci bəndi dəyişdirilərək, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsinə əsasən kreditin qaytarılma tarixi həmin kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 76 ay müddətinə 03 fevral 2021-ci il tarixədək, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.3-cü bəndi dəyişdirilərək, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsinə əsasən kreditin qalıq məbləğinə 12 fevral 2016-cı il tarixdən illik faiz dərəcəsi 15 faiz hesablanır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2016-cı il tarixli 003SA saylı alqı-satqı və ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.2ci bəndi dəyişdirilərək, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsinə əsasən kreditin qaytarılma tarixi həmin kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 84 ay müddətinə 03 noyabr 2021-ci il tarixədək, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.3-cü bəndi dəyişdirilərək, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsinə əsasən kreditin qalıq məbləğinə 21 oktyabr 2016-cı il tarixdən illik faiz dərəcəsi 22 faiz, 21 oktyabr 2017-ci il tarixdən isə faiz dərəcəsi 11 faiz hesablanır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 003SB saylı alqı-satqı və ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.2ci bəndi dəyişdirilərək, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsinə əsasən kreditin qaytarılma tarixi həmin kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 48 ay müddətinə 03 oktyabr 2023-cü il tarixədək, alqı-satqı və ipoteka müqaviləsinin 1.6.3-cü bəndi dəyişdirilərək, 26 sentyabr 2014-cü il tarixli 06A000048605 saylı kredit müqaviləsinə əsasən kreditin qalıq məbləğinə 19 noyabr 2019-cu il tarixdən illik faiz dərəcəsi 5,5 faiz hesablanır. İş materiallarına əlavə edilmiş RX seriyalı, 053561 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ərizələrdən görünür ki, X2, əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 26 sentyabr 2014-cü il tarixli 003 saylı alqı-satqı və ipoteka müqaviləsinə 12.02.2016-cı il, 21.10.2016-cı il və 19.11.2019-cu il il tarixli əlavə və dəyişikliklərin edilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlərdən görünür ki, ipoteka qoyan Cavabdeh1 tələbin ipoteka predmetlərlərinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş 13.10.2020-cı il tarixli, 23579 nömrəli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş DƏDRX-nin 3 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 may 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 06.05.2021-ci il tarixə olan likvid satış qiyməti 35.000 manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 26 sentyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi, yuxarıda qeyd edilmiş maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 8047,9 ABŞ dolları cərimə olmaqla, cəmi 20629,79 manat təşkil edir. Eyni zamanda zamin Cavabdeh2 da kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icrası üçün məsuliyyət daşıdığından borcun ödənilməsində Cavabdeh1 ilə müştərək məsuliyyəti vardır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarını qorumaq və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasını qarşısı almaq məqsədilə, iddiaçının əmlak mənafelərini də nəzərə alaraq 11974,78 ABŞ dolları əsas borca 8047,9 ABŞ dolları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gəlir və dəbbə pulu məbləğinin 600 ABŞ dolları müəyyən edilməsini ədalətli hesab edir. Bundan başqa, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən pozulduğundan həmin öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, fərdi yaşayış evinin satışından əldə edilən vəsait hesabına borc ödənilməli, əldə edilmiş vəsait kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən ümumi qaydada alınmalıdır. Müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq ipoteka predmeti olan evin ilkin satış qiyməti 35 000 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi açıq hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pul ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat müəyyən edilməklə ev açıq hərracda satılsın və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilsin. Əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 həmin evdən çıxarılsın, ev boşaldılaraq alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar