Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-129/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə çəkilmiş təmir xərci olaraq pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən evin təmirinə çəkdiyi xərc kimi 6609 manat pulun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ildə cavabdehə məxsus olan evi 18.000 manata almasına dair razılığa gəlmişlər. O cavabdehə 2200 manat pul vermişdir. Pulun yerdə qalanını cavabdeh ona evin sənədini düzəldib verdikdən sonra verməli idi. Bildirir ki, cavabdeh evin sənədini düzəldib ona verə bilmədiyi üçün onların alveri baş tutmamışdır. Qeyd edir ki, onlar evi alandan sonra evdə təmir işləri görmüşlər. Evdə gördükləri təmir işlərinin ümumi dəyəri 6609 manatdır. Mübahisəli evdə gördükləri işlər bunlardan ibarətdir. Gidrofon+su nasosu-95 manat =montaj 20 manat, minutka 100 manat-5 qormoşka=20 manat montaj=10 manat usta pulu, duş-30 manat=10manat montaj+su çölə motor+50 manat, 5.18 metr plastik turba+kalen muftası+40 manat, qum 40 manat, Şeben-30 manat, mingəçevir qumu-50 manat, 9.50 kv.m tamet-300 manat+usta pulu 300 manat, 30 metr süpürgəlik-90 manat, 6 metr bordyür-20 manat, 20 kisə sement 6 manatdan-120 manat+20 manat taksi+hörgü 20 manat, kubik 200 ədəd 0.50qəp+100 manat+20m Qrunt katok -20 manat, barel 2 ədəd-5 manat+10 manat, şkaf hamam 28 kv.m+84 manat, lambir-50 manata+20 manat montaj, unitaz 90 manat+10 manat montaj, umıvalnik 520 manat+10 manat hamamın işığı +10 manat, 20 dənə Ağdağ-6 m.-120 manat, 20 metr otqoz, 2 aynaqıran -50 manat, 10 ədəd üzlük Ağdağ 6m.-60 manat, 90 metr poduqa-90 manat, 90 metr nalişnik 0,80+12m+20m 25.0boy potolok 40 metr 3 rulon - 120 manat, oboy 30 rulon 23 m. 690 manat, nalişnik qapı, ayna qırağı 11 man, obojur 4 ədəd-30 manat, karniz plastik 12 metr+1,5-18 manat, şurup 3 paçka 7m., 21m, mətbəx kafeli 100m. usta 50 manat, dolğu sobsan 12 metr, 3 ədəd 65, 195 manat. Lak sobsan 2 litr 65, 3 əd-195 manat Katok 10, 4 əd. lm.-4m. qiper 61+2 ədəd 4m. 8m. Maçalka şkurka 220 2 əd. 4 manat. 646 rastvoritel 6 ədəd 3 man. 18 manat. Taxta qapıların təmiri-90 manat. İşıq sistemi-50 manat. Usta molyar-200 manat. Qapının quraşdırılması -20 manat. Plastikin təmiri -50 manat. Mətanət 2 ədəd-10 manat. Cəmi: 6609 manat xərc çəkmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi, Cavabdeh məxsus ünvan 1 ünvanda 200 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi iki otaq, bir zal və bir mətbəxdən ibarət olmuş və aldığı zaman həmin ev təmirli olmamış, onun tərəfindən təmir işləri görülmüşdür. Onun tərəfindən həmin evin divarlarında malyar işləri gördürülmüş və aboy vurulmuş, döşəməsini yonduraraq sıxlaşdırılmış və lak vurdurmuş, künclük (printus) vurdurmuş, qapıları yonduraraq laklatmış, tavanda malyar işi gördürmüş və boyatmış, həyətə və yol darvasının qarşısına tamet döşətdirmiş, evin taxta pəncərələri plastik pəncərə ilə əvəz edilmiş, hamam və tualetə suvaq vurdurmuş, üç cərgə mişar daşından yol hasarını hündürləşdirmişdir. Cavabdeh evin sənədini düzəldib ona verə bilmədiyi üçün onların alveri baş tutmamışdır. Məhkəmədən ekspert rəyindən göstəriləndən az miqdarda, yəni Cavabdeh evin təmirinə çəkdiyi xərcin əvəzi olaraq 6609 manat pulun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ona məxsus ünvan 2 ünvanda 200 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə icraçıları tərəfindən 2020-ci ilin iyul ayının 1-dən köçürülmüşdür və iki il kirayədə qalmışdır. Həmin evdə İddiaçı tərəfindən təmir işləri aparılmışdır. Lakin həmin evə onun tərəfindən qoyulmuş taxta pəncərələr İddiaçı tərəfindən plastik pəncərə ilə əvəz edilmişdir. O öz taxtadan olan pəncərəsini yerinə qoyulmasını istəyir və İddiaçı tərəfindən görülmüş işləri bəyənmir. Lakin halallıq olması üçün o, İddiaçı 1000 manat verməyə razıdır. Buna baxmayaraq iddiaçı onunla razılığa gəlmək istəmir. Evin sənədləri tam hazır deyildir və reyestr qeydiyyatında alınmayıb. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, mübahisə gedən ünvan 2 ünvanda 200 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi əvvəl onun mülkiyyətində olmuşdur. O həmin evi 4 il bundan əvvəl Cavabdeh 18.000 manata satmışdır. Hazırda həmin evin qonşuluğunda yaşayır. Ev 2 otaqlı kürsülü olmaqla, evin ümumi malyar işi olmayıb. Evin içərisinin tavanı - döşəməsi həmçinin suyu, işığı olmuş, lakin qazı və həyətinin tameti olmamışdır. Ev montaj olunmuşdu, qapıların taxtadan olmasına baxmayaraq yaxşı vəziyyətdə olmuşdur. Hamamın suvağı olmayıb, Yeganə xanım alandan sonra həmin hamama balaca pəncərədə qoydurmuşdur. Yeganə xanım həmin evi aralarındakı razılığa əsasən Gözəl xanıma satmışdır. Gözəl xanım həmin mənzildəki taxta pəncərələri dəyişərək yeni plastik pəncələr ilə əvəz etmişdir və evin üstündən çıxan taxta pəncərələri ona satmışdır. Həmçinin navesin qabağından təxminən üç cərgə kubiklə hörgü işi gördürmüş və həyətə tamet döşətdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X7 ifadəsində bildirdi ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdehlər İddiaçı və digərlərinə qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi təmin edilmiş və qətnamə icra edilməsi üçün icra idarəsinə göndərilmişdir. Həmin işin icrası onun icraatında olmuşdur. O həmin evdə olarkən mübahisəsi gedən evdə İddiaçı bir sıra təmir işləri gördüyü məlum olmuşdur. Həmin evin görüntülərinin qeydə alındığı video diski məhkəməyə təqdim etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh ilə 23.09.2018-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh Gəncə şəhəri Sevinc qəsəbəsi, 26-cı küçədə yerləşən evini İddiaçı satır. Razılaşaraq beh götürmüşdür. 18.000 manata razılaşmışlar. 2000 manat beh götürmüşdür. 16.000 manatı dekabr 1-dən 2018-ci ilə qədər ödənilməsini gözləyir. Hər hansı tərəfdən müqavilə pozularsa Cavabdeh behin 2 qat qaytarılmasına razıdır. Digər tərəf İddiaçı pozarsa behi qaytaracaqdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(043)- 1542/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2 və X5 ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda 200.kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.06.2021-ci il tarixli, 10/2457 nömrəli rəydən görünür ki, ünvan 2 ünvanda 200 kv.m torpaq sahəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 8786,9 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh məxsus ünvan 2 ünvanda 200 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qoyulmuş plastik pəncərələr, taxta materialından hazırlanmış pəncərə ilə əvəz ediləcəyi təqdirdə ümumi dəyəri 744,0 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə cavabdehin sahibliyində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 18.000 manata alqı-satqısına dair 2018-ci ildə razılığa gəlmişlər. İddiaçı cavabdehə 2000 manat evin satın alınmasına görə ilkin olaraq pul vermiş, cavabdehi isə evi iddiaçının sahibliyinə vermiş, evin pulundan qalan hissəni cavabdeh iddiaçıya evin sənədini düzəldib verdikdən sonra verməli olması barədə tərəflər razılaşmışlar. Lakin, cavabdeh evin sənədini düzəldib iddiaçıya verə bilmədiyi üçün onlar arasından evin alqı-satıqısı baş tutmamış, hazırda da həmin fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Bununla yanaşı Cavabdeh iddiası üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı həmin evdən çıxarılmış və ev Cavabdeh sahibliyinə qaytarılmışdır. Bu müddət ərzində iddiaçı vicdanlı sahib olaraq evdə təmir işləri aparmış və təmir xərci olaraq 6609 manat pulu cavabdehdən tələb edir. İşin müəyyən olunmuş bu halı tərəflərin izahatı, SD diskdə olan video görüntülər, şahid ifadələri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6.-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş üzrə mühəndis-texniki ekspertizası rəyində iddiaçı tərəfindən aparılmış təmirtikinti işlərinin bazar qiymətinin təqribən 8786,9 manat məbləğində, İddiaçı tərəfindən qoyulmuş plastik pəncərələrin cavabdeh tərəfindən qoyulmuş taxta materialından hazırlanmış pəncərə ilə əvəz edil ediləcəyi təqdirdə ümumi dəyərinin 744,0 manat məbləğində müəyyən olunması və iddiaçının evə kəçilən xərc olaraq 6609 manat cavabdehdən tələb etməsi, cavabdehin bir müddət öz evindən kənarda yaşaması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğdə iddianın təmin edilməsi tərəflərin mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6609 manat məbləğində pul tutulmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, iş üzrə keçirilmiş mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 6609 (altı min altı yüz doqquz) manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-129/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-129/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver