Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1364/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyina qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin hüquqi ünvanı ünvan 1 İddiaçı ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9cu maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Hazırkı əsasla iddia tələbinə iddiaçının qeydiyyat yeri üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə və ya müqavilənin icra yeri üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edilə bilərdi. Belə ki, iddiaçı Gəncə şəhəri Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-1, sahə 19 ünvanda yerləşən fərdi yaşayış evinin təbii qazdan istifadəyə görə borcunun silinməsini tələb edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən həmin ünvanda yerləşən fərdi yaşayış evinin X1 adlı şəxsə məxsus olduğu, təbii qazdan istifadə edən abonentin isə X2 adlı şəxs olduğu müəyyən edilir. Belə olan halda iddiaçı istehlakçı hesab olunmadığından onun Azərbaycan Respublikası MPM-in 36.9-cu maddəsi ilə istehlakçıya verilmiş hüquqdan istifadə etmək və öz seçiminə görə iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia vermək hüququ istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyina qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1364/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1364/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver