Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-136/2022 22.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan 4500 (dörd min beş yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Sonuncu dəfə 13 sentyabr 2021-ci il tarixdə onun mənzilinə bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində ziyan dəymişdir. Nəticədə hamam, tualet, və mənzilin dəhliz hissəsinin tavanı və divarları suvaqlar tökülərək yararsız vəziyyətə düşmüşdür. Qeyd olunan faktı qonşularının iştirakı ilə 13.09.2021-ci il tarixdə tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Həmin mənzildən yuxarıda 18 nömrəli mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi qonşu tərəfindən su axıdılmasıdır. Cavabdehə dəymiş zərərin aradan qaldırılmasını dəfələrlə xahiş etsə də buna məhəl qoymamışdır.Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzildə hamam, ayaqyolu, dəhlizin tavanları və divarlarının suvağı qopub tökülərək bərbad hala düşmüşdür. Ümumilikdə mənzilə 4500 manat ziyan dəymişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı yalnız ekspert rəyi üzrə hesablanmış məbləğdə qəbul etdiklərini bildirdi və qalan məbləğdə təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 05.07.2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu,D.Qorqud küçəsi, bina 38, mənzil 16 İddiaçı məxsusdur. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB 8 nömrəli xidmət sahəsi tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 38, 16 nömrəli mənzilə X3 məxus 18 saylı mənzildən su axıdılaraq hamam,tualet və dəhliz hissəsinin tavanını və divarını yararsız vəziyyətə salmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2022-ci il tarixli, 10/7089 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 38 saylı yaşayış evinin 16 saylı mənzilində su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri 1246 manat məbləğində müəyyən edilir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən iddiaçının iddia etdiyi mənzil onun mülkiyyətində olmaqla cavabdeh tərəfindən suyun axıdılması nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB 8 nömrəli xidmət sahəsi tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli aktdan da görünür ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə suyun axıdılması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının mənzilinə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən dəymiş zərərən əvəzi olaraq 1246 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 vurulmuş zərərə görə 1246 (bir min iki yüz qırx altı) manat pul alınaraq iddiaçı İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh X1 vurulmuş zərərə görə 1246 (bir min iki yüz qırx altı) manat pul alınaraq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh X1 alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-136/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-136/2022
22.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver