Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1345/2020 06.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, “Gorenje” markalı mikser üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, cəmi 40 (qırx) manat, Soyuducu Samsung üçün 757 (yeddi yüz əlli yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, cəmi 807 (səkkiz yüz yeddi) manat, “Hoffman” markalı soyuducu üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1177 (bir min bir yüz yetmiş yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 07.01.2019-cu il və 04.05.2019-cu il tarixli müqavilələrinə əsasən, “Gorenje” markalı mikser, Soyuducu Samsung və “Hoffman” markalı soyuducu almış və nəticədə 1177 (bir min bir yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 65 (altmış beş) manat (19 ay x 74 manat + 0 manat ilkin ödəniş) olan “Gorenje” markalı mikser üçün 40 (qırx) manat olmaqla ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu yaranmışdır. 07.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1406 (bir min dörd yüz altı) manat (19 ay x 74 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Samsung üçün 807 (səkkiz yüz yeddi) manat olmaqla ondan, 757 (yeddi yüz əlli yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu yaranmışdır. 04.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) “Hoffman” markalı soyuducu üçün 330 (qırx dörd) manat olmaqla ondan, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 978 (doqquz yüz yetmiş səkkiz) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 25 fevral 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.01.2019-cu il və 04.05.2019-cuiltarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 65 (altmış beş) manat olan “Gorenje” markalı mikser, dəyəri 1406 (bir min dörd yüz altı) manat olan Soyuducu Samsung, dəyəri 630 (altı yüz otuz) manat olan “Hoffman” markalı soyuducudəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Soyuducu Samsung üçün hər ay 17 manat, “Gorenje” markalı mikser üçün hər ay 5 manat, “Hoffman” markalı soyuducu üçün hər ay 35 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 18.02.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.01.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Gorenje” markalı mikser üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 65 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 36 manat borcunu ödəmədiyindən, həmin məbləğə 4 manat cərimə hesablanmış, 07.01.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Soyuducu Samsung üçün 19 ay müddətinə ödəmək şərti ilə dəyəri 1406 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 757 manat borcunu ödəmədiyindən, həmin məbləğə 50 manat cərimə hesablanmışdır, 04.05.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Hoffman” markalı soyuducu üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 630 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 330 manat borcunu ödəməmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh “Gorenje” markalı mikser üçün36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə cəmi 40 (qırx) manat, Soyuducu Samsung üçün 757 (yeddi yüz əlli yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, cəmi 807 (səkkiz yüz yeddi) manat, “Hoffman” markalı soyuducu üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1177 (bir min bir yüz yetmiş yeddi) manat borc manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1123 (bir min bir yüz iyirmi üç) manat ödənilməmiş hissə, 54 (əlli dört) manat cərimə olmaqla ümumilikdə 1177 (bir min bir yüz yetmiş yeddi) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1345/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1345/2020
06.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver