Məhkəmə qərarları › İş №2(043)-1342/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1342/2020

06.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1342/2020 06.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEi kodu **********99141 “Samsung J2” markalı telefon üçün 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə cəmi 268 (iki yüz altmış səkkiz) manat, 26.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********97929 “Samsung J2” markalı telefon üçün 335 (üç yüz otuz beş) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, cəmi 369 (üç yüz altmış doqquz) manat, Power Bank Mİ 10000mah-original üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 44 (qırx dörd) manat, ümumilikdə 681 (altı yüz səksən bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 01.07.2018-ciil və 26.07.2018-ci il tarixli müqavilələrə əsasən, İMEi Kodu **********99141 “Samsung J2” markalı telefon və İMEi Kodu **********97929 “Samsung J2” markalı telefon, Power Bank Mİ 10000mah-original almış və nəticədə 681 (altı yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 (dörd yüz iyirmi) manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEi Kodu **********99141 “Samsung J2” markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat olmaqla ondan, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə borcu yaranmışdır. 26.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (19 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********97929 “Samsung J2” markalı telefon üçün 369 (üç yüz altmış doqquz) manat olmaqla ondan, 335 (üç yüz otuz beş) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə borcu yaranmışdır. 26.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş) Power Bank Mİ 10000mah-original üçün 44 (qırx dörd) manat olmaqla ondan, 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 329 (üç yüz iyirmi doqquz) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 25 fevral və 13 mart 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.07.2018-ciil və 01.07.2018-ciiltarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 420 (dörd yüz iyirmi) manat olan “Samsung J2” markalı telefon, dəyəri 456 (dörd yüz əlli altı) manat olan “Samsung J2” markalı telefon, dəyəri 72 (yetmiş iki) manat olan Power Bank Mİ 10000mahoriginaldəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung J2” markalı telefon üçün hər ay 35 manat və “Samsung J2” markalı telefon, Power Bank Mİ 10000mah-original üçün hər ay 30 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 14.02.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.07.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 420 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 244 manat borcunu ödəmədiyindən, həmin məbləğə 24 manat cərimə hesablanmış, 26.07.2018ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” markalı telefon üçün 19 ay müddətinə ödəmək şərti ilə dəyəri 456 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 335 manat borcunu ödəmədiyindən, həmin məbləğə 34 manat cərimə hesablanmışdır, 26.07.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Power Bank Mİ 10000mah-original üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 72 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 40 manat borcunu ödəmədiyindən, həmin məbləğə 4 manat cərimə hesablanmışdır İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh “Samsung J2” markalı telefon üçün244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə cəmi 268 (iki yüz altmış səkkiz) manat, “Samsung J2” markalı telefon üçün 335 (üç yüz otuz beş) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, cəmi 369 (üç yüz altmış doqquz) manat, Power Bank Mİ 10000mah-original üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 44 (qırx dörd) manat, ümumilikdə 681 (altı yüz səksən bir) manat borc manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 619 (altı yüz səksən on doqquz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, ümumilikdə 681 (altı yüz səksən bir) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar