Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1339/2020 20.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» X4 nümayəndəsi X7 və cavabdeh X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» X4 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X6 cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, “KUNC VİOLETTA” mebeli üçün 226 (iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat pulun və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 iddia tələbinə qarşı etiraz etdiyi üçün xx.xx.2020-ci il tarixli qərardadla mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X9 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə hər ay 226 manat ödəmək şərti ilə 6 ay müddətinə “KUNC VİOLETTA” markalı divan dəsti satılmışdır. Cavabdeh müqavilə üzrə 5 ay ödəniş etdikdən sonra sonuncu ay üçün 226 manatı ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq 23 manat cərimə hesablanmışdır. Cavabdehə dəfələrlə müqaviləni icra etməsi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq cəmi 1130 (bir min yüz otuz) manat ödədikdən sonra müqavilənin şərtlərini pozaraq nəticədə 226 (iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat miqdarında borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıdan “6 (altı) ay müddətinə hər ay 226 (iki yüz iyirmi altı) manat ödəmək şərti ilə KUNC VİOLETTA” markalı divan dəsti almışdır. Həmin “KUNC VİOLETTA” markalı divanı evə gətirdikdən sonra məlum olmuşdur ki, divanın rəngi və hissələri fərqlidir. Ona görə etiraz edərək aldığı divanın geri qaytarılmasını xxxxxxxxxxx» MMC-dən tələb etmişdir. Ona bildirmişlər ki, naharat olmasın, həmin divanı dəyişəcəklər. O, onlara inanaraq aralarında bağlanmış kredit müqaviləsi üzrə ödəniş etməyi davam etmişdir. Lakin 5 (beş) ay keçdikdən sonra belə aldığı divan nə geri qaytarılmış, nə də ki, əvəzinə yeni divan verilməmişdir.Özü müqavilə üzrə ödənişi dayandırmışdır ki, iddiaçı divanı dəyişsin. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, 148126 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən 6 (altı) ay müddətinə hər ay 226 (iki yüz iyirmi altı) manat ödəmək şərti ilə “KUNC VİOLETTA” markalı divan dəstini almışdır. Cavabdeh X3 ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli, 148126 nömrəli müqavilə üzrə 226 (iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə hər ay hissə-hissə 226 manat ödəmək şərti ilə “KUNC VİOLETTA” markalı divan dəsti satılmışdır. Cavabdeh müqavilənin şərtlərinə uyğyn olaraq 5 ay ödəniş etmiş lakin sonuncu ay üçün ödəniş etməkdən yayınmışdır. Cavabdeh sonuncu ay üçün ödəniş etməməsini onunla əsaslandırmışdır ki, iddiaçıdan malı aldıqları gün qüsurlu olduğu aşkarlanmış və bu barədə dərhal iddiaçıya məlumat vermişlər.İddiaçı tərəf isə onlar tərəfindən stılan malın heç bir qüsuru olmadığını, cavabdehin ödənişdən yayınmaq üçün bəhanə gətirdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə bir ədəd t“KUNC VİOLETTA” markalı divan dəstini nisyə satmış, cavabdeh isə həmin malı qəbul edərək 5 ay üzrə ödəniş edərək sonuncu ay üçün 226 manatını ödəməmişdir.Cavabdeh sonuncu ay üçün ödəniş etməməsinin səbəbini malın qüsurlu olması ilə izah etsə də malı qəbul etmiş və 5 ay ardıcıl olaraq ödəniş etmişdir. Cavabdeh malın qüsurlu olması barədə hər hansı bir sübut təqdim etməmiş, keçən müddət ərzində müqavilənin ləğv olunması və malın iddiaçıya qaytarılması barədə müəyyən hərəkətlər etməsinə dair sübut təqdim etməmişdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2017-ci il tarixli, 148126 nömrəli müqavilə üzrə 226 (iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. X1 xx.xx.2017-ci il tarixli, 148126 nömrəli müqavilə üzrə 226 (iki yüz iyirmi altı) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, ümumilikdə 269 (iki yüz altmış doqquz) manat və dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat alınaraq «xxxxxxxxxxx» MMCin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1339/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1339/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver