Məhkəmə qərarları › İş №2(043)-1329/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1329/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1329/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Göygöl X8 Mərkəzinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Göygöl X8 Mərkəzinin Cavabdeh qarşı “Dövlət Meşə Fonduna vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Göygöl X8 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Hacıkənd qəsəbə sakini Cavabdeh tərəfindən Dövlət Meşə Fonduna vurulmuş 367 (üç yüz altmış yeddi manat 38 qəpik) manat məbləğində ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Göygöl X8 Mərkəzinin nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə qəfləti yoxlama zamanı Mərkəzin əməkdaşları tərəfindən Hacıkənd meşəbəyliyinin 5 saylı meşə dolayısının meşə gözətçisi Cavabdeh müvəqqəti mühafizə etdiyi Hacıkənd meşəbəyliyinin 4 saylı meşə dolayısında onun iştirakı ilə aparılan araşdırma zamanı 5.12 m3 həcmində, 2 ədəd məxmər cinsindən kök üstə yaş ağacların kəsilib ərazidən aparılmasını aşkar etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 30 saylı qərarın 7№-li əlavəsinə əsasən Cavabdeh tərəfindən Dövlət Meşə Fonduna 367,38 (üç yüz altmış yeddi manat 38 qəpik) manat məbləğində ziyan vurmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin vurduğu ziyanı könüllü ödənilməsi barədə ona təklif olunsa da, o buna məhəl qoymamış və Dövlət Meşə Fonduna onun tərəfindən vurulmuş ziyanın əvəzi ödənilməmişdir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Göygöl X8 Mərkəzində meşə gözətçisi vəzifəsində işləyir. Onun işlədiyi müddət ərzində meşədə ağac kəsilməmişdir. O, meşədə işləməyə başlamazdan əvvəl göstərilən ağaclar kəsilmişdir. Kəsilən ağaclara baxış keçirilən vaxt o da orada iştirak etmişdir. O kəsilən ağaclar barədə polisə müraciət etmişdir. İddianın təmin olunmamamsını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Göygöl RMTM-nin meşə uçotu və kadastrı üzrə baş mühəndisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə mərkəzin direktoru S.Səttarovun göstərişi əsasında 4 saylı meşə dolayısında qəfləti araşdırma aparmışlar və həmin vaxt 5.12 m3 həcmində, 2 ədəd məxmər cinsindən kök üstə yaş ağacların kəsilib ərazidən aparılmasını aşkar etmişdirlər.Bununla bağlı tərəfllərindən akt tərtib edilmiş, dəymiş ziyan hesablanmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Göygöl RMTM-nin meşə uçotu və kadastrı üzrə baş mühəndisi X4, Mərkəzin hüquqşünası vəzifəsini icra edən X6, Mərkəzin Göygöl Meşələri üzrə meşə mühafizə mühəndisi X5, Hacıkənd meşəbəyliyinin meşəbəyisi X1 və 4 saylı meşə dolayısının meşə gözətçisi Cavabdeh iştirakı ilə aktı tərtib olunmuşdur ondan ötrü ki, xx xxxxxxx 2019-cu il tarixdə mərkəzin direktoru S.Səttarovun göstərişi əsasında 4 saylı meşə dolayısında qəfləti araşdırma aparılmışdır. Araşdırma zamanı 4 saylı meşə dolayısının 4-cü kvartalında diametri 5.12 m3 həcmində, 2 ədəd məxmər cinsindən kök üstə yaş ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Həmin ağacların dib kötükləri ölçülərək Hacıkənd meşəbəyliyinin meşəbəyisi X2 məxsus damğa ilə damğalanmışdır. Akta həcm və qiymətləndirmə cədvəli əlavə edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli həcm və qiymətləndirmə cədvəlindən görünür ki, 367 (üç yüz altmış yeddi manat 38 qəpik) manat ziyan hesablanmışdır. xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh Göygöl X8 Mərkəzinin Hacıkənd meşəsinin 2 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə işə götürülmüşdür. xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh Göygöl X8 Mərkəzinin Hacıkənd meşəsinin 5 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə işə götürülmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərəri əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi ağacların kəsilməsi barədə ümumi qaydada akt tərtib olunaraq həmin ağacların cavabdeh tərəfindən kəsilməsinin hansı sübutla təsdiq olunduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM)14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan ağacların Cavabdeh tərəfindən kəsilməsinə və onun tərəfindən Dövlət Meşə Fonduna 367 (üç yüz altmış yeddimanat 38 qəpik ) manat ziyan vurması barədə məhkəməyə mötəbər sübut təqdim olunmadığından iddiaçı Göygöl X8 Mərkəzinin iddiası təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi verilərkən ödənilməmiş 20 manat dövlət rüsumu dövlət büdcəsi hesabına aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Göygöl X8 Mərkəzinin Cavabdeh qarşı 367,38 (üç yüz altmış yeddi manat 38 qəpik ) manat məbləğində ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilməmiş 20 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar