Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1286/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC «X5» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin X5» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh ASC-nin X5» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yazılmış 552 manat 40 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus Gəncə şəhər Kəpəz rayonu Ş.İ.Xətai pr. 2-ci döngə, ev 31-də yerləşən evə bir neçə il su borularının tutulması nəticəsində su gəlməmişdir. Həmin evdə o yaşayır, 2-ci qrup gözdən əlildir və yoldaşı xərçəng xəstəliyindən vəfat etmişdir. Eləcə də qızları Ələsgərova Türkan, Ələsgərova Nərmin və nəvəsi Camalzadə Sevil onun öhtəsindədir. Ancaq, faktiki olaraq onunla birgə yaşayan qızı Ələsgərova Nərmindir. Evinə su gəlmədiyi illər ərzində o, cavabdehə və aidiyyəti orqanlara dəfələrlə müraciət edərək yaşadığı evə suyun çəkilməsini tələb etsə də nəticə olmamışdır. Ona sonradan məlum olmuşdur ki, onun evinə su gəlmədiyi halda su gəlməyən illəri cavabdeh ona hər ay su pulu cəriməsi hesablamışdır. Bundan əlavə cavabdeh onun evində yaşamayan insanları da evdə yaşayan kimi hesab edərək su pulunu qanunsuz olaraq artıq hesablamışlar. Cavabdeh onun və onunla yaşayan qızının hüquqlarını pozmuşdur. Odur ki, o məcburiyyətdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ifadəsində bildirdi ki, abonent olaraq mərhum əri Məcid Ələsgərov göstərilməsinə baxmayaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamışlar. İddia tələbində cərimə olaraq göstərdiyi məbləğ cavabdeh təşkilat tərəfindən hesablanmış sudan istifadəyə görə borc məbləğidir. Onun mənzilinə neçə illər su gəlməmiş və əsassız borc hesablanmışdır. Lakin onun mənzilinə su gəlməməsi barədə heç bir orqana şikayət etməmişdir. Hazırda məhkəmədən onun ailə vəziyyətini, xəstəliyini və maddi imkanının olmamasını nəzərə alınaraq hesablanmış borc məbləğinin silinməsini istəyir. İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin «X5» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ifadəsində bildirdi ki, Gəncə şəhəri Ş.İ.Xətai pr. 2 dalan, ev 31 əvvəlki mülkiyyətçisi Məcid Ələsgərovla 2005-ci il tarixdə sudan istifadə və tullantı suların axıdılmasına dair müqavilə bağlanaraq, **********000 abonent kodu verilmişdir və bu günədək müqavilədə heç bir dəyişiklik aparılmamışdır. Abonent olaraq Məcid Ələsgərov 2011-ci il tarixdən 2019-cu ilin 4 ayınadək xidmətlərdən istifadə edilməsinə baxmayarq heç bir ödəniş etməmişdir. İddiaçı ona məxsus Ş.İ.Xətai pr. 2-ci dalan ev 31 yerləşən evdə sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti bağlanması, mülkiyyət hüququ yarandığı gündən bəri, yeni müqavilənin bağlanması və evin kodunun adına dəyişdirilməsi barədə rəsmi və qeyri rəsmi şəkildə STKM müraciət etməmişdir və həmin ünvanda sudan istifadə və tullantı sularının axıdılmasına görə qanunvericiliyə əsasən müvafiq hesabat verilmişdir. İddiaçının 2011-ci ilin aprel ayına qədər olan borc Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2011-ci il tarixli Fərmanına əsasən silinmişdir. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 055125 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİİ qrup gözdən əlildir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC «X5» Törəmə Səhmdar Cəmiyyətinin **********000 nömrəli abonent kodu üzrə 16.03.2021-ci il tarixli abonent kartının surətindən görünür ki, Məcid Ələsgərovun 01.01.2005-ci il tarixli, 32914874 saylı müqaviləyə əsasən su və çirkab xidmətinə görə 2016-cı il üzrə dəbbə ilə birlikdə 343,15 manat, 2017-ci il üzrə dəbbə ilə birlikdə 83,25 manat, 2018-ci il üzrə dəbbə ilə birlikdə 37,35 manat, 2019-cu il üzrə dəbbə ilə birlikdə 1,80 manat, 2020-ci il üzrə dəbbə ilə birlikdə 122,85 manat, 2021-ci il üzrə dəbbə ilə birlikdə 20,61 manat olmaqla 609,01 manat borcundan 45 manat ödəniş etməklə 561,01 manat məbləğində yekun borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərinə görə vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.4 maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərinə görə haqqın ödənilməsi vəzifəsi mülkiyyət hüquqi əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 139.1 maddəsinə əsasən kommunal xidmətlərinə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. "X3”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinentinin 17 iyul 2014-cü il tarixli Qərarı 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı suların və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablanmanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və hesablanmış borcun hansı əsasla silinməli olmasını göstərə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-nin «X5» Törəmə Səhmdar Cəmiyyətinə qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1286/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1286/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver