Məhkəmə qərarları › İş №2(043)-1283/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1283/2020

18.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1283/2020 18.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4750/2016 saylı,xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X3 18 yaşadək saxlanması üçün sabit pul məbləği şəklində müəyyən edilmiş 117 manat alimentin məbləğinin artırılaraq hər ay 200 manat olmaqla Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, cavabdehlə nikahları xx.xx.2012-ci il tarixdə ləğv edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X4 onun yanında saxlanmışdır. X7 Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(043)-4750/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda qızı Aysel böyüyüb, saxlanma xərcləri artıb, eləcə də uşaqların saxlanması üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu da dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4750/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. X2 vilayətinin Tabol VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, İ – ФР seriyalı, 760701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu ildə X2 vilayətinin Tabol şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası Əhmədova (Abbasova) Nazilə İlyas qızıdır. ASAN-Gəncə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, 12211825 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Aysel Əhmədovanın atası Cavabdeh, anası Nazilə Əhmədovadır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmədə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu səbəbdən də, məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs arzusu və haqqı, həm də müqəddəs öhdəliyidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, X5 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X5 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onlları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X5 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X5 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin 117 manat məbləğində ödədiyi aliment uşağın bioloji varlığı, sağlam inkişafını, onun qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi üçün kifayət edə bilməz. Buna görə də, alimentin artırılması barədə iddia birmənalı olaraq təmin edilməlidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Çünki yuxarıda iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə heç bir sübut təqdim edə bilmir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna» istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğdə, yəni 170 manat həddində müəyyən etmək istəyir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin olunsun. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh tərəfindən xx xxxxxx 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənən alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğilə 170 (bir yüz yetmiş) manat məbləğində aliment ondan tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar