Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1285/2020 11.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun 210 manat borcunu, vurulan 200 manat maddi ziyan və dövlət rüsumu 20 manat, cəmi 430 manat pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, 2019-cu ilin sentyabr ayında Cavabdeh zamin duraraq mebel ustası Vahid adlı şəxsə cehizlik mebel yığdırmışlar. Yəni həmin şəxs qızına cehizlik mebel yığdırmaq istəyirdi. Məbləğin yarısını verib, yarısını toydan sonra verməsinə söz vermişdir. Lakin sözünə əməl etməyib, gündə bir bəhanə eyləyərək bu günə kimi qalıq 210 manat verməkdən boyun qaçırır. Mebel ustası isə o, zamin durduğuna görə məbləğin hamısını ondan tələb etmişdir. O da ona söz verdiyi üçün pulu ona ödəmişdir. Cavabdeh dəfələrlə pul əldə etmiş və onun pulunun qalıq hissəsini verməkdən başqa-başqa bəhanələrlə boyun qaçırmışdır. Artıq onun səbri tükənib. Qeyd edir ki, cavabdeh Hacıyev x2 Yanacaq Doldurma Məntəqəsində (Dəyirmanın dairəsinə çatmamış) 9 №-li boksda maşın çilingəri işləyir. Cavabdeh ona olan borcunu könüllü ödəmədiyindən məhkəməyə müraciət etməyə məcbur olub. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, Cavabdeh ona övladının toy məclisi üçün mebel düzəltdirmək istədiyini bildirmişdir. Onlar birlikdə mebel ustası olan dostu x5 ilə danışmışlar. Vahid Əhmədov onu tanıdığı üçün Cavabdeh üçün 2019-cu ilin sentyabr ayında mebel düzəltməyə razı olmuş və görüləcək işin dəyərini Fizuli vermədiyi halda ondan tələb edəcəyini bildirmişdir, o da razılaşmışdır. Mebelin hazırlanma dəyəri barədə 1200 manata razılaşmışlar. İlkin olaraq material alınması üçün 800 manat Cavabdeh tərəfindən ödənilmiş və 400 manat borcu qalıq qalmışdır. Fizuli 2019-cu ilin sentyabr ayında toydan sonra həmin pulu qaytaracağını bildirmişdir. Sifariş verilmiş mebel hazırlanaraq Fizulinin göstərdiyi ünvanda quraşdırılmış və əşyanın hazırlanması barədə hər hansı bir narazılıq olmamamışdır. Lakin cavabdeh Fizuli göstərdiyi və razılaşdıqları vaxtda qalıq borc məbləğini ödəməmiş, dəfələrlə bu barədə cavabdehlə danışıqlar aparılmasına baxmayaraqheç bir nəticəsi olmamışdır. Aralarında olan razılığa əsasən Vahid həmin borc qalmış pulu ondan tələb etmişdir. O da 400 manat pulu x3 2020-ci ilin yanvar ayının əvvəllərində vermişdir. Bundan sona Fizuli onun ödədiyi 400 manat puldan 190 manatını 2020-ci ilin yanvar ayının sonlarında ona ödəmiş, lakin 210 manatını hal-hazıradək ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x5 ifadəsində bildirdi ki, o, mebel ustasıdır. İddiaçı onun tanışıdır. O Cavabdeh tanımamışdır.2019-cu ilin sentyabr ayında İddiaçı Cavabdehlə birlikdə onun yanına gələrək, Cavabdeh yaxşı tanıdığını ona bildirmiş və onun qızına cehiz mebel düzəltməyə köməklik etməyini xahiş etmişdir. O da İddiaçı bildirmişdir ki, Fizulini tanımır, düzəldəcəyi mebelin dəyərini vermədiyi halda ondan alacaqdır. İddiaçı mebelin dəyərinin ödəniləcəyinə onu əmin etmişdir. Cavabdeh kataloqda göstərdiyi mebelin qiyməti satışda 2600 manat olduğu halda, dostu Yaşara görə həmin mebeli 1200 manata düzəldəcəyini onlara bildirmişdir. Material almaq üçün əvvəlcədən 800 manat istəmiş, Cavabdeh ona 700 manat, onun qaynatası 100 manat cəmi 800 manat pul vermişdir. Cavabdeh toya 10-15 gün qaldığını, qalan pulu 2020-ci ilin sentyabr ayında keçiriləcək toydan sonra ona verəcəyini bildirmiş, toya kimi mebelin hazırlanmasını xahiş etmişdir. O, mebel hazır olduqdan sonra İddiaçı zəng edərək bildirmişdir ki, Cavabdeh tanımadığını, mebeli verdikdən sonra qalan pulun veriləcəyinə inanmadığını bildirmiş, İddiaçı Cavabdeh yaxşı adam olduğunu, onun pulunu qaytarılmasını təmin edəcəyini, narahat olmamasını, mebeli aparıb quraşdırmasını bildirmişdir. O, toydan əvvəl mebeli aparıb quraşdırmış, dostu İddiaçı xoş olsun deyə artıq qalan materiallardan bir ədəd qabaq stolunu pay düzəldərək vermişdir. Lakin Cavabdeh qalan400 manat borcu toydan sonra ona verməmiş, neçə dəfə danışıqlar aparılmasına baxmayaraq faydası olmamışdır. O, aralarında olan razılığa əsasən həmin pulu İddiaçı tələb etmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində İddiaçı mebelin dəyərindən qalan 400 manat pulu ona vermişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma mahiyyət etibarı ilə podrat müqaviləsidir. Belə ki, cavabdeh mebel düzəldilməsi üçün sifariş vermiş, lakin əşyanı təhvil almasına baxmayaraq razılaşdırılmış dəyəri tam olaraq ödəməmiş, onun öhdəliyi iddiaçı tərəfindən icra edilmişdir. Mülki Məcəllənin 431.1.-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Mülki Məcəllənin 509.3.-ci maddəsinə görə, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Mülki Məcəllənin 196.-cı maddəsinə görə, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, Cavabdeh övladının toy məclisi üçün mebel düzəltdirmək istədiyini İddiaçı bildirmiş, İddiaçı Cavabdeh sifarişi olan mebelin düzəldilməsinə vasitəçilik edərək x5 ilə tanış etmiş, Cavabdeh istədiyi mabelin kataloqdan seçərək sifariş vermiş və qiyməti barədə podratçı ilə şifahi qaydada razılığa gəlmişlər. Sifarişi qəbul edən x8 İsmayılova düzəldəcəyi mebelin dəyərinin verilmədiyi halda ondan alacağını bildirmişdir. Görüləcək işin dəyəri olaraq tərəflər 1200 manata razılaşmış, sifariş verən həmin məbləğin 800 manatını ödəmiş, 400 manatını isə 2020-ci ilin sentyabr ayının axırlarında ödəyəcəyini bildirmiş və bu barədə razılaşmışlar. Podratçı müqaviləyə uyğun olaraq göstərilən müddətdə mebeli hazırlayaraq sifariş edən cavabdehə təqdim etmiş və görülmüş işlə bağlı sifariş verənin heç bir şikayəti olmamışdır. Lakin iş üzrə cavabdeh olan sifarişçi razılaşdıqları vaxtda qalıq borcu ödəməmiş, aparılmış danışıqların heç bir faydası olmamışdır. Bundan sonra Cavabdeh podratçı qarşısında olan öhdəliyini İddiaçı icra edərək 400 manat pulu sifarişi icra edən podratçıya şəxsən vermişdir. Bundan sona cavabdeh iddiaçının ödədiyi 400 manat puldan 190 manatını 2020-ci ilin yanvar ayının sonlarında ona ödəmiş, lakin 210 manatını hal-hazıradək ödəməmişdir. Hazırda iddiaçı cavabdehin öhdəliyi üzrə icra etdiyi, ödənişdən ala bilmədiyi 210 manatını məhkəmədə iddia qaldıraraq cavabdehdən tələb edir. Cavabdeh məhkəmə hazırlıq iclasında borcunun olmasını etiraf etmişdir. Həmin hal məhkəmə iclasında tərəflərin izahatları və şahidin ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyi üzrə iddiaçı tərəfindən podratçıya verilmiş 210 manat hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Həmçinin göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 200 manat maddi ziyan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı, 2020-ci ilin yanvar ayının əvvəllərində cavabdehin 400 manat öhdəliyini icra edərək podratçıya vermiş, həmin ayın axırlarında cavabdeh tərəfindən həmin məbləğdən 190 manatı iddiaçıya qaytarılmış, cavabdehin iddiaçıya 210 manat borcu qalmış, iddia ərizəsi isə 19 fevral 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə məhkəmə bir ay ərzində 210 manat müqabilində iddiaçıya 200 manat maddi zərər dəyməsini ağlabatan hesab etməməklə yanaşı qeyd edir ki, tərəflər arasında yazılı müqavilənin və cavabdehin öhdəliyinin vaxtında icra etməməsi nəticəsində zərər ödəməsi barədə razılaşmanın olmasını müəyyən etmək mümkün olmadığı kimi, iddiaçı ona maddi zərərin dəyməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edəbilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə veriməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 210 (iki yüz on) manat məbləğində pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbinin 200 manat vurulmuş maddi ziyan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 210 (iki yüz on) manat məbləğində pul və məhkəmə xərci qismində 20 (iyirmi) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x9 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1285/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1285/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver