Məhkəmə qərarları › İş №2(043)-1356/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1356/2020

07.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1356/2020 07.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı “xxxxxxxx” X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı “xxxxxxxx” X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia qaldıraraq, “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 03/0400/MAX saylı kredit müqaviləsinə əsasən 994,53 manat əsas borc və müqavilənin 5.2-ci bəndinə əsasən 79,08 manat məbləğində cərimə olmaqla, cəmi 1073,61 manat məbləği kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 manat məhkəmə xərclərinin cavabdehlərdən tutularaq “xxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-cü il tarixli, 03/0400/MAX saylı kredit müqaviləsinə əsasən cavabdeh şəxsi istehlak məqsədləri üçün 44 ay müddətinə 1000 manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. Verilmiş kreditin təminatı olaraq “xxxxxxxx” ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2018-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada geri qaytarılmasına əməl etməmişdir. Cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən xx.xx.2019-cu il tarixinədək həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Cavabdehin “xxxxxxxx” ASC-yə xx xxxxxx 2018-ci il tarixli, 03/0400/MAX saylı saylı kredit xətti müqaviləsinə əsasən 994,53 manat əsas borc və müqavilənin 5.2-cü bəndinə əsasən 79,08 manat məbləğində cərimə olmaqla, cəmi 1073,61 manat məbləğində borc yaranmışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi, xx.xx.2016-cı il tarixində isə yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə xx xxxxxx 2020-ci il tarixli bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazlarını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-cü il tarixli, 03/0400/MAX saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 44 ay müddətinə 1000 manat məbləğində güzəştli faizsiz kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-cü il tarixli, 03/0400/MAX saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün məsuliyyəti müəyyən edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər tərəfindən öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 “xxxxxxxx” ASC-yə olan borcuna dair arayışdan görünür ki, 994,53 manat əsas və 79,08 manat məbləğində cərimə məbləği olmaqla, cəmi 1073,61 manat məbləği kredit borcu təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; Həmin Məcələnin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi cavabdehlər müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşin materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan və 0,40 manat bank xidməti haqqında ibarətdir. Odur ki, 30,40 manat məhkəmə xərci də cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. İddiaçı “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 03/0400/MAX kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 994,53 manat əsas borc, 79,08 manat cərimə məbləği olmaqla, cəmi 1073,61 (bir min yetmiş üç manat, 61 qəpik) manat və məhkəmə xərci qismində 30,40 (otuz manat, qırx qəpik) manat pul müştərək qaydada tutularaq, “xxxxxxxx” X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar