Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1327/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2021-ci il tarixdən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 11 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli 2(044)-2158/2014 saylı qətnaməsinə əsasən 100 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qızının 14 yaşı var, qət edilmiş 100 manat uşağın saxlanılması, sağlamlığı, təlim-tərbiyəsi və s. Maddi ehtiyaclarını ödəmir. Ona görə də o məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, alimentin artırılmasını istəyir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, 8 uşağı var və onlardan ikisi yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı ilə birlikdə yaşayır və onunla birgə nikahlarından iki azyaşlı uşağı var. Həmçinin Maraqlı şəxs ilə faktiki ailə münasibətlərindən üç uşaqları var və həmin uşaqlar üçün hər ay bir uşaq üçün 130 manat cəmi 390 manat aliment təyin edilmişdir. Həmçinin 11 oktyabr 2007-ci il təvəllüdlü X11 doğulandan indiyə qədər görməmişdir. Hazırda heç bir yerdə işləmədiyindən ondan tutulan alimentləri ödəyə bilmir, bu səbəbdən alimentin artırılmasnı istəmir. Özü məhkəmədən kənar cavabdehə köməklik edəcəyini bildirdi. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İşə məhkəmədə baxılarkən Cavabdeh birgə uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə xeyrinə aliment tutulan Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs məxsus (055) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq 22 aprel 2021-ci il tarixdə, saat 14:45-ə təyin olunmuş mülki işlə bağlı məhkəmədə iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmiş, Maraqlı şəxs məhkəmə prosesi barədə məlumatı olduğunu və hazırda Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh ona üç uşaq üçün hər ay 130 manat olmaqla cəmi 390 manat aliment ödəyir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılarkən onun övladlarının da nəzərə alınmasını xahiş edir. Bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli 2(044)-2158/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 23.06.2014-cü il tarixdən başlayaraq 11 oktyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 028136 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X14 15.01.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 088236 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X13 11.10.2007-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 274965 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X15 25.08.2019-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 038968 nömrəli və AZ-İ seriyalı, 346680 nömrəli “atalığın müəyyən edilməsi” haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, X2 doğulmuş 15 yanvar 2004-cü ildə X14 və 25 avqust 2019-cu ildə X15 adlı uşaqların atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 13.03.2018ci il tarixli, 2(001)-2447/2018 saylı qətnamənin surətindən görünür ki, 23 dekabr 2009-cu il təvəllüdlü X3 və 12 yanvar 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2015 saylı 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin və 18 fevral 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-9440/2016 saylı 08 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla ümumilikdə 462 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli 2(044)-2158/2014 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 11.10.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 100 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ilk ailə münasibətindən doğulmuş iki uşağı yetkinlik yaşlarına çatmış, 2-ci ailə münasibətindən doğulmuş 3 uşağı yetkinlik yaşına çatmamış, 3-cü ailə münasibətindən 1 uşağı yetkinlik yaşına çatmamış, dördüncü ailə münasibətindən isə doğulmuş iki yetkinlik yaşına çatmayan uşağı vardır, qətnamə ilə, aliment məbləğinin artırılaraq 23 dekabr 2009-cu il təvəllüdlü X3 və 12 yanvar 2012-ci il təvəllüdlü X6 və 18 fevral 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 manat cəmi 390 manat sabit pul məbləğində alimentin ondan tutulub Maraqlı şəxs verildiyini, işləmədiyi üçün alimenti ödəməkdə çətinlik çəkdiyini və 11 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün yardım edəcəyini bildirdi. Məhkəmədən aliment məbləğinin artırılmamasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 100 manat məbləğində aliment 23.07.2014-cü il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən yeddi ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini, cavabdehin Maraqlı şəxs ilə ailə münasibətindən doğulmuş 3 uşağının yetkinlik yaşına çatmamasını və onların saxlanılması üçün aliment təyin edilməsini, X12 ilə ailə münasibətindən doğulmuş 2 uşağının yetkinlik yaşına çatmamasını nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 11.10.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli, 2(044)- 2158/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 100 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 30 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 500 manatdan az təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli 2(044)- 2158/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 11.10.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1327/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1327/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver