Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1300/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ondan borc aldığı 1700 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X1 Azərbaycan Respublikasının bütövlüyü uğrunda xidmət etmiş, hazırda Qarabağ əlilidir və Ə 022242 nömrəli əlillik vəsiqəsi mövcuddur. 2020-ci ilin sentyabr ayının 2-də 10 ildirki tanıdığı Cavabdeh axşam vaxtı saat 18:00 radələrində onlara gəlmiş və demişdir ki, ona təcili 1700 manat pul lazımdır. O da cavabdehi yaxşı tanıdığına və əvvəllər də ondan borc pul alıb qaytardığına görə ona inanmış və özüm üçün yığdığı pulundan cavabdehə vermişdir. Cavabdeh da əmək haqqı kartını ona verərək, özümü ona inandırmışdır. Cavabdeh əvvəl Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edirdi, hazırda cavabdeh Gədəbəy rayon N hərbi hissədə xidmət edir. Cavabdehlə birgə xidmət edən X3 var. Bu şəxsin vasitəsi ilə dəfələrlə cavabdehlə əlaqə yaratmışdır. Əvvəllər cavabdehlə əlaqə saxlamaq mümkün olsa da hazırda cavabdehlə heç bir əlaqələri yoxdur və hələ də borcunu qaytarmamışdır. Lakin günü bu günə kimi artıq 7 aydır ki, cavabdeh ona olan borcunu müxtəlif vədlər verməklə qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də cavabdehin ona olan borcunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini və əlilliyi və səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, bu səbəbdən də işə onun iştirakı olmadan baxılıb qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, cavabdehi on ildir ki, tanıyır. Münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin sentyabr ayının 2-si tarixində cavabdeh onun oğlu ilə birlikdə axşam saatlarında onun evinə gəlmiş, təcili pul lazım olduğu üçün ondan borc istəmişdir. O da cavabdehin çətin vəziyyətini görüb 1500 manat borc pul vermişdir. Cavabdeh pulu bir-iki aya qaytaracağını demişdir. Daha sonra da zəng edib evə pul lazım olduğunu demiş və anasına 200 manat verməsini xahiş etmişdir. O da cavabdehin bu xahişini də yerinə yetirmişdir. Hətta cavabdeh öz əmək haqqını da ona vermişdir ki, guya maaş keçən kimi pulunu oradan çıxarsın. Lakin borcun ödənilməsi vaxtı çatdıqda cavabdeh telefonlara cavab verməmiş, onun əmək haqqı kartının isə işlək olmadığı ortaya çıxmışdır. Bundan sonra cavabdehin iş yoldaşı olan və tanıdığı Yunsur Əliyev vasitəsilə borcunun qaytarılması üçün cəhdlər etsə də cavabdeh borcu ödəməkdən yayınmışdır. 04.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X2 bildirdi ki, o, cavabdeh ilə dost olmuşdur. Cavabdeh ondan 1700 manat pul istəmiş o isə özündə olmadığına görə cavabdehlə birlikdə atası İddiaçı yanına getmişdir. Atası cavabdehə əvvəlcə 1500 manat borc vermiş, daha sonra cavabdehin xahişi ilə 200 manat da onun anasına vermişdir. Xaqani isə əmək haqqı kartını ona verərək hər ay borcundan çıxmasını demişdir. Lakin kart işlək olmadığı üçün kartdan heç vaxt istifadə edə bilməmiş və pul çıxara bilməmişdir. Cavabdehi bir neçə dəfə görüb onunla söhbət etsə də cavabdeh hər dəfə bəhanələr gətirərək pulu ödəyəcəyini demiş, lakin atasının borcunu qaytarmamışdır. 04.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, o, İddiaçı ilə dostdur. Cavabdehlə isə iş yoldaşı olmuş və təxminən 4-5 il N nömrəli hərbi hissədə birlikdə işləmişlər. Həmin vaxtlar o, Xaqaninin Qoşqara 1700 manat borcunun olduğunu bilmiş, borcunu qaytarmadığı üçün Xaqaniyə dəfələrlə demişdir ki, aparıb İddiaçı borcunu qaytarsın, o isə cavabında pulu olan zaman borcu qaytaracağını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İddiaçı ilə cavabdeh arasında şifahi qaydada borc verilməsinə dair müqavilə bağlanmış, müqaviləyə uyğun olaraq iddiaçı ən gec iki aya qaytarmaq şərti ilə cavabdehə 1700 manat pul borc vermişdir. Cavabdeh isə müəyyənləşdirilmiş vaxtda borcu qaytarmamaqla müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia təmin edilməli və Cavabdeh 1700 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1300/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1300/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver