Məhkəmə qərarları › İş №2(043)-1288/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1288/2020

06.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1288/2020 06.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02.01.2019-cu il tarixli müqaviləsinə əsasən İMEi kodu **********66977 “Samsung Galaxy J4 Plus” markalı telefon üçün 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə cəmi 407 (dörd yüz yeddi) manat, 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********17247 “Samsung Galaxy J6” markalı telefon, “Earphone Havit i39 Bluetooth black” qulaqçıq üçün 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə cəmi 673 (altı yüz yetmiş üç) manat, ümumilikdə 1080 (bir min səksən) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 02.01.2019-cuil və 17.01.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEi Kodu **********66977 “Samsung Galaxy J4 Plus” markalı telefon və İMEi Kodu **********17247 “Samsung Galaxy J6” markalı telefon, “Earphone Havit i39 Bluetooth black” qulaqçıq almış və nəticədə 1080 (bir min səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 526 (beş yüz iyirmi altı) manat (12 ay x 37 manat + 82 manat ilkin ödəniş) olan İMEi Kodu **********66977 “Samsung Galaxy J4 Plus” markalı telefon üçün 407 (dörd yüz yeddi) manat olmaqla ondan, 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə borcu yaranmışdır. 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (18 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********17247 “Samsung Galaxy J6” markalı telefon, “Earphone Havit i39 Bluetooth black” qulaqçıq üçün 673 (altı yüz yetmiş üç) manat olmaqla ondan, 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 192 (bir yüz doxsan iki) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 24 fevral 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 17.01.2019-cuil və 02.01.2019-cuiltarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 526 (beş yüz iyirmi altı) manat olan “Samsung Galaxy J4 Plus” markalı telefon və 648 (altı yüz qırx səkkiz) manat olan “Samsung Galaxy J6” markalı telefon, Earphone Havit i39 Bluetooth black” qulaqçığındəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar ““Samsung Galaxy J4 Plus”” markalı telefon üçün hər ay 37 manat və “Samsung Galaxy J6” markalı telefon, Earphone Havit i39 Bluetooth black” qulaqçıq üçün hər ay 36 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 14.02.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.01.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung Galaxy J4 Plus” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 526 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 370 manat borcunu ödəmədiyindən, həmin məbləğə 37 manat cərimə hesablanmış, 17.01.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung Galaxy J6” markalı telefon, Earphone Havit i39 Bluetooth black” qulaqçıq üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 648 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 612 manat borcunu ödəmədiyindən, həmin məbləğə 61 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh “Samsung Galaxy J4 Plus” markalı telefon üçün370 manat əsas, həmin məbləğə hesablanmış 37 manat cərimə borcu və “Samsung Galaxy J2” markalı telefon, Earphone Havit i39 Bluetooth black” qulaqçıq üçün 612 manat əsas, 61 manat cərimə borcu, ümumilikdə 1080 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 982 (doqquz yüz səksən iki) manat ödənilməmiş hissə, 98 (altmış bir) manat cərimə olmaqla ümumilikdə 1080 (bir min səksən) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar