Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1331/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 1641 (min altı yüz qırx bir) manat ziyanın, evakuatora ödənilən 130 (yüz otuz) manat pulun, 720 (yeddi yüz iyirmi) manat arenda pulunun, 50 (əlli) manat ustaya ödənilən əlmuzdu pulun, həmin vəsaitləri qanunsuz saxlayaraq, ondan faydalanmağa görə faiz kimi 500 (beş yüz) manat pulun və mənəvi ziyana görə 2000 (iki min) manat pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh 1641 (min altı yüz qırx bir) manat ziyanın, evakuatora ödənilən 130 (yüz otuz) manat pulun, 720 (yeddi yüz iyirmi) manat arenda pulunun, 50 (əlli) manat ustaya ödənilən əlmuzdu pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh hər günü 12 manat olmaqla arenda ödəmək şərti ilə 09 oktyabr 2021-ci il tarixdən ona məxsus Renault Toume markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ondan icarəyə götürmüşdür. Cavabdeh ona məxsus maşını icarəyə götürəndə atasının xəstə olmasını bildirdirdiyi üçün etibarnamənin pulunu o, özü ödəmişdir. Cavabdeh ona 09.10.2021-ci il tarixdən 15.10.2021-ci il tarixədək, yəni 1 həftəyə yaxın gündəlik arendanı ödədikdən sonra onun xəbəri olmadan həmin avtomobili Bakı şəhərinə aparmış və avtomobillə orada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin 15.10.2021-ci ildən sonra cavabdeh avtomobilin arendasını ödəməmiş və Bakı şəhərində avtomobilin mühərrikini tamamilə yararsız vəziyyətə salmış və ona maddi ziyan vurmuşdur. Cavabdeh avtomobili yararsız hala salmaqla bərabər, mühərriki tamamamilə yararsız vəziyyətə salmış, akumulyatoru, maqintafonu və səs gücləndirici kalonkaları avtomobilin üstündən söküb satmışdır. Cavabdeh avtomobili elə vəziyyətə salmışdır ki, avtomobil Bakı şəhərindən Gəncə şəhərinə evakuatorla gətirmək məcburiyyətində qalmışdır və Bakı şəhərində ustaya 20 manat, evakuatora isə 130 manat pul vermişdir. Həmçinin cavabdeh oktyabr ayının qalan 15 günündən əlavə iki aylıq, yəni noyabr, dekabr aylarının da arenda pulunu da verməmişdir. Hazırda cavabdehə tam saz vəziyyətdə, yəni işlək vəziyyətdə təhvil verdiyi avtomobil, Gəncə şəhərində avtomobil ustasının yanında pullu dayanacaqda 4 ay - 120 gün qalmışdır və dayanacaq pulunu ödəmişdir. Gəncə “Avtomotoservis ticarətində fəaliyyət göstərən mühəndis-mexanik X1 tərəfindən avtombiliə dəyən zərər aşağıdakı kimi müyyən olunmuşdur: avtomobilin maqintafonu 1 ədəd, dəyəri 200 manat, səsgücləndirici kalonka 6 ədəd hər biri 40 manat olmaqla, cəmi 240 manat, mühərrikin işlək hala gətirilməsi üçün cilizovka 400 manat + şlifovka 160 mant və çatışmayan hissələrinin alınmasına 300 manat və usta əlmuzdu üçün 300 manat, 4 ay (120 gün) avtomobil duracağına ödənilən pul 41manat. Əlavə olaraq avtomobilə dəymiş zərərin müəyyən olunması üçün xidmət göstərmiş ustaya ödənilən 50 manat. Avtomabili Bakı şəhərindən Gəncə şəhərinə gətirilməsi üçün evakuatorla ödənilən 130 manat pul. Cavabdehlə aralarında bağlanmış şifahi icarə müqaviləsinə əsasən günü 12 manat olmaqla 2 aya 720 manat arenda pulu ödənilməmişdir.Cavabdehdən dəfələrlə ona dəyən zərəri və icarə haqqını tələb etməsinə baxmayaraq ona vurduğu zərəri və icarə haqqını ödəməmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 09.10.2021-ci il tarixli, 7E-15542 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı 99SM351 qeydiyyat nömrəli, Renault 12 minik markalı avtomobili idarə etmək üçün etibaredilmişi etibaretmə qaydasında 19.09.2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar etmişdir. 12.03.2022-ci il tarixli, BD199730 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 99SM351 qeydiyyat nömrəli, Renault 12 minik markalı avtomobil İddiaçı məxsusdur. 18.02.2022-ci il tarixli qüsur aktından görünür ki, 99SM351 qeydiyyat nömrə nişanlı, Renault-12 minik markalı avtomobilə dəymiş zərərin məbləğ 1641 manat təşkil edir. 18.02.2022-ci il tarixli, qəbzdən görünür ki, dəymiş zərərin hesablanması üzə mütəxəssisə 50 manat ödəniş edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb,tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus 99SM351 qeydiyyat nömrəli, Renault 12 minikmarkalı avtomobilə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmamış, bununla yanaşı icarə müqaviləsi üzrə istifadə etdiyi 2 aya görə 720 manat icarə haqqını ödəməyərək öhdəliyi pozmuşdur. Halbu ki, MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi müqavilə bağlanaraq iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək özünə məxsus Renault 12 minik markalı, 99SM351 qeydiyyat nömrə nişanlı avtomobili bir günü 12 manat olmaqla icarəyə vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı 720 manat pulu məhkəmə qaydasında qaytarılmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurmaqla eyni zamanda üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddia təmin olunmalı, Cavabdeh 1641 (min altı yüz qırx bir) manat maddi ziyan, evakuatora ödənilən 130 (yüz otuz) manat, icarə haqqı olaraq 720 (yeddi yüz iyirmi) manat və dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş 50 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 45,41 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1641 (min altı yüz qırx bir) manat avtomobilə dəymiş maddi ziyan, evakuatora ödənilən 130 (yüz otuz) manat, icarə haqqı olaraq 720 (yeddi yüz iyirmi) manat və dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 2541 (iki min beş yüz qırx bir) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilməmiş 45,41 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qiyabi qətnamədən, tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün 10 gün müddət bitdikdən sonra 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1331/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1331/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver