Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1327/2020 05.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan - İddiaçı X1 nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı - ləğv prosesində olan İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı - ləğv prosesində olan İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə xx.xx.2014-cü il tarixli, 109.LN.1609.081014.R.0004 saylı istehlak krediti müqaviləsi üzrə 2404,62 manat əsas, 312,57 manat faiz olmaqla, cəmi 2717,19 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli, 109.LN.1609.081014.R.0004 saylı istehlak krediti müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə Cavabdeh1 ona 2404,62 manat əsas, 312,57 manat faiz olmaqla, cəmi 2717,19 manat borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan aldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunlarla eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 izahat verib məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə qəbul etdiyini, tələbdə qeyd olunan məbləğdə borcu olduğunu etiraf etdi, lakin həmin məbləği bir dəfəyə ödəməyə imkanı olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: Borcverən İddiaçı X3 ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109.LN.1609.081014.R.0004 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 36 ay müddətinə, illik 24%-lə 6500 manat kredit vermişdir. İddiaçı X3 ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109.CL.081014.R.00004.a saylı zaminlik müqaviləsdən görünür ki, zamin, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109.LN.1609.081014.R.0004 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 60 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə adı çəkilən kredit müqaviləsi üzrə yaranmış borcu əsas borc üzrə 2404,62 manat, faiz borcu üzrə 312,57 manat olmaqla, cəmi 2717,19 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427 və 739-cü maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş yuxarıda qeyd olunan maliyyə arayışından göründüyü kimi, borclu kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka əsas borc üzrə 2404,62 manat, faiz borcu üzrə 312,57 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2404,62 manat məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 24 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Odur ki, hesablanmış 312,57 manatfaiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə, həmçinin istinad edilmiş Mülki Məcəllənin 470 və 472-ci maddələrinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyətləri müəyyən olunsa da, məhkəmə hesab edir ki, Cavabdeh2 Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verildiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, həmin maddəyə görə zaminlik müqaviləsində göstərilmiş, onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Buna baxmayaraq iddiaçı həmin müddətdən 2 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçının tələbi ona aid olan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd etməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 191.3cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə Cavabdeh1 tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2404,62 manat məbləğində əsas borc, 312,57 manat məbləğində faiz borcu olmaqla, cəmi 2717,19 manat (iki min yeddi yüz on yeddi manat, on doqquz qəpik) məbləğində borc və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1327/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1327/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver