Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1346/2020 06.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 05.10.2018-ci il tarixli müqaviləsinə əsasən İMEi kodu **********99396 “Samsung J2” markalı telefon, İMEi kodu **********27115 “Samsung J2” markalı telefon üçün 770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə cəmi 847 (səkkiz yüz qırx yeddi) manat, 25.10.2018-ci il tarixli müqaviləsinə əsasən Braun markalı ütü üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, cəmi 277 (iki yüz yetmiş yeddi) manat, 25.10.2018-ci il tarixli müqaviləsinə əsasən Philips markalı trimmer üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 218 (iki yüz on səkkiz) manat, ümumilikdə 1342 (bir min üç yüz qırx iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 05.10.2018-ciil və 25.10.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEi kodu **********99396 “Samsung J2” markalı telefon, İMEi kodu **********27115 “Samsung J2” markalı telefon, Braun markalı ütü və Philips markalı trimmer almış və nəticədə 1342 (bir min üç yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********99396 “Samsung J2” markalı telefon, İMEi kodu **********27115 “Samsung J2” markalı telefon üçün 847 (səkkiz yüz qırx yeddi) manat olmaqla ondan, 770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə borcu yaranmışdır. 25.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 272 (iki yüz yetmiş iki) manat (18 ay x 14 manat + 20 manat ilkin ödəniş) olan Braun markalı ütü üçün 277 (iki yüz yetmiş yeddi) manat olmaqla ondan, 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borcu yaranmışdır. 25.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 218 (iki yüz on səkkiz) manat (18 ay x 11 manat + 20 manat ilkin ödəniş) Philips markalı trimmer üçün 218 (iki yüz on səkkiz) manat olmaqla ondan, 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 110 (bir yüz on) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 25 fevral 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.10.2018-ciil və 05.10.2018-ciiltarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 840 (səkkiz yüz qırx) manat olan İMEi kodu **********99396 “Samsung J2” markalı telefon, İMEi kodu **********27115 “Samsung J2” markalı telefon, dəyəri 272 (iki yüz yetmiş iki) manat olan Braun markalı ütü, dəyəri 218 (iki yüz on səkkiz) manat olan Philips markalı trimmerdəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung J2” markalı telefonlar üçün hər ay 70 manat və Braun markalı ütü üçün hər ay 14 manat, Philips markalı trimmer üçün hər ay 11 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 18.02.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05.10.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən İMEi kodu **********99396 “Samsung J2” markalı telefon, İMEi kodu **********27115 “Samsung J2” markalı telefonlar üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 840 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 770 manat borcunu ödəmədiyindən, həmin məbləğə 77 manat cərimə hesablanmış, 25.10.2018ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Braun markalı ütü üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 272 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 252 manat borcunu ödəmədiyindən, həmin məbləğə 25 manat cərimə hesablanmışdır, 25.10.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Philips markalı trimmer üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 218 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 198 manat borcunu ödəmədiyindən, həmin məbləğə 20 manat cərimə hesablanmışdır İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh “Samsung J2” markalı telefonlar üçün770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə cəmi 847 (səkkiz yüz qırx yeddi) manat, Braun markalı ütü üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, cəmi 277 (iki yüz yetmiş yeddi) manat, Philips markalı trimmer üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 218 (iki yüz on səkkiz) manat, ümumilikdə 1342 (bir min üç yüz qırx iki) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1220 (bir min iki yüz iyirmi) manat ödənilməmiş hissə, 122 (bir yüz iyirmi iki) manat cərimə olmaqla ümumilikdə 1342 (bir min üç yüz qırx iki) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1346/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1346/2020
06.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver