Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-131/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı QSCnin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqavilə üzrə borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqavilə üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 006R151302146 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 620.89 ABŞ dolları məbləğindən kredit borcu, 1438.43 ABŞ dolları məbləğində faiz borcu və 350.73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2410 (iki min dörd yüz on) ABŞ dolları 05 (beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 06L000001264 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 1264 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 192 (yüz doxsan iki) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 006R**********S saylı, xx.xx.2016-cı il tarixli 006R**********SA saylı, xx.xx.2017-ci il tarixli 006R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3379.11 ABŞ Dolları ödəmiş, onun 620.89 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 416 gün üçün hesablanmış faiz borcu 1438.43 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 416 gün üçün hesablanmış cərimə 350.73 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Beləliklə iddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” QSC-nin nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə bağlanmış müqavilə üzrə ödənişlərin gecikmə günü 365 günü keçmədiyindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən güzəştli şərtlərlə yeni müqavilə bağlanılmamış, lakin ABŞ dollarının manata nisbətdə artmış məzənnəsinə uyğun olaraq Cavabdeh1 tərəfindən edilmiş ödənişlər nəzərə alınaraq bank tərəfindən həmin məbləğ ona geri qaytarılmışdır. Cavabdeh1 sonuncu dəfə2019-cu ilin fevral ayında 49.96 ABŞ dolları ödəniş etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, «İddiaçı” QSC ilə müqaviləsini 2015-ci ildə bağlamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına düşdüyünü bildirilmiş, bank tərəfindən ona artıq ödədiyi 1584.81 manat pul geri qaytarılmışdır. O dəfələrlə borcunun manata keçirilməsi üçün müraciət etmişdir amma keçirməmişlər. Onun borcunun olduğunu 1 il 8 aydan sonra ona bildirilmişdir. Hesab edir ki, onun iddiaçı banka borcu yoxdur, bu səbəbdən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 06L000001264 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 120 ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 1264 nömrəli sazişdən görünür ki, bank ilə kredit alan Cavabdeh1 arasında xx xxxxxx 2008-ci il tarixdə bağlanmış 06L000001264 saylı Kredit Xətti müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə dəyişiklik edilərək və əlavələr edilməklə həmin bəndlər- 1.1 Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər və bank qarantiyaları üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 50,000 (əlli min) ABŞ dolları məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir», 1.2 Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 192 (bir yüz doxsan iki) ay müddətinə, xx xxxxxx 2024-cü il tarixdən gec olmayaraq verilməlidir» kimi dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 06L000001264 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank cavabdehə aylıq faiz dərəcəsi 2.3333% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kreditin köçürülməsi-verilməsinə dair qəbzdən görünür ki, «İddiaçı” QSC-dən Cavabdeh1 hesabına 4000 ABŞ dolları köçürülmüşdür. İş materiallarına əlavə edilmiş kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 006R**********S nömrəli sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2008-ci il tarixli, 06L00000İ264 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxx 2015-ci il tarixdə bağlanmış 006R********** Kredit Razılaşması ("Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.9167% dərəcəsi ilə faizlər hesablanmalı, Cavabdeh1 bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına (“Ödəniş Planı”) uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəməli, Kredit Alan Ödəniş Planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl Kredit Razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. İş materiallarına əlavə edilmiş kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 006R**********SA nömrəli sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2008-ci il tarixli 06L000001264 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxx 2015-ci il tarixdə bağlanmış 006R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməli, kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl Kredit Razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. İş materiallarına əlavə edilmiş kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 006R**********SB nömrəli sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2008-ci il tarixli 06L000001264 saylı kredit xətti müqaviləsi üzrə xx xxx 2015-ci il tarixdə bağlanmış 006R********** kredit razılaşması («Kredit Razılaşması») əsasında Cavabdeh1, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «İddiaçı” QSC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş cavbdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 006R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 «İddiaçı” QSC-yə 620,89 ABŞ dolları məbləğində əsas kredit borcu, 1438,43 ABŞ dolları məbləğində faiz borcu və 350,73 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2410,05 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 9/5175 nömrəli rəydən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, “kreditin statusu” vərəqəsi məlumatları, xx xxx 2015-ci il tarixli, 006R********** saylı kredit razılaşmasının və əlavə “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə 2.037,74 ABŞ dolları, faiz borcu üzrə 530,67 ABŞ dolları və xx xxx 2020-ci il tarixə əsas borc üzrə 607,67 ABŞ dolları, faiz borcu üzrə 1.392,04 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-cı maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borc məbləği iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 607,67 ABŞ dolları məbləğində, faiz borcu isə kredit razılaşmasına əsasən ödəniş cədvəlinə uyğun olaraq sonuncu ödənişin icra tarixinə xx xxxx 2019-cu il tarixə hesablanmış 1282.31 ABŞ dolları məbləğində cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Bundan əlavə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə (cərimə) pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 350.73 ABŞ dolları dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit razılaşmasına əsasən 607,67 ABŞ dolları məbləğində əsas borc, 1282,31 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 1899,98 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində tutularaq iddiaçı «İddiaçı” QSC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan və iş üzrə keçirilmiş məhkəmə mühasibatlı ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatdan ibarətdir. Məhkəmə tələbin təmin edilən hissəsini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlı ekspertiza tədqiqatının dəyərinin 118.35 manatı cavabdehlərə aid edilməli və həmin məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 23.67 manat hissəsi cavabdehlərə aid edilməli və həmin məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «İddiaçı” QSC-yə ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumunun 6.33 manata hissəsi iddiaçı «İddiaçı” QSC-yə aid edilməli, məhkəmə mühasibatlı ekspertiza tədqiqatının dəyərinin 31.65 manat hissəsi iddiaçı «İddiaçı” QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit razılaşmasına əsasən 607,67 ABŞ dolları məbləğində əsas borc, 1282,31 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 1899,98 (bir min səkkiz yüz doxsan doqquz ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində borc pul və məhkəmə xərci qismində ödənilmiş 23.67 (iyirmi üç manat altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq «İddiaçı” QSCyə ödənilsin. Məhkəmə xərci qismində mühasibatlıq ekspertiza tədqiqatının dəyərinin 118.35 (bir yüz on səkkiz manat otuz beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 31.65 (otuz bir manat altmış beş qəpik) manat hissəsi isə iddiaçı «İddiaçı” QSC-dən tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6.33 (altı manat otuz üç qəpik) manat hissəsi iddiaçı «İddiaçı” QSC-yə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-131/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-131/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver