Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1295/2021 03.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh onun tanışıdır. 2019-cu ilin may ayında ona yaxınlaşaraq övladına toy etmək istədiyini və qızıl komplekti almaq istədiyini bildirmişdir. Onun üçün 4000 manat dəyərində iki komplekt qızıl təşkil etmişdir.Razılığa gəlmişdirlər ki, cavabdeh hər ay 400 manat ödəməklə qızılın pulunu verəcəkdir. Buna baxmayaraq qızılın götürülməsindən 1 ildən çox vaxt keçsə də, cavabdeh borc öhdəliyini icra etməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar və telefonla mütəmadi olaraq mesajlar göndərilsə də, o, borcu ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Cavabdehin ona borcu olması telefon mesajları ilə və digər sübutlarla öz əksini tapmışdır. Pulun qaytarılması üçün əvvəlcə polis orqanlarına müraciət etmiş, lakin həmin orqan mübahisənin mülki xarakterli olmasını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıdan bir neçə dəfə nisyə qızıl-zinət əşyaları almışdır. Lakin hissə-hissə hamısının pulunu ona ödəmişdir. Belə ki, 2019-cu ildə aldığı qızıla görə aya 200-300 manat ödəməklə borcunu tam olaraq bağlamışdır. İddianın əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə şahid qismndə dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı 20 ildir ki, tanıyır. Belə ki, onun turizm ofisi olmuşdur. Mehparə isə ofisin yanında yerləşən məktəbdə müəllim işləmişdir. Cavabdehi isə Mehparənin vasitəçiliyi ilə tanımışdır. Sevda ona 8 dəfə 200 manat, 1 dəfə 150 manat 1 dəfə isə 300 manat vermişdir ki, Mehparəyə versin. O, isə həmin pulları Mehparəyə vermişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 10.04.2020-ci il tarixli Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən X1 ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsində 27.04.2020-ci il tarixdə verdiyi izahatın surətindən görünür ki, iddiaçıdan 4000 manat dəyərində olan qızıl-zinət əşyasını götürdüyünü etiraf etmişdir. Lakin o, göstərmişdir ki, həmin pulu aya hissə-hissə ödəmək yolu ilə ödəyib qurtarmışdır. Hal-hazırda iddaçıya heç bir borcu qalmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi 4000 manat dəyərində qızıl zinət əşyasını cavabdehə satması cavabdehin özüdə etiraf edərək mübahisələndirməmişdir. Cavabdeh həmin qızıl zinət əşyalarının dəyərini iddiaçıya tam olaraq ödəməsini göstərsə də həmin halları təsdiq edən sübut kimi məhkəmə iclasında dinirilmiş şahid cavabdehin xahişi ilə 8 dəfə 200 manat, 1 dəfə 150 manat 1 dəfə isə 300 manat olmaqla cəmi 2050 manat pulun iddiaçıya çatdırdığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601 -ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmədiyindən, bu fakt isə məhkəmə araşdırması zamanı sübuta yetdiyindən iddia qismən təmin olunmalı, Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1 -ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i : İddia qismən təmin olunsun. Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1295/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1295/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver