Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1340/2020 06.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı müqaviləüzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m üə y y ə n e t d i m : İddiaçı «xxxxxxxxxxx» MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxxxxx» MMC-in xeyrinə Acer Extensa kompüter üçün 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə, cəmi 669 manat, İMEİ kodu **********24711 HOFFMANN X PLAY telefon üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 213 manat, Samsung markalı mikrodalğalı soba, HOFFMANN markalı ətçəkən üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, ümumilikdə 1218 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il,xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan Acer Extensa kompüter, İMEİ kodu **********24711 HOFFMANN X PLAY markalı telefon, Samsung markalı mikrodalğalı soba, HOFFMANN markalıətçəkən almış və nəticədə1218 (min iki yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1008 (min səkkiz) manat, Acer Extensa kompüter üçün 608 manat əsas 61 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat İMEİ kodu **********24711 HOFFMANN X PLAY telefon üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 486 (dörd yüz səksən altı) manat Samsung markalı mikrodalğalı soba və HOFFMANN markalı ətçəkən üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə olmaqla ümumilikdə 1218 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, K0033597 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən Acer Extensa markalı kompüter alaraq həmin kompüterə görə hissə-hissə 1008 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, 77850 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********24711 HOFFMANN X PLAY markalı telefonu alaraq həmin telefona görə hissə-hissə 360 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, K0087968 nömrəli müqaviləsindən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən Samsung markalı mikrodalğalı sobanı və HOFFMANN markalıətçəkəni 486 manat hissə-hissə ödəmək şərti il almışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilələr üzrə Acer Extensa kompüter üçün 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə, cəmi 669 manat, İMEİ kodu **********24711 HOFFMANN X PLAY telefon üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 213 manat, Samsung markalı mikrodalğalı soba, HOFFMANN markalı ətçəkən üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, cəmi 336 manat, ümumilikdə1218 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə iləödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli əsas məbləğ üzrə Acer Extensa kompüter üçün 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə, cəmi 669 manat, İMEİ kodu **********24711 HOFFMANN X PLAY telefon üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 213 manat, Samsung markalı mikrodalğalı soba , HOFFMANN markalı ətçəkən üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, cəmi 336 manat, ümumilikdə1218 manat pul Cavabdeh alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018 ci il tarixli, K0033597 nömrəli müqavilə üzrə 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə, xx xxxx 2018-ci il tarixli, 77850 nömrəli müqavilə üzrə 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 22 .03.2018-ci il tarixli, K0087968 nömrəli müqavilə üzrə 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə olmaqla, ümumilikdə:-1218 (bir min iki yüz on səkkiz) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» X1 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1340/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1340/2020
06.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver